Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: Lortenza, örtüklü tabletlər 50 mq/5 mq 1 tabletin tərkibində 50 mq kalium lozartan və 6,94 mq amlodipin bezilat vardır ki, bu da 5 mq amlodipinə ekvivalentdir. Lortenza, örtüklü tabletlər 50 mq/10 mq 1 tabletin tərkibində 50 mq kalium lozartan və 13,88 mq amlodipin bezilat vardır ki, bu da 10 mq amlodipinə ekvivalentdir. Lortenza, örtüklü tabletlər 100 mq/5 mq 1 tabletin tərkibində 100 mq kalium lozartan və 6,94 mq amlodipin bezilat vardır ki, bu da 5 mq amlodipinə ekvivalentdir. Lortenza, örtüklü tabletlər 100 mq/10 mq 1 tabletin tərkibində 100 mq kalium lozartan və 13,88 mq amlodipin bezilat vardır ki, bu da 10 mq amlodipinə ekvivalentdir.
Lortenza preparatı iki ayrı dərman preparatlarının qəbulu yerinə lozartan və amlodipini artıq bu dozalarda qəbul edən xəstələrdə yüksək arterial təzyiqinin (hipertenziya) müalicəsi üçün istifadə olunur.
- Əgər Sizin lozartan, amlodipin və ya hazırkı dərman preparatının istənilən digər komponentlərinə və ya digər kalsium antaqonistlərinə qarşı allergiyanız varsa. O, qaşınma, dəri qızartıları və ya nəfəs almaqda çətinlik kimi özünü büruzə verə bilər. - Əgər Sizdə çox aşağı arterial təzyiq (hipotenziya) müşahidə olunursa. - Əgər Siz ürəyin aorta qapağının daralmasından (aorta stenozu) və ya kardiogen şokdan (ürəyin bədənə kifayət qədər qanı çatdıra bilməməsi) əziyyət çəkirsinizsə.
- Əgər Siz ürək tutmasından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə. - Əgər Sizin hamiləlik müddətiniz 3 aydan çoxdursa (həmçinin hamiləliyin ilk aylarında Lortenza preparatından istifadə etməmək tövsiyə olunur – "Hamiləlik" bölməsinə bax). - Əgər Sizdə qaraciyər funksiyası ağır pozulubsa. - Əgər Sizdə böyrək funksiyasının pozulması və ya şəkər xəstəliyi varsa, eləcə də əgər Siz arterial təzyiqin azaldılması üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə.
- Lortenza preparatını 18 yaşa qədər uşaqlara və yeniyetmələrə istifadə etmək tövsiyə olunmur.
Əgər Siz hamiləsinizsə və ya ana südü ilə qidalandırırsınızsa və ya Siz hamilə ola biləcəyinizi ehtimal edirsinizsə və ya uşaq planlaşdırırsınızsa, bu dərman preparatını istifadə etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Hamiləliyin ilk aylarında Lortenza preparatından istifadə etmək tövsiyə olunmur, preparatdan həmçinin hamiləliyin 3-cü ayından sonra da istifadə etmək olmaz. Ana südü ilə qidalandırma Az miqdarda amlodipinin ana südünə daxil olması müəyyən edilmişdir. Ana südü ilə qidalandıran analara Lortenza preparatından istifadə tövsiyə edilmir.
Lortenza preparatı nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir edə bilər. Əgər dərman Sizdə ürəkbulanma, başgicəllənmə və ya yorğunluq hissi ya da baş ağrısı yarada bilirsə, nəqliyyat vasitələrini və ya mexanizmləri idarə etməkdən imtina edib dərhal həkimə müraciət etmək lazımdır.
Lortenza preparatının tövsiyə olunan dozası – sutkada bir tablet. Tabletləri qida qəbulundan asılı olmayaraq bir stəkan su ilə qəbul etmək lazımdır. Siz preparatın sutkalıq dozasını hər gün eyni vaxtda qəbul etməlisiniz. Lortenza preparatını qreypfrut şirəsi ilə qəbul etməyin.
Lortenza preparatının qəbulunu həkim onu dayandırmağı tövsiyə etməyənə qədər davam etdirmək vacibdir. Əgər Siz Lortenza preparatını qəbul etməyi unutmusunuzsa Əgər Siz təsadüfən sutkalıq dozanı qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki kimi qəbul edin. Əgər Siz Lortenza preparatının qəbulunu dayandırmısınızsa Əgər Siz preparatın qəbulunu həkim tövsiyə etdiyi vaxtdan tez dayandırsanız Sizin xəstəliyinizin geri qayıtma ehtimalı ola bilər.