Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lipideks Sr 250 mq N30 kapsul

Məhsul Kodu : 111-01263
İstehsalçı ölkə: Türkiye
13,34 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LİPİDEKS SR, 250 mq mikropellet kapsullar

Lipideks Sr tərkibi

 Təsiredici maddə:   1 kapsulda tədricən azad olan mikropellet şəklində 250 mq fenofibrat vardır. Köməkçi maddələr: neytral mikropellet (30 ölçüdə) (şəkər kürəcikləri), əsasi butilləşdirilmiş  metakrilat sopolimeri (Eudrajit E 100), metakril turşusu – metil-metakrilat  sopolimeri (1:1) (Eudrajit L 100), talk, bərk jelatin kapsul acıq narıncı qeyri- şəffaf qapaq/narıncı şəffaf gövdə: qapaq: günəş qürubu sarısı FCF-FD&C sarı  6 (E110), titan dioksid (E171), jelatin; gövdə: günəş qürubu sarısı FCF- FD&C sarı 6 (E110), jelatin.

İstifadəsinə göstərişlər:

 LİPİDEKS® SR pəhriz və digər qeyri-farmakoloji müalicəyə (məs., idman, bədən kütləsinin azaldılması) əlavə kimi aşağıdakı xəstəliklərin müalicəsində təyin edilir: - Ağır hipertriqliseridemiyanın müalicəsində (aşağı YSLP-xolesterini səviyyələri ilə birlikdə və ya onsuz). - Qarışıq hiperlipidemiya, statinlər əks göstəriş olduqda və ya qeyri-tolerantlıq olduqda.

Əks göstərişlər:

 LİPİDEKS® SR 18 yaşa qədər uşaqlara, ağır qaraciyər çatışmazlığı, öd kisəsi xəstəliyi, sirroz, ağır böyrək çatışmazlığı və fenofibrata və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir. Fibratlar və ya ketoprofenlə müalicə dövründə fotoallergik və ya fototoksik reaksiyaların baş verdiyi məlumdur. Ağır hipertriqliseridemiya nəticəsində yaranan kəskin pankreatit istisna olmaqla kəskin və ya xroniki pankreatit.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Fenofibratın hamilə qadınlarda istifadəsi ilə bağlı müvafiq məlumatlar yoxdur. Heyvanlar üzərində aparılmış tədqiqatlarda teratogen təsir nümayiş etdirməmişdir. Lakin, ana üçün toksiki doza səviyyələrində embriotoksik effekt müşahidə edilmişdir. İnsanlar üçün potensial riski məlum deyil. Preparatın hamiləlik dövründə istifadəsi məsləhət görülmür. Fenofibrat və/və ya metabolitlərinin ana südünə keçməsi ilə bağlı məlumat yoxdur. Odur ki, LİPİDEKS® SR laktasiya dövründə istifadə edilməməlidir.

Lipideks Sr istifadə qaydası, dozası

Peroral. Boş mədədən daha zəif sorulduğu üçün LİPİDEKS® SR həmişə yeməklə birlikdə qəbul edilməlidir. Müalicədən əvvəl təyin edilən pəhriz müalicə ilə birlikdə davam etdirilməlidir. Böyüklər Başlanğıc doza kimi gündə bir dəfə, əsas yeməklə birlikdə 1 kapsul. Böyrək çatışmazlığı olmayan yaşlı xəstələrdə böyüklər üçün olan normal doza məsləhət görülür. Böyüklər YFS 60 ml/dəqiqə/1,73 m2 az olan pasiyentlərdə fenofibratın dozası azaldılmalıdır. Bu səbəbə görə böyrək çatışmazlığı olan pasiyentlərdə bu preparat istifadə edilməməlidir.

Prepared by  T-Soft E-Commerce.