Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddələr: Mesartan 20 mq/12,5 mq:1 tabletin tərkibində 20 mq olmesartan medoksomil və 12,5 mq hidroxlorotiazid vardır. Mesartan 20 mq/25 mq: 1 tabletin tərkibində 20 mq olmesartan medoksomil və 25 mq hidroxlorotiazid vardır. Mesartan 40 mq/12,5 mq: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil və 12,5 mq hidroxlorotiazid vardır. Mesartan 40 mq/25 mq: 1 tabletin tərkibində 40 mq olmesartan medoksomil və 25 mq hidroxlorotiazid vardır.
Mesartan iki aktiv maddədən-olmesartan medoksomil və hidroxlortiaziddən ibarət hipertenziya və ya yüksək qan təzyiqinin müalicəsində istifadə olunan dərman vasitəsidir. Olmesartan medoksomil angiotenzin II reseptorların antaqonistləri qrupuna daxildir. Olmesartan qan damarlarını normallaşdıraraq qan təzyiqini aşağı salır. Hidroxlorotiazid isə tiazid diuretikləri qrupuna aid maddədir.
O, yığılan artıq mayeni sidiklə böyrəkdən xaric etməkdə orqanizmə kömək edərək, qan təzyiqini normallaşdırır. Yüksək qan təzyiqinin tənzimlənməsində Mesartan tabletinin effektivliyi sübut olunmuşdur. Dərman vasitəsinin qəbulu ilə yanaşı təzyiqin normallaşdırılması üçün artıq çəkidən azad olmaq, siqaret və alkaqolun qəbulunu tədricən dayandırmaq, qidalarda daha az duz istifadə etmək və müntəzəm olaraq üzgüçülük və piyada gəzmək məsləhət görülür.
Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. Anuriya, hamiləliyin II və III trimestri. Diabetli xəstələrdə Aliskiren preparatı ilə birlikdə istifadə etmək olmaz.
Hamiləlik Əgər pasiyent hamilədirsə və ya hamilə olma ehtimalı varsa bu barədə həkimə məlumat vermək lazımdır. Mesartan istifadə edən xəstələrdə hamiləlik müəyyənləşdirildikdə dərhal həkim tərəfindən preparatın istifadəsi dayandırılmalı və hamilələrdə istifadə olunan digər dərman vasitəsi təyin olunmalıdır. Eyni zamanda hamiləliyin 3-cü ayından sonra uşağa mənfi təsir ehtimalına görə preparat qəbul edilməməlidir. Laktasiya Laktasiya dövründə və ya uşağı əmizdirməyə başlamaq planlaşdırıldıqda həkimlə məsləhətləşmək lazımdır.
Laktasiya dövründə Mesartan qəbulu məsləhət görülmür və həkim tərəfindən laktasiya zamanı istifadə edilə biləcək başqa preparat təyin edilməlidir. Hamiləlik və laktasiya zamanı hər hansı bir preparatı qəbul etməzdən əvvəl mütləq həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Yüksək qan təzyiqinin müalicəsi zamanı yuxululuq və başgicəllənmə müşahidə olunduğundan bu simptomlar keçənə qədər avtomobil və digər nəqliyyatı idarəetmə sistemləri istifadə olunmamalıdır. Məsləhət üçün həkimə müraciət etmək lazımdır. Diqqət: Preparatın tərkibində laktoza vardır. Şəkərə qarşı hiperhəssaslığı olan xəstələr Mesartan istifadə etməzdən öncə həkimlə məsləhətləşmək lazımdır.
Mesartan həkimin təyin etdiyi qaydada qəbul edilməlidir. Əgər təyin olunmuş qaydadan əmin deyilsinizsə, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Mesartan əsas tərkibi 20 mq/12,5 mq, 20 mq/25 mq, 40 mq/12,5 mq və 40 mq/25 mq şəklində mövcuddur. Qan təzyiqi yalnız olmesartan medoksomil və ya yalnız hidroxlorotiazid ilə qeyriadekvat tənzimlənən pasiyentlərdə gündə bir dəfə Mesartan (olmesartan medoksomil/hidroxlorotiazid) təyin oluna bilər.
Doza fərdi şəkildə təyin olunmalıdır. Qan təzyiqinin müalicəyə reaksiyasından asılı olaraq doza 2-4 həftə intervalında titrlənə bilər. Əgər qan təzyiqi təkcə olmesartan medoksomil ilə tənzimlənə bilmirsə, hidroxlorotiazid 12,5 mq ilkin dozada təyin edilə bilər və daha sonradan gündəlik doza 25 mq-ə qədər artırıla bilər. Əgər yüksək dozada hidroxlorotiazid monoterapiya şəklində istifadə olunubsa və xəstədə maye həcminin azalması və ya hiponatriemiya müşahidə olunarsa Mesartanın qəbuluna keçid zamanı qan təzyiqində qəfil düşmə müşahidə oluna bilər.
Bu səbəbdən dərman vasitəsinin qəbulu zamanı ehtiyatlı olmaq lazımdır. Mesartanın antihipertenziv təsiri hər iki komponentin birgə istifadəsi zamanı doza 20/mq 12,5 mq-dən 40 mq/ 25 mq aralığında olması ilə bağlıdır. Gündəlik doza 1 tabletdir. Gündəlik dozanı 1 tabletdən artıq qəbul etmək məsləhət görülmür.
Mesartan digər antihipertenziv preparatlar ilə birgə təyin edilə bilər. Böyrək çatışmazlığı olan xəstələr Kreatinin klirensi>30 ml/dəq olan pasiyentlərdə Mesartanın gündəlik terapevtik müalicə sxemi saxlanılır. Daha ağır böyrək çatışmazlığı olan xəstələrdə tiazidlərə nisbətən ilgək diuretiklərinə üstünlük verilir. Belə ki, ağır böyrək çatışmazlığı olan xəstələrdə Mesartanın istifadəsi məsləhət görülmür.
Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər çatışmazlığı olan xəsətələrdə dozaya düzəliş edilməsi zəruri deyil. Mesartanın qida və içki ilə qəbulu Mesartan qida ilə birgə və ya ayrıca qəbul edilə bilər. Mesartanın alkoqol ilə birgə istifadəsi zamanı başgicəllənmə və zəiflik halları müşahidə oluna bilər. Buna görə də dərman vasitəsinin alkoqol ilə birgə istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır.