Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml preparatın tərkibində 0,34 ml pişikotu tinkturası (tinctura Valerianae) (1:5) (ekstragent – 70 %-li etanol), 0,33 ml yemişan tinkturası (tinctura Crataegi) (1:10) (ekstragent – 70 %-li etanol), 0,33 ml şirquyruğu tinkturası (tinctura Leonuri) (1:5) (ekstragent – 70 %-li etanol) vardır.
Ürək-damar sisteminin fəaliyyətinin funksional pozğunluqları (neyrosirkulyator distoniya, vegetonevroz), sinir gərginliyi baş verdikdə və yuxusuzluq zamanı sakitləşdirici preparat kimi.
Anamnezdə alkoqolizm; tərkibində alkoqol olan digər preparatların eyni zamanda istifadəsi; mədə və onikibarmaq bağırsağın xora xəstəliyi; qaraciyər sirrozu; hamiləlik və ya laktasiya dövrü; depressiya və mərkəzi sinir sistemin tormozlanması ilə müşayiət olunan digər pozğunluqlar; şiddətli arterial hipotenziya və bradikardiya; preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.
Preparatdan istifadə etdikdə, nəqliyyat vasitələrini və ya digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.
Böyüklərə “Trikardin ürək damcısı” preparatını sutkada 3 dəfə yeməkdən əvvəl 20-30 damcı daxilə təyin etmək lazımdır. 12 yaşdan yuxarı uşaqlara preparatı, həyatlarının hər 1 ilinə 1 damcı hesabı ilə, sutkada 3 dəfə yeməkdən əvvəl təyin etmək lazımdır. Müalicə kursunun davametmə müddəti, patoloji prosesin xüsusiyyətini və ağırlıq dərəcəsini, xəstəliyin gedişinin xüsusiyyətlərini, preparata qarşı tolerantlığı və əldə olunan müalicə effektinin stabilliyini nəzərə alaraq, hər bir pasiyent üçün fərdi qaydada müəyyən olunur. Uşaqlar 12 yaşa qədər uşaqlara təyin etmək olmaz.