Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lerkamen 10 mq N28 tablet

Məhsul Kodu : 111-27063
İstehsalçı ölkə: Almaniya
16,76 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Lerkamen, 10 örtüklü tabletlər 

Lerkamen tərkibi

Təsiredici maddə:    1 tabletin tərkibində 10 mq lerkanidipin hidroxlorid vardır (9,4 mq  
lerkanidipinə ekvivalentdir). 

Əks göstərişlər  

Aşağıdakı hallarda LERKAMEN 10 preparatını qəbul etməyin: 
 Əgər Sizdə lerkanidipin hidroxloridə və ya bu dərmanın tərkibindəki digər maddələrdən hər 
hansı birinə ("Tərkibi" bölməsində sadalanmışdır) qarşı allergiya vardırsa. 
 Əgər Siz müəyyən ürək xəstəliklərindən əziyyət çəkirsinizsə: 
− ürəkdən qanın axınına maneənin olması 
− müalicə edilməmiş ürək çatışmazlığı 
− qeyri-stabil stenokardiya (döş qəfəsində sakitlik vəziyyətində yaranan və ya tədricən artan 
narahatlıq hissi) 
− miokard infarktından sonrakı bir ay ərzində. 
 Əgər Sizdə ciddi qaraciyər problemləri vardırsa. 
 Əgər Sizdə ciddi böyrək problemləri vardırsa və ya dializ proseduru qəbul edirsinizsə. 
 Əgər Siz qaraciyər metabolizmini inhibə edən dərmanlar (CYP3A4 güclü inhibitorları) qəbul 
edirsinizsə, məsələn: 
− göbələkəleyhinə dərmanlar (məsələn, ketokonazol və ya itrakonazol) 
− makrolid qrupundan olan antibiotiklər (məsələn, eritromisin, troleandomisin və ya 
klaritromisin) 
− virusəleyhinə preparatlar (məsələn, ritonavir). 
 Siklosporin adlandırılan digər bir dərman qəbul edirsinizsə (transplantasiyadan sonra orqanın 
qopmasının qarşısının alınması üçün istifadə edilir). 
 Qreypfrut və ya qreypfrut şirəsi ilə birlikdə.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Lerkamen 10 preparatının hamiləlik dövründə qəbulu tövsiyə olunmur, laktasiya dövründə 
preparatdan istifadə edilməməlidir. Lerkamen 10 preparatının hamilə qadınlarda və ya 
körpəsini ana südü ilə qidalandıran analarda istifadəsinə dair məlumatlar yoxdur. Əgər 
hamiləsinizsə və ya körpənizi ana südü ilə qidalandırırsınızsa, hər hansı kontrasepsiya 
metodundan istifadə etmirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə, yaxud hamiləliyi 
planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. 

İstifadə qaydası və dozası 

Bu dərmanı hər zaman həkiminizin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadığınız halda, 
həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. 
Böyüklər 
Tövsiyə edilən doza hər gün eyni vaxtda olmaqla, gündə bir dəfə 10 mq təşkil edir, preparatı 
səhərlər səhər yeməyindən ən azı 15 dəqiqə əvvəl qəbul etmək tövsiyə edilir ("LERKAMEN 10 
preparatının qida, içkilər və alkoqolla birlikdə qəbulu" bölməsinə baxın). Lazım gələrsə, həkiminiz dozanı gündə bir dəfə Lerkamen 20 mq preparatının bir tabletinə qədər artırmağı məsləhət görə 
bilər.  Tabletləri bütöv şəkildə, az miqdarda su ilə birlikdə qəbul etmək tövsiyə edilir. 
LERKAMEN 10: bölünmə çərtiyi tabletin bərabər dozalara bölünməsi üçün deyil, yalnız tabletin 
udulmasının asanlaşdırılması məqsədi ilə onun asanlıqla bölünməsi üçün nəzərdə tutulmuşdur. 
Uşaqlar 
Preparat 18 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. 
Yaşlı pasiyentlər 
Gündəlik dozanın tənzimlənməsi tələb olunmur. Lakin, müalicənin başlanğıcında xüsusilə 
ehtiyatlı olmaq lazımdır.  
Qaraciyər və ya böyrək problemləri olan pasiyentlər 
Yüngül və orta şiddətli qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə müalicənin 
başlanğıcında xüsusilə ehtiyatlı olmaq tələb olunur və gündəlik dozanın 20 mq-dək artırılması 
zamanı da ehtiyatlı olmaq lazımdır. 
LERKAMEN 10 preparatının qida, içkilər və alkoqolla birlikdə qəbulu 
Tərkibində yağların miqdarı çox olan qida dərmanın qandakı səviyyəsini əhəmiyyətli dərəcədə 
artırır. 
Alkoqol LERKAMEN 10 preparatının təsirini gücləndirə bilər. LERKAMEN 10 preparatı ilə 
müalicə olunduğunuz müddətdə alkoqol qəbul etməyin. 
LERKAMEN 10 preparatı qreypfrut və ya qreypfrut şirəsi ilə birlikdə qəbul edilməməlidir (onlar 
dərmanın hipotenziv təsirini gücləndirə bilərlər). 
LERKAMEN 10 preparatını qəbul etməyi unutmusunuzsa 
Əgər tableti qəbul etməyi unutmusunuzsa, sadəcə olaraq, həmin tabletin qəbulunu ötürün və 
preparatın qəbulunu əvvəlki rejimdə davam etdirin. 
Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. 
LERKAMEN 10 preparatının qəbulunu dayandırmısınızsa 
LERKAMEN 10 preparatının qəbulunu dayandırmısınızsa, arterial təzyiqiniz yenidən yüksələ 
bilər. Müalicəni dayandırmazdan əvvəl həkiminizlə məsləhətləşin. 
Bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallarınız varsa, həkiminizə və ya əczaçıya müraciət 
edin.

Prepared by  T-Soft E-Commerce.