Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lavanet plus 160 mq/12,5 mq N28 tablet

Məhsul Kodu : 111-25363
İstehsalçı ölkə: Türkiye
9,66 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Lavanet plyus, 160 mq/12,5 mq  örtüklü tabletlər 

 

Lavanet plyus tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində 160 mq valsartan və 12.5 mq hidroxlorotiazid vardır. 

 

Əks göstərişlər 

Aşağıdakı şəraitlərdə LAVANET PLYUS-u İSTİFADƏ ETMƏYİN; əgər:   
 Sizdə Valsartana, hidroxlorotiazidə və ya LAVANET PLYUS-un “Tərkibi” bölməsində 
sadalanan digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq varsa (əgər Siz 
onlardan hansının Sizin üçün zərərli olduğuna əmin deyilsinizsə, məsləhət üçün həkiminizə 
müraciət edin). 
 Sizdə ağır qaraciyər xəstəliyi, qaraciyərdə xırda öd axacaqlarının ödün qaraciyərdə 
toplanmasına (xolestaz) gətirib çıxaran dağılması (biliar sirroz) varsa.  
 Sizdə sidiyin yaranması prosesi pozulmuşdursa (anuriya) və eyni zamanda ağır böyrək 
xəstəliyiniz varsa.  
 Siz aliskiren qəbul edirsinizsə (qan təzyiqini aşağı salan dərman), Sizin qanınızda qlükozanın 
səviyyəsi yüksəkdirsə, Sizdə diabet (II tip diabet) və ya böyrək çatışmazlığı varsa.  
 Siz hamiləsinizsə və ya hamilə qalmağı planlaşdırırsınızsa.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik 
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər hamiləsi
nizsə və ya hamilə olmağı planlaşdırırsınızsa, LAVANET PLYUS qəbul etməyin. Bu qrup dər
man preparatları doğulmamış uşağa ciddi zərər yetirə bilər. Əgər Siz hamilə ola biləcəyinizi dü
şünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, bu barədə həkiminizə məlumat vermə
yiniz çox vacibdir. Həkiminiz, Sizi hamiləlik dövründə LAVANET PLYUS-un istifadəsinin 
mümkün riskləri barədə məlumatlandıracaq. Əgər Siz, müalicə olunduğunuz dövrdə hamilə 
qalarsınızsa, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.  

Laktasiya (döşlə qidalandırma) dövrü 
Bu dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya 
dövründə LAVANET PLYUS istifadə edilməməlidir. LAVANET PLYUS-un tərkibində diuretik 
maddə vardır; bu maddə ana südünə nüfuz edir və Sizin südünüzün miqdarını azalda bilər. Əgər 
Sizin südəmər uşağınız varsa, LAVANET PLYUS istifadə etməkdən imtina edin.

 

İstifadə qaydası və dozası 

İstifadə qaydası 
Dərman hər gün eyni vaxtda (səhərlər qəbul edilməsinə üstünlük verilir) qəbul edilməlidir. 
LAVANET PLYUS qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər.  
Doza və istifadə tezliyi 
Yüksək qan təzyiqi olan insanlar bir çox hallarda bu problemin heç bir əlamətini hiss etmirlər. 
Bir çox insan özünü tamamilə normal hiss edə bilər. Sizin üçün üçün vacibdir ki, hətta Siz özü
nüzü yaxşı hiss etsəniz belə, həkiminizin və ya əczaçının Sizə dediyi bütün göstərişlərə əməl 
edəsiniz və dərmanı vaxtlı-vaxtında qəbul edəsiniz.  
Həkiminizin Sizə verdiyi bütün göstərişlərə əməl edin 
Tövsiyə olunan dozanı aşmayın.  
Həkiminiz Sizə LAVANET PLYUS-un dozasını və qəbul tezliyini deyəcəkdir. Sizin müalicə
yə cavab reaksiyanızdan asılı olaraq, həkiminiz yüksək və ya aşağı doza təyin edə bilər.   
LAVANET PLYUS-un adi dozası gündə 1 dəfə 1 tabletdir. Həkiminizlə məsləhətləşmədən 
dozanı dəyişdirməyin və ya tabletlərin qəbulunu dayandırmayın.Dərmanı hər gün eyni vaxtda 
qəbul etmək lazımdır; bu, dərmanın qəbulunu xatırlamaqda Sizə kömək edəcəkdir.  
Dərmanın təsir göstərməsinə əmin olmaq üçün, həkiminiz Sizin qan təzyiqinizin müntəzəm 
olaraq ölçülməsini istəyəcəkdir.  
LAVANET PLLUS ilə müalicədən əvvəl və sonra müntəzəm olaraq qan analizləri həyata 
keçirilə bilər. Bu analizlər llektrolitlərin (kalium, natrium, kalsium və ya maqnezium kimi) 
müəyyən miqdarları ilə müşayiət olunur, xüsusilə əgər Siz 65 yaşdan böyüksünüzsə və Sizdə 
qaraciyər və ya böyrək xəstəliyi varsa və Siz dəstəkləyici kalium müalicəsi alırsınızsa, Sizin 
böyrək funksiyanız saxlanılacaqdır. Bu məsələdə həkiminiz Sizə məsləhət verəcəkdir.  
Müxtəlif yaş qrupları 
Uşaqlarda istifadəsi (18 yaşdan aşağı) 
LAVANET PLYUS–un uşaqlarda istifadə təcrübəsi yoxdur. 18 yaşdan aşağı uşaqlarda və 
yeniyetmələrdə LAVANET PLYUS-un istifadəsi tövsiyə olunmur.  
Yaşlılarda istifadəsi (65 yaşdan yuxarı) 
65 yaşlı və daha böyük şəxslərdə LAVANET PLYUS istifadə edilə bilər 
Xüsusi vəziyyətlər 
Böyrək çatışmazlığı 
Əgər Sizdə yüngül və orta dərəcəli böyrək çatışmazlığı varsa, dozaya düzəliş edilməsinə ehtiyac 
yoxdur. Əgər Sizdə ağır böyrək çatışmazlığı varsa, bu preparatı ehtiyatla istifadə etməlisiniz.  
Qaraciyər çatışmazlığı 
Əgər Sizdə yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı varsa, bu preparatı ehtiyatla istifadə 
etməlisiniz.  Əgər Sizdə ağır qaraciyər çatışmazlığı varsa bu preparatı istifadə etməyin.  
Əgər həkiminiz Sizə digər təlimatlar verməzsə, bu təlimatlara əməl edin. LAVANET PLYUS-u 
həkiminizin dediyi müddət ərzində qəbul edin. Əgər LAVANET PLYUS-u nə qədər müddət 
ərzində qəbul etməli olduğunuza dair suallarınız olarsa, həkiminizlə və ya əczaçı ilə 
məsləhətləşin. .  
Müalicənizi dayandırmayın, çünki LAVANET PLYUSilə müalicənin dayandırılması Sizin 
yüksək qan təzyiqinizin daha da pisləşməsinə səbəb ola bilər.  
Əgər Sizə elə gəlirsə ki, LAVANET PLYUS-un təsiri həddindən artıq güclüdür və ya həddindən 
artıq zəifdir, o zaman həkiminizə və ya əczaçıya bu barədə məlumat verin. 
LAVANET PLYUS-un qida və içkilərlə birlikdə istifadəsi 
SizLAVANET PLYUS-u qida ilə birlikdə və ya onsuz qəbul edə bilərsiniz. Həkiminizlə 
məsləhətləşmədən alkoqol qəbul etməyin. Alkoqol arterial təzyiqi aşağı sala və/və ya 
başgicəllənmənin və ya zəifliyin başvermə riskini yüksəldə bilər.  
LAVANET PLYUS-un qəbulunu unutmusunuzsa 
Əgər Siz bir dozanın qəbulunu unutmusunuzsa, onu dərhal qəbul edin və növbəti dozanı adi 
vaxtında qəbul edin. Əgər növbəti dozanın qəbul vatı yaxınlaşmışdırsa, o zaman unudulmuş 
dozanı buraxaraq, növbəti dozanı qəbul edin.və sonra preparatın qəbulunu adi rejimdə davam 
etdirin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. 
LAVANET PLYUSilə müalicənin dayandırılması zamanı meydana çıxa bilən təsirlər 
LAVANET PLYUS ilə müalicənin dayandırılması Sizin xəstəliyinizin pisləşməsinə səbəb ola 
bilər. Həkiminizin göstərişi olmadan dərmanınızın qəbulunu dayandırmayın.   

Prepared by  T-Soft E-Commerce.