Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 5 mq amlodipin (amlodipin bezilat şəklində) vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza (PH 102), susuz kalsium hidrofosfat, natrium nişasta qlikolyatı, maqnezium stearat.
Təsviri:
Ağ rəngli, bir qədər qabarıq, yumru, bir tərəfində "d" basma yazılı homogen tabletlərdir.
İstifadəsinə göstərişlər:
1. Essensial hipertenziya Essensial hipertenziya zamanı monoterapiya və ya digər antihipertenziv dərman vasitələri ilə kombinəedilmiş şəkildə istifadə oluna bilər.
2. Ürəyin işemik xəstəliyi Xronik stabil stenokardiya: Xronik stabil stenokardiyanın simptomatik müalicəsində monoterapiya və ya digər antianginal dərman vasitələri ilə kombinəedilmiş şəkildə istifadə oluna bilər. Vazospastik (Prinsmetal) stenokardiya: Koronar arteriyalarda vazospazm ilə bağlı stenokardiya tutmalarının müalicəsi. Monoterapiya və ya digər antianginal dərman vasitələri ilə kombinəedilmiş şəkildə istifadə oluna bilər.
Əks göstərişlər:
Amlodipinə, dihidropiridinin digər törəmələrinə və ya preparatın komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Ağır dərəcəli hipotenziya. Şok (kardiogen şok daxil olmaqla). Sol mədəciyin çıxış yolunun dəliyinin obstruksiyası (ağır aortal stenoz daxil olmaqla). Miokard infarktından sonra müşahidə olunan hemodinamik qeyri-stabil ürək çatışmazlığı.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Ümumi Modipin preparatının damar genişləndirici təsiri tədricən başladığına görə daxilə qəbulundan sonra kəskin hipotenziya nadir hallarda müşahidə olunur. Digər periferik vazodilatatorlar kimi Modipin, xüsusilə ciddi aortal stenozu olan xəstələrdə ehtiyatla tətbiq olunmalıdır. Ürək çatışmazlığı olan xəstələrdə istifadəsi Ürək çatışmazlığı olan xəstələrdə ehtiyatla tətbiq olunmalıdır. Ağır ürək çatışmazlığı olan xəstələrdə (NyuYork Ürək Assosiasiyasının III-IV funksional sinifləri) aparılan plasebo nəzarətli, uzunmüddətli tədqiqatlarda bildirilən ağciyərin ödemi hallarının sayı amlodipin qəbul edilən qrupunda plasebo ilə müqayisədə daha yüksək olmuşdur. Kalsium kanallarının blokatorları, amlodipin də daxil olmaqla, ürək-damar sistemi ilə bağlı ağırlaşmaların və ölüm halların riskinin mümkün artmasına görə durğun ürək çatışmazlığı olan xəstələrdə ehtiyatla tətbiq olunmalıdır. Qaraciyər funksiyasının pozulması olan xəstələrdə istifadəsi Bütün digər kalsium kanallarının antaqonistlərində olduğu kimi, Modipin preparatının yarımxaricolma dövrü qaraciyər funksiyasının pozulması olan xəstələrdə uzadılmışdır və bu xəstələr üçün dozalanmaya dair tövsiyələr mövcud deyil. Modipin belə hallarda ehtiyatla tətbiq olunmalıdır. Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə dozanı ehtiyatla artırmaq lazımdır. Böyrək çatışmazlığı olan xəstələrdə istifadəsi Modipin bu xəstələrdə normal dozalarda istifadə oluna bilər. Amlodipinin plazma konsentrasiyasında dəyişiklikləri böyrək çatışmazlığının dərəcəsi ilə bağlı deyil. Amlodipin dializ vasitəsilə xaric olunmur.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilə qadınlara preparatın təhlükəsizliyi öyrənilməmişdir. Bu səbəbdən hamiləlik dövründə preparatın istifadəsi yalnız ana üçün ehtimal olunan fayda döl üçün potensial riskdən üstün olduqda tövsiyə olunur. Amlodipin ana südünə keçir. Ona görə də laktasiya dövründə uşaqların ana südü ilə qidalandırılmasının faydası/ana üçün müalicənin faydası nisbətinin qiymətləndirilməsindən sonra ya qidalandırılma, ya da müalicə dayandırılmalıdır.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri: Amlodipin nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə yüngül və ya orta dərəcədə təsir göstərə bilər. Müalicə zamanı başgicəllənmə, baş ağrısı, yorğunluq və ya ürəkbulanma müşahidə olunduqda reaksiya vermə qabiliyyəti pozula bilər. Xüsusilə müalicənin başlanğıcında ehtiyatlı olunması tövsiyə olunur.
Modipin tabletləri daxilə, yemək qəbulundan asılı olmayaraq tətbiq olunur. Hipertoniyanın və stenokardiyanın müalicəsində tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 5 mq təşkil edir və xəstənin müalicəyə fərdi cavabına görə doza gündə maksimum 10 mq-a qədər artırıla bilər. Hipertoniyanın müalicəsində tiazid diuretikləri ilə, α-blokatorlarla, β-blokatorlarla və ya AÇF inhibitorları ilə kombinə edilmiş şəkildə istifadə olunur. Stenokardiyanın müalicəsində monoterapiya şəklində və ya digər antianginal dərman vasitələrin – nitratların və/və ya β-adrenoblokatorların adekvat dozalarına refrakterlik göstərən xəstələrə kombinə edilmiş şəkildə təyin etmək olar. Tiazid diuretikləri ilə, β-blokatorlarla və ya AÇF inhibitorları ilə birgə istifadə zamanı Modipin preparatının dozasının tənzimlənməsi tələb olunmur. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Qaraciyər çatışmazlığı olan xəstələr Yüngül və orta dərəcədə qaraciyər çatışmazlığı olan xəstələr üçün dozalanmasına dair tövsiyələr mövcud deyil, bu səbəbdən dozalanma rejimi ehtiyatla təyin olunmalıdır və müalicə ən aşağı doza ilə başlanmalıdır. Ağır dərəcədə olan qaraciyər çatışmazlığında amlodipinin farmakokinetikası öyrənilməmişdir. Amlodipinlə müaliəsi ən aşağı doza ilə başlanmalıdır və ağır dərəcədə qaraciyər çatışmazlığı zamanı doza tədricən artırılmalıdır. Böyrək çatışmazlığı olan xəstələr Modipin bu xəstələrdə normal dozalarda istifadə oluna bilər. Amlodipinin plazma konsentrasiyasında dəyişiklikləri böyrək çatışmazlığının dərəcəsi ilə bağlı deyil. Amlodipin dializ vasitəsilə xaric olunmur. Pediatrik xəstələr 6-17 yaş arasında olan uşaqlarda hipertenziya zamanı tövsiyə olunan başlanğıc doza gündə 1 dəfə 2,5-5 mq təşkil edir. Dörd həftədən sonra lazımi qan təzyiqinin səviyyəsinə nail olmadıqda doza gündə 5 mq-a qədər artırıla bilər. 5 mq-dan çox gündəlik dozanın tətbiqi pediatrik xəstələrdə öyrənilməmişdir. Amlodipinin 6 yaşa qədər uşaqlarda qan təzyiqinə təsiri öyrənilməmişdir. Yaşlı xəstələr Modipin hipertenziya olan yaşlı və ya gənc xəstələrdə eyni dozalarda istifadə etdikdə bənzər dərəcədə yaxşı dözümlənilmişdir. Buna görə yaşlılarda normal dozada tətbiqi tövsiyə olunur, doza artırılması isə ehtiyatla aparılmalıdır.