Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq amlodipin (amlodipin bezilat şəklində) vardır
1. Essensial hipertenziya Essensial hipertenziya zamanı monoterapiya və ya digər antihipertenziv dərman vasitələr i i lə kombinəedilmiş şəkildə istifadə oluna bilər. 2. Ürəyin işemik xəstəliyi Xronik stabil stenokardiya: Xronik s tabil stenokardiyanın simp tomatik müalicəsində monoterapiya və ya digər antianginal dərman vasitələri ilə kombinə edilmiş şəkildə istifadə oluna bilər.
Vazospastik (Prinsmetal) stenokardiya: Koronar arteriyalarda vazospazm ilə bağlı stenokardiya tutmalarının müalicəsi. Monoterapiya və ya digər antianginal dərman vasitələri ilə kombinə edilmiş şəkildə istifadə oluna bilər.
Amlodipinə, dihidropiridinin digər törəmələrinə və ya prep aratın komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Ağır dərəcəli hipotenziya. Şok (kardiogen şok daxil olmaqla). Sol mədəciyin çıxış dəliyinin obstruksiyası (ağır aortal stenoz daxil olmaqla).
Miokard infarktından sonra müşahidə olunan hemodinamik qeyri-stabil ürək çatışmazlığı.
Hamilə qa dınlara preparatın təhlükəsizliyi öyrənilməmişdir. Bu səbəbdən hamiləlik dövründə preparatın istifadəsi yalnız ana üçün ehtimal olunan fayda döl üçün potensial riskdən üstün olduqda tövsiyə olunur. Amlodipin ana südünə keçir. Ona görə də laktasiya dövründə uşaqların ana südü ilə qidalandırılmasının faydası/ana üçün müalicənin faydası nisbətinin qiymətləndirilməsindən sonra ya qidalandırılma, ya da müalicə dayandırılmalıdır.
Amlodipin nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə yüngül və ya orta dərəcədə təsir göstərə bilər. Müalicə zamanı başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma müşahidə olunduqda reaksiya vermə qabiliyyəti pozula bilər. Xüsusilə müalicənin başlanğıcında ehtiyatlı olunması tövsiyə olunur.
Modipin tabletləri daxilə, yemək qəbulundan asılı olmayaraq tətbiq olunur. Hipertoniyanın və stenokardi yanın müalicəsində tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 5 mq təşkil edir və xəstənin müalicəyə fərdi cavabına görə doza gündə maksimum 10 mq-a qədər artırıla bilər. Hipertoniyanın müalicəsində tiazid diuretiklər i ilə, α-blokatorlarla, β-blokatorlarla və ya AÇF inhibitorları ilə kombinəedilmiş şəkildə istifadə olunur. Stenokardiyanın müalicəsində monoterapiya şəklində və ya digər antianginal dərman vasitələrin – nitratların və/və ya β-adrenoblokatorların adekvat dozalarına refrakterlik göstərən xəstələrə kombinəedilmiş şəkildə təyin etmək olar.
Tiazid diuretiklərlə, β-blokatorlarla və ya AÇF inhibitorları ilə birgə istifadə zamanı Modipin preparatının dozanın tənzimlənməsi tələb olunmur. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Qaraciyər çatışmazlığı olan xəstələr Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələr üçün dozalanmasına dair tövsiyələr mövcud deyil, bu səbəbdən dozalanma rejimi ehtiyatla təyin olunmalıdır və müalicə ən aşağı doza ilə başlanmalıdır. Ağır dərəcədə olan qaraciyər çatışmazlığında amlodipinin farmakokinetikası öyrənilməmişdir. Amlodipinlə müaliəsi ən aşağı doza ilə başlanmalıdır və ağır dərəcədə qaraciyər çatışmazlığı zamanı doza tədricən artırılmalıdır.
Böyrək çatışmazlığı olan xəstələr Modipin bu xəstələrdə normal doz alarda istifadə oluna bilər. Amlodipin in plazma kons entrasiyasında dəyişiklikləri böyrək çatışmazlığının dərəcəsi ilə bağlı deyil. Amlodipin dializ vasitəsilə xaric olunmur. Pediatrik xəstələr 6-17 yaş arasında olan uşaqlarda hipertenziya zamanı tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 2,5 -5 mq təşkil edir.
Dörd həftədən sonra lazımi qan təzyiqinin səviyyəsinə nail olmadıqda doza gündə 5 mq-a qədər artırıla bilər. 5 mq-dan çox gündəlik dozanın tətbiqi pediatrik xəstələrdə öyrənilməmişdir. Amlodipinin 6 yaşa qədər uşaqlarda qan təzyiqinə təsiri öyrənilməmişdir. Yaşlı xəstələr Modipin hipertenziyası olan yaşlı və ya gənc xəstələrdə eyni dozalarda istifadə edildikdə bənzər dərəcədə yaxşı dözümlənil mişdir.
Buna görə yaşlılarda normal dozada tətbiqi tövsiyə olunur, doza artırılması isə ehtiyatla aparılmalıdır.