Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq lerkanidipin hidroxlorid vardır (18,8 mq lerkanidipinə ekvivalentdir).
Lerkamen 20 preparatı 18 yaşdan yuxarı böyüklərdə "hipertoniya" da adlandırılan yüksək arterial təzyiqin müalicəsi üçün istifadə olunur (18 yaşdan kiçik uşaqlarda istifadəsi tövsiyə olunmur).
Aşağıdakı hallarda Lerkamen 20 preparatını qəbul etməyin: • Əgər Sizdə lerkanidipin hidroxloridə və ya bu dərmanın tərkibindəki digər maddələrdən hər hansı birinə ("Tərkibi" bölməsində sadalanmışdır) qarşı allergiya vardırsa. • Əgər Siz müəyyən ürək xəstəliklərindən əziyyət çəkirsinizsə: − ürəkdən qanın axınına maneənin olması − müalicə edilməmiş ürək çatışmazlığı − qeyri-stabil stenokardiya (döş qəfəsində sakitlik vəziyyətində yaranan və ya tədricən artan narahatlıq hissi) − miokard infarktından sonrakı bir ay ərzində. • Əgər Sizdə ciddi qaraciyər problemləri vardırsa. • Əgər Sizdə ciddi böyrək problemləri vardırsa və ya dializ proseduru qəbul edirsinizsə.
• Əgər Siz qaraciyər metabolizmini inhibə edən dərmanlar (CYP3A4 güclü inhibitorları) qəbul edirsinizsə, məsələn: − göbələkəleyhinə dərmanlar (məsələn, ketokonazol və ya itrakonazol) − makrolid qrupundan olan antibiotiklər (məsələn, eritromisin, troleandomisin və ya klaritromisin) − virusəleyhinə preparatlar (məsələn, ritonavir). • Siklosporin adlandırılan digər bir dərman qəbul edirsinizsə (transplantasiyadan sonra orqanın qopmasının qarşısının alınması üçün istifadə edilir). • Qreypfrut və ya qreypfrut şirəsi ilə birlikdə.
Lerkamen 20 preparatının hamiləlik dövründə qəbulu tövsiyə olunmur, laktasiya dövründə preparatdan istifadə edilməməlidir. Lerkamen 20 preparatının hamilə qadınlarda və ya körpəsini ana südü ilə qidalandıran analarda istifadəsinə dair məlumatlar yoxdur. Əgər hamiləsinizsə və ya körpənizi ana südü ilə qidalandırırsınızsa, hər hansı kontrasepsiya metodundan istifadə etmirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə, yaxud hamiləliyi planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əgər bu dərmanın qəbulu zamanı Sizdə başgicəllənmə, zəiflik və ya yuxusuzluq yaranırsa, nəqliyyat vasitələrini idarə etməyin və potensial təhlükəli mexanizmlərlə işləməyin.
Bu dərmanı hər zaman həkiminizin təyin etdiyi qaydada qəbul edin. Əmin olmadığınız halda, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. Böyüklər Tövsiyə edilən doza hər gün eyni vaxtda olmaqla, gündə bir dəfə 10 mq təşkil edir, preparatı səhərlər səhər yeməyindən ən azı 15 dəqiqə əvvəl qəbul etmək tövsiyə edilir ("Lerkamen 20 preparatının qida, içkilər və alkoqolla birlikdə qəbulu" bölməsinə baxın). Lazım gələrsə, həkiminiz dozanı gündə bir dəfə Lerkamen 20 mq preparatının bir tabletinə qədər artırmağı məsləhət görə bilər.
Tabletləri bütöv şəkildə, az miqdarda su ilə birlikdə qəbul etmək tövsiyə edilir. Lerkamen 20: bölünmə çərtiyi tabletin bərabər dozalara bölünməsi üçün deyil, yalnız tabletin udulmasının asanlaşdırılması məqsədi ilə onun asanlıqla bölünməsi üçün nəzərdə tutulmuşdur. Uşaqlar Preparat 18 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. Yaşlı pasiyentlər Gündəlik dozanın tənzimlənməsi tələb olunmur.
Lakin, müalicənin başlanğıcında xüsusilə ehtiyatlı olmaq lazımdır. Qaraciyər və ya böyrək problemləri olan pasiyentlər Yüngül və orta şiddətli qaraciyər və böyrək çatışmazlığı olan pasiyentlərdə müalicənin başlanğıcında xüsusilə ehtiyatlı olmaq tələb olunur və gündəlik dozanın 20 mq-dək artırılması zamanı da ehtiyatlı olmaq lazımdır. Lerkamen 20 preparatının qida, içkilər və alkoqolla birlikdə qəbulu Tərkibində yağların miqdarı çox olan qida dərmanın qandakı səviyyəsini əhəmiyyətli dərəcədə artırır ("İstifadə qaydası və dozası" bölməsinə baxın). Alkoqol Lerkamen 20 preparatının təsirini gücləndirə bilər.
Lerkamen 20 preparatı ilə müalicə olunduğunuz müddətdə alkoqol qəbul etməyin. Lerkamen 20 preparatı qreypfrut və ya qreypfrut şirəsi ilə birlikdə qəbul edilməməlidir (onlar dərmanın hipotenziv təsirini gücləndirə bilərlər). "Aşağıdakı hallarda Lerkamen 20 preparatını qəbul etməyin" bölməsinə baxın. Lerkamen 20 preparatını qəbul etməyi unutmusunuzsa Əgər tableti qəbul etməyi unutmusunuzsa, sadəcə olaraq, həmin tabletin qəbulunu ötürün və preparatın qəbulunu əvvəlki rejimdə davam etdirin.
Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Lerkamen 20 preparatının qəbulunu dayandırmısınızsa Lerkamen 20 preparatının qəbulunu dayandırmısınızsa, arterial təzyiqiniz yenidən yüksələ bilər. Müalicəni dayandırmazdan əvvəl həkiminizlə məsləhətləşin. Bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallarınız varsa, həkiminizə və ya əczaçıya müraciət edin.