Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Lizinopril 10 Mg N28 tablet

Məhsul Kodu : 111-19694
İstehsalçı ölkə: Latviya
4,99 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LİZİNOPRİL QRİNDEKS, 10 mq; 20 mq tabletlər

Lizinopril  tərkibi

Təsiredici maddə:1 tabletin tərkibində 10 mq və ya 20 mq lizinopril (lizinopril dihidrat şəklində) vardır. Köməkçi maddələr:prejelatinləşdirilmiş nişasta, qarğıdalı nişastasi, susuz kalsium hidrofosfat, mannitol, susuz kolloidal silisium dioksid, maqnezium stearat.

İstifadəsinə göstərişlər:

 Hipertenziya Hipertenziyanın müalicəsi. Ürək çatışmazlığı Simptomatik ürək çatışmazlığının müalicəsi. Kəskin miokard infarktı Kəskin miokard infarktından 24 saat sonra müalicəyə başlayan hemodinamik cəhətdən stabil pasiyentlərin qısamüddətli (6 həftə) müalicəsi. Şəkərli diabetin səbəb olduğu böyrəklərin fəaliyyətinin pozğunluğu 2-ci tip şəkərli diabet və ilkin nefropatiyası olan hipertenziyalı pasiyentlərdə böyrək xəstəliyinin müalicəsi.

Əks göstərişlər:

 ˗ Təsiredici maddəyə və ya hər hansı digər AÇF inhibitoruna və ya “Tərkibi” bölməsində sadalanan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq.

 ˗ Anamnezdə AÇF inhibitorlarının əvvəlki istifadəsi ilə əlaqəli angionevrotik ödem. ˗ İrsi/idiopatik angionevrotik ödem.

 ˗ Hamiləliyin ikinci və üçüncü trimestri (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölmələrinə baxın).

 ˗ Şəkərli diabet və ya böyrək funksiyası pozulmuş pasiyentlərdə aliskiren tərkibli preparatlarla eyni vaxtda istifadəsi (YFS<60 ml/dəq/1,73m) (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamikası” bölmələrinə baxın).

 ˗ Sakubitril/valsartan ilə eyni vaxtda istifadəsi. Lizinopril Qrindeks preparatının istifadəsinə sakubitril/valsartanın son dozasından sonra 36 saatdan tez olmayaraq başlamaq olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın).

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik AÇF inhibitorlarının istifadəsi hamiləliyin birinci trimestrində tövsiyə edilmir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələsinə baxın), hamiləliyin ikinci və üçüncü trimestrlərində – əks göstərişdir (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). AÇF inhibitorlarının hamiləliyin birinci trimestrində istifadəsi zamanı teratogen riski barədə əsaslı epidemioloji sübutlar yoxdur, lakin riskin nisbətən yüksəlməsini istisna etmək olmaz. AÇF inhibitorlarının sonrakı istifadəsi zəruri hesab olunmadıqda, hamiləliyi planlaşdıran pasiyentlər, AÇF inhibitorları ilə aparılan əvvəlki müalicəni hamiləlik dövründə istifadə üçün təhlükəsizlik profili müəyyən edilmiş antihipertenziv müalicə ilə əvəz etməlidirlər. Hamiləlik müəyyən olunduqdan sonra AÇF inhibitorlarının istifadəsini dərhal dayandırmaq və tələb olunduqda, alternativ müalicəyə başlamaq lazımdır. Məlumdur ki, hamiləliyin ikinci və üçüncü trimestrlərində AÇF inhibitorlarının istifadə olunması fetotoksiklik (böyrəklərin funksiyasının zəifləməsi, oliqohidramniya, kəllə sümüklərinin bərkiməsinin zəifləməsi) və neonatal toksiklik (böyrək çatışmazlığı, hipotenziya, hiperkaliemiya) törədir (“Klinikaya qədər təhlükəsizlik məlumatları” bölməsinə baxın). Pasiyent, hamiləliyin ikinci trimestrində AÇF inhibitorlarını istifadə etməyə başladıqda, dölün böyrək funksiyasına və kəllə sümüklərinin vəziyyətinə nəzarət etmək məqsədilə, dölün ultrasəs müayinəsini aparmaq lazımdır. Hipotenziyanın inkişaf etmə riskinin qarşısını almaq məqsədilə, AÇF inhibitorlarını qəbul edən anaların körpələrinə, diqqətlə nəzarət etmək tələb olunur (“Əks göstərişlər” və “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrinə baxın). Laktasiya dövrü Lizinoprilin laktasiya dövründə istifadə barədə məlumatın olmadığı səbəbindən, bu müddət ərzində preparatın istifadəsi tövsiyə olunmur. Vaxtında və ya vaxtından əvvəl doğulmuş yenidogulmuş körpələri ana südü ilə qidalandıran qadınlara, daha yaxşı təhlükəsizlik profili olan alternativ müalicə təyin olunmalıdır.

Lizinopril istifadə qaydası, dozası

İstifadə qaydası Daxilə birdəfəlik dozada qəbul edilir. Gündə 1 dəfə qəbul edilən digər preparatlar kimi, lizinopril preparatı günün təxminən eyni vaxtında istifadə etmək lazımdır. Qida qəbulu lizinoprilin sorulmasına təsir etmir. Doza, pasiyentin vəziyyətinə və qan təzyiqinin cavab reaksiyasına müvafiq olaraq fərdi yolla seçilir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Lizinoprili monoterapiya vasitəsi kimi və ya digər antihipertenziv vasitələrlə kombinasiyada istifadə etmək olar (“Əks göstərişlər”, “Xüsusi göstərişlər və ehtiyat tədbirləri”, “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” və “Farmakodinamkası” bölmələrinə baxın). Dozalalanma rejimi Hipertenziya Başlanğıc doza Hipertenziyası olan pasiyenlər üçün adi başlanğıc doza 10 mq təşkil edir. Renin-angiotenzinaldosteron sisteminin (RAAS) aktivliyi yüksək olan pasiyentlərdə (xüsusilə, renovaskulyar hipertenziyadan əziyyət çəkən, elektrolit defisiti və/və ya hipovolemiyası, ürək dekompensasiyası və ya hipertenziyanın ağır forması olan pasiyentlərdə) ilk dozaların qəbulundan sonra qan təzyiqi əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Belə pasiyentlər üçün tövsiyə edilən başlanğıc doza 2,5-5 mq təşkil edir və həmçinin müalicənin əvvəlində tibbi nəzarət tövsiyə edilir. Böyrək çatışmazlığı olan pasiyentlərə (cədvələ baxın) ən aşağı başlanğıc doza təyin edilməlidir. Dəstəkləyiciı doza Adi effektiv dəstəkləyici doza 20 mq təşkil edir. Bu dozanı gündə 1 dəfə qəbul etmək lazımdır. Bu dozanın istifadəsi zamanı 2-4 həftə müddətində arzuolunan terapevtik effekt əldə edilmdikdə, daha sonra dozanı artırmaq lazımdır. Nəzarət olunan klinik tədqiqatlarda istifadə olunan maksimal gündəlik doza 80 mq təşkil etmişdir. Diuretik preparatlarla müalicə alan pasiyentlər Lizinoporil preparatı ilə müalicənin başlanmasından sonra simptomatik hipotenziya inkişaf edə bilər. Bu vəziyyətə, diuretik vasitələrlə müalicə alan pasiyentlərdə daha çox rast gəlinir. Belə pasiyentlərdə hipovolemiyanın və/və ya duz defisitinin qarşısını almaq məqsədilə, ehtiyatlı olmaq tövsiyə edilir. Mümkün olduqda diuretik vasitənin qəbulunu, lizinoprillə müalicəyə başlamazdan 2- 3 gün əvvəl dayandırmaq lazımdır. Diuretik vasitələrlə fasiləsiz müalicə qəbul edən hipertenziyalı pasiyentlərdə lizinopril preparatı ilə müalicəni 5 mq dozadan başlamaq lazımdır. Böyrək funksiyasına və qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur. Lizinoprilin sonrakı dozalarını qan təzyiqinin aşağı düşməsinin səviyyəsindən asılı olaraq seçmək lazımdır. Lazım gəldikdə diuretik vasitə ilə müalicəni bərpa etmək olar (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölmələrinə baxın). Böyrək çatışmazlığı zamanı dozanın seçilməsi Böyrək fəaliyyətinin pozğunluğu olan pasiyentlərdə lizinoprilin dozasını, cədvəldə göstərildiyi kimi, kreatinin klirensinə müvafiq olaraq seçmək lazımdır. Cədvəl. Böyrək çatışmazlığı zamanı dozanın seçilməsi Kreatinin klirensi (ml/dəq) Başlanğıc doza (mq/gün) 10 ml/dəq aşağı (o cümlədən, dializ prosedurası aparılan pasiyentlər üçün) 2,5 mq* 10-30 ml/dəq 2,5 – 5 mq 31-80 ml/dəq 5 – 10 mq * Preparatın dozasını və/və ya istifadəsinin tezliyini qan təzyiqinin aşağı düşməsinin səviyyəsindən asılı olaraq seçmək lazımdır. Dozanı, qan təzyiqi stabilləşənə qədər, tədricən endirmək və ya maksimal dozaya – gündə 40 mq – artırmaq mümkündür. 6 yaşdan 16 yaşa qədər hipertenziyalı pediatrik pasiyentlərdə istifadəsi Bədən çəkisi 20 kq-dan 50 kq-a qədər olan pasiyentlər üçün preparatın tövsiyə olunan başlanğıc dozası gündə 1 dəfə 2,5 mq, bədən kütləsi 50 kq-dan çox olan pasiyentlər üçün başlanğıc doza gündə 1 dəfə 5 mq təkşil edir. Bədən kütləsi 20 kq-dan 50 kq-a qədər olan pasiyentlər üçün maksimal doza gündə 20 mq olmaqla və bədən kütləsi 50 kq-dan çox olan pasiyentlər üçün maksimal doza gündə 40 mq olmaq şərti ilə fərdi qaydada seçilir. Pediatrik pasiyentlərdə 0,61 mq/kq-dan çox olan dozaların (və ya 40 mq çox olan dozalar) istifadəsi araşdırılmayıb. Böyrək funksiyası zəifləmiş uşaqlarda aşağı başlanğıc dozanın istifadə edilməsi və ya dozalar arasında intervalın uzadılması zərurətini qiymətləndirmək lazımdır. Ürək çatışmazlığı Simptomatik ürək çatışmazlığı olan pasiyentlərin müalicəsində lizinoprili diuretik vasitələrlə, tələb olunduqda isə ürək qlikozidləri və beta-blokatorlarla kombinasiyada istifadə etmək lazımdır. Lizinoprillə müalicəni başlanğıc doza gündə 1 dəfə 2,5 mq olmaqla başlamaq olar və preparatın qan təzyiqinə ilkin təsirini müəyyən etmək məqsədilə pasiyenti tibbi nəzarət altında saxlamaq lazımdır. Lizinoprilin dozasını artırmaq olar: ˗ 10 mq-dan artıq olmamaq şərti ilə; ˗ iki həftədən az olmayan intervala riayət etməklə; ˗ gündə 1 dəfə 35 mq-dan çox olmamaq şərti ilə, pasiyentin qəbul edə bilən ən yüksək dozaya qədər. Doza, pasiyentin klinik cavabından asılı olaraq fərdi seçilməlidir. Simptomatik hipotenziyanın yüksək inkişaf riski olan pasiyentlərdə, yəni duz çatışmazlığı və hiponatriemiyası olan və ya hiponatriemiyasız pasiyentlərdə, hipovoliemiyası olan və ya diuretik preparatlarla intensiv müalicə alan pasiyentlərdə, bu vəziyyətləri, lizinopril ilə müalicəyə başlamazdan mümkün qədər əvvəl, korreksiya etmək lazımdır. Böyrək funksiyasına və qan zərdabında kaliumun səviyyəsinə nəzarət etmək tövsiyə olunur (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Kəskin miokard infarktı Pasiyentlər tövsiyə olunan standart müalicəni – trombolitik preparatlar, aspirin və beta-blokatorlar – qəbul etməlidirlər. Lizinoprili qliseriltrinitrat ilə birlikdə venadaxili və transdermal istifadə etmək olar. Başlanğıc doza (miokard infarktından sonra ilk 3 gün ərzində) Lizinopril preparatı ilə müalicəyə simptomlar yarandıqdan sonra 24 saat müddətində başlamaq olar. Sistolik qan təzyiqi 100 mm c.s. aşağı olduqda, müalicəyə başlamaq olmaz. Lizinoprilin daxilə qəbul edilən ilk dozası 5 mq, 24 saatdan sonra yenə 5 mq, 48 saatdan sonra – 10 mq və gündə 1 dəfə 10 mq təşkil edir. Sistolik qan təzyiqi aşağı olan (120 mm. c.s. və ya dana aşağı) pasiyentləri müalicənin əvvəlində və ya miokard infarktından sonra ilk 3 gün müddətində aşağı doza ilə – daxilə 2,5 mq – müalicə etmək lazımdır (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). Böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 80 ml/dəq) lizinoprilin başlanğıc dozasını kreatinin klirensinə müvafiq seçmək lazımdır (cədvələ baxın). Dəstəkləyici doza Dəstəkləyici doza gündə 1 dəfə 10 mq təşkil edir. Hipotenziya yarandıqda (sistolik qan təzyiqi 100 mm c.s. və daha aşağı), tələb olunduqda, sutkalıq dəstəkləyici dozanı – 5 mq – qısamüddətli aşağı salmaq olar – 2,5 mq qədər. Hipotenziya uzun müddət davam etdikdə (sistolik qan təzyiqi 1 saatdan çox 90 mm c.s. və daha aşağı), lizinoprilin istifadəsini dayandırmaq lazımdır. Müalicə 6 həftə davam etdirilməlidir, bundan sonra pasiyentin vəziyyətini qiymətləndirmək lazımdır. Pasiyentdə ürək çatışmazlığı simptomlarının inkişaf etdikdə, lizinopril ilə müalicəni davam etdirmək lazımdır. Şəkərli diabet səbəbindən böyrək fəaliyyətinin pozğunluqları 2-ci tip şəkərli diabetli və nefropatiyanın başlanğıc mərhələsində olan hipertenziyalı pasiyentlərdə lizinoprilin dozası gündə 1 dəfə 10 mq təşkil edir. Oturaq vəziyyətdə diastolik qan təzyiqinin 90 mm c.s. aşağı salmaq məqsədilə bu dozanı, lazım olduqda, gündə 1 dəfə 20 mq qədər artırmaq olar. Böyrək çatışmazlığı zamanı (kreatinin klirensi < 80 ml/dəq) lizinoprilin başlanğıc dozasını kreatinin klirensinə müvafiq seçmək lazımdır (cədvələ baxın). Yaşlı pasiyentlər Klinik tədqiqatlarda preparatın effektivliyinin və təhlükəsizliyinin yaşla əlaqəli fərqi müşahidə olunmamışdır. Lakin, pasiyentin yaşı böyrək funksiyasının zəifləməsindən bilavasitə asılı olduqda, lizinoprilin başlanğıc dozasını müəyən etmək üçün, cədvəlin göstəricilərini nəzərə almaq lazımdır. Sonra preparatın dozası, qan təzyiqinin aşağı düşməsinin səviyyəsindən asılı olaraq seçilir. Böyrək transplantasiyasını keçirən pasiyentlər Yaxın zamanlarda böyrək transplantasiyanı keçirən pasiyentlərdə lizinoprilin istifadə təcrübəsi mövcüd deyil. Bü səbəbdən, bu halda lizinoprilin istifadəsi tövsiyə olunmur. Uşaqlar və 18 yaşa qədər yeniyetmələr 6 yaşdan yuxarı hipertenziyası olan pasiyentlərdə lizinoprilin istifadəsinin effektivliyinə və təhlükəsizliyinə dair məlumatlar məhduddur, lakin digər hallarda preparatın istifadə təcrübəsi yoxdur (“Farmakodinamikası” bölməsinə baxın). Lizinoprili uşaqlarda hipertenziyadan başqa göstərişlərdə istifadə etmək tövsiyə olunmur. 6 yaşa qədər uşaqlarda və ya ağır böyrək çatışmazlığı (YFS < 30 ml/dəq/1,73 m) olan uşaqlarda lizinoprilin istifadəsi tövsiyə edilmir (“Farmakokinetikası” bölməsinə baxın).

Prepared by  T-Soft E-Commerce.