Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LOSAR-DENK 100MG N28 TB

Məhsul Kodu : 111-24659
İstehsalçı ölkə: Almaniya
12,67 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LOSAR-DENK, 100 örtüklü tabletlər

LOSAR-DENK tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 45,8 mq və ya 91,6 mq lozartana ekvivalent 50 mq və ya 100 mq lozartan kalium vardır.

İstifadəsinə göstərişlər

- Essensial arterial hipertenziya; - arterial hipertenziyalı və sol mədəciyin hipertrofiyası olan xəstələrdə ürək-damar xəstəlikləri və ölüm riskinin aşağı salınması; - 60 yaş və daha yuxarı olan şəhslərdə xroniki ürək çatışmazlığının (kombinasiya olunmuş terapiyanın tərkibində, AÇF inhibitorları ilə terapiyaya qarşı dözümsüzlük və effektivsizlik zamanı) müalicəsi üçün; - ≥ 0,5 q/gun proteinuriyası olan hipertenziyalı və 2-ci tip şəkərli diabeti olan pasiyentlərdə böyrək xəstəliyinin antihipertenziv müalicəsinin hissəsi kimi.

Əks göstərişlər

Lozartana və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq; hamiləlik və laktasiya dövrü. Ağır qaraciyər çatışmazlığı. Şəkərli diabet və ya böyrək funksiyası pozulması zamanı və tərkibində aliskiren olan qan təzyiqini azaldan dərman qəbul edildikdə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda kalium lozartandan istifadə təcrübəsi olmasa da, heyvanlar üzərində aparılan tədqiqatlar döldə və yenidoğulmuşlarda qüsurların inkişaf etməsinin mümkünlüyünü göstərmişdir. Lozartan hamiləliyin ikinci və üçüncü üçaylıqlarında qəbul edildkdə döl üçün risk artır. Hamiləlik müəyyən olunduqda kalium lozartanla terapiya mümkün qədər tez dayandırılmalıdır. Lozartanın insanda südlə xaric olması məlum deyil, lakin siçovulların südündə lozartan və onun aktiv metabolitinin yüksək qatılıqları aşkar edilməmişdir.

Südəmər uşaqlarda arzuolunmaz effektlərin inkişaf etməsinin mümkünlüyü ilə əlaqədar olaraq, lozartanın ana üçün vacibliyi və əhəmiyyəti nəzərə alınmaqla döşlə uşaq əmizdirməni dayandırmaq, ya da lozartanla terapiyanın dayandırılması haqqında məsələni həll etmək lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat adi dozalarda psixomotor reaksiyaların sürətinə və diqqətin cəmləşdirilməsinə təsir göstərmir.

LOSAR-DENK istifadə qaydası və dozası

Qida qəbulundan asılı olmayaraq gündə 1 dəfə daxilə qəbul edilir. Arterial hipertenziya: orta gündəlik doza 50 mq təşkil edir. Maksimal antihipertenziv effektə terapiyanın 3-6 həftəsi ərzində nail olunur. Bəzi xəstələrdə daha güclü effektə preparatın dozasını gündə 100 mq-a qədər artırmaqla nail olmaq olar.

Diuretiklərin yüksək dozalarının qəbulu fonunda terapiyaya Losar Denki gündə 25 mq dozası ilə başlamaq tövsiyə olunur. Yaşlı xəstələrdə, həmçinin böyrək funksiyaları pozulmuş xəstələrdə, o cümlədən hemodializdə olan xəstələrdə başlanğıc dozada düzəlişlərin edilməsi tələb olunmur. Qaraciyər funksiyaları pozulmuş xəstələrə preparatın daha kiçik dozalarını təyin etmək lazımdır. Xroniki ürək çatışmazlığı: başlanğıc doza gündə 1 dəfə 12,5 mq təşkil edir.

Dozanı tədricən, dozaların artırılmaları arasında 1 həftə fasilə ilə artırmaq lazımdır. Məsələn, gündə 1 dəfə 50 mq adi dəstəkləyici dozaya nail olmaq üçün, adətən minimum 2 həftə tələb olunur: 1-ci həftə – gündə 12,5 mq, 2-ci həftə – gündə 25 mq, 3-cü həftədən başlayaraq – gündə 50 mq. Losar adətən diuretiklərlə və ürək qlikozidləri ilə kombinasiyada təyin edilir. Arterial hipertenziyalı və sol mədəciyin hipertrofiyası olan xəstələrdə insultun inkişaf riskinin azaldılması Losarın standart başlanğıc dozası gündə 1 dəfə 50 mq təşkil edir.

Sonralar aşağı dozalarda hidroxlorotiazid əlavə edilə və / və ya Losarın dozası gündə 100 mq-a qədər artırıla bilər. 2-ci tip şəkərli diabetli və proteinuriyalı xəstələrdə nefroproteksiya Losarın standart başlanğıc dozası gündə 1 dəfə 50 mq təşkil edir. Preparatın dozası AT-nin azalması nəzərə alınmaqla gündə 100 mq-a qədər artırıla bilər.

Prepared by  T-Soft E-Commerce.