Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: 1 tabletin tərkibində 10 mq lizinopril (dihidrat şəklində) və 12,5 mq hidroxlorotiazid vardır.
Yüksək qan təzyiqinin (hipertoniyanın) müalicəsi üçün istifadə edilir.
• Lizinoprilə, hidroxlorotiazidə və ya preparatın dig ər t ərkib hiss ələrinə (bax: “Tərkibi”) qarşı allergiya (yüksək həssaslıq). • Anamnezində digər AÇF inhibitorlarına v ə ya sulfonamid d ərmanlarına qarşı allergiyanın olması. Bunun sizə aid olub olmadığından əmin deyilsinizsə, həkiminizə müraciət edin. • Əllərin, ayaqların, topuqların, üzün, dodaqların, dilin v ə ya boğazın qəflətən şişməsi, xüsusilə əgər bu hal AÇF inhibitoru ilə müalicədən sonra olmuşdursa.
• Böyüklərdə xroniki ürək çatışmazlığını müalicəsində istifadə edilən sakubitril/valsartan qəbul etmisinizsə və ya hazırda qəbul edirsinizsə, angionevrotik ödem (boğaz nahiyədəsində, dəri altında sürətli şişkinlik) riski arta bilər. • İrsi angionevrotik ödem. Bunun siz ə aid olub olmadığından əmin deyilsinizsə, həkiminizə müraciət edin. • Kəskin böyrək problemləri.
• Sidiyəgetmənin çətinliyi. • Kəskin qaraciyər problemi. • 3 aydan artıq hamiləsinizsə (bu dərmanın hamiləliyin ilkin dövründə qəbul edilməməsi məsləhətdir- “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın). • Əgər Siz diabetik xəstəsinizsə və yaxud sizdə böyrək funksiyası pozulmuşsa və aliskiren tərkibli preparatla qan təzyiqinin aşağı salınması üçün müalicə alırsınızsa.
Əgər yuxarıdakı hallardan h ər hansı biri Sizə aiddirsə, LOPRİL® H tabletlərini qəbul etməyin. Əgər əmin deyilsinizsə, LOPRİL® H tabletlərini qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla əlaqə saxlayın.
Əgər hamilə olduğunuzu (və ya olacağınızı) düşünürsünüzsə, həkiminizə məlumat verməlisiniz. Həkiminiz hamilə olduğunuzu bil əndən sonra LOPRİL ® H preparatının əvəzinə sizə digər preparatın qəbulunu məsləhət görəcək. LOPRİL® H preparatı hamiləliyin ilkin m ərhələsində tövsiyə olunmur və 3 aydan artıq hamiləsinizsə, onu q əbul etm əməlisiniz, çünki bu hamil əliyin 3 -cü ayından sonra istifad ə olunduqda, körpənizə ağır zərər verə bilər. Əgər Siz uşağınıza süd verirsinizs ə və ya buna hazırlaşırsınızsa, h əkiminizə məlumat verin.
Laktasiya dövründə anaların LOPRİL ® H preparatını q əbul etm əsi tövsiy ə olunmur v ə xüsusilə də uşağınız yeni doğulmuşdursa və ya yarımçıq doğulmuşdursa və Siz uşağa süd vermək istəyirsinizsə, həkiminiz sizin üçün başqa bir müalicə seçə bilər. Nəqliyyat vasit ələrini v ə digər potensial t əhlükəli mexanizml əri idar əetmə qabiliyyətinə təsiri Bu dərman xüsusilə də müalicənin başlanğıcında və ya doza tənzimləndikdə və ya spirtli içki ilə birlikdə qəbul etdikdə sizin avtomobil v ə ya texnikanı idar əetmə bacarığına t əsir ed ə bilər. Əgər bu baş ver ərsə, avtomobili idarə etməyin və ya alətlərdən və texnikadan istifadə etməyin. Bundan öncə dərmanın necə təsir göstərməsini gözləməlisiniz.
LOPRİL® H preparatını h əmişə dəqiq ş əkildə həkiminizin siz ə bildirdiyi ş əkildə qəbul edin. Əmin olmadıqda həkiminizə müraciət etməlisiniz. LOPRİL® H preparatını qəbul etməyə başladıqda, həkiminiz qan analizi apara bil ər. Sonra is ə dərmandan düzgün miqdarda qəbul etmək üçün həkiminiz dozanı tənzimləyə bilər.
Dərmanın qəbul edilməsi Tableti su ilə qəbul edin. Dərmanı hər gün eyni vaxtda q əbul etməyə çalışın. LOPRİL ® H preparatını yem əkdən əvvəl və ya sonra qəbul etmənizin fərqi yoxdur. LOPRİL® H preparatını h əkiminizin siz ə bildirdiyi müdd ətə qəbul edin, bu uzun müdd ətli müalic ədir.
LOPRİL® H preparatının hər gün qəbul edilməsinin davam etdirilməsi vacibdir. Birinci dozanın qəbulu Birinci dozanı qəbul edən zaman və ya doza artırıldıqda xüsusilə diqqətli olun. Bu qan təzyiqinin sonrakı dozalardan daha çox aşağı düşməsinə səbəb ola bilər. Bu başgicəllənməyə səbəb ola bil ər.
Əg ər bu hal baş ver ərsə, uzanmaq faydalı ola bil ər. Əg ər narahat olsanız, mümkün qədər tez həkiminizlə əlaqə saxlayın. Böyüklər uçün Adi doza gündə bir tabletdir. Həkiminiz sizin üçün effektivliyi olan tablet yazacaq.
Lazım gəldikdə, həkiminiz gündə bir dəfə olmaqla dozanı iki tabletə qədər artıra bilər. Uşaqlar üçün LOPRİL® H preparatının uşaqlar tərəfindən istifadəsi tövsiyə olunmur.