Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Nebilet 5 Mg N28 tablet

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14441
İstehsalçı ölkə: Almaniya
13,60 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NEBİLET, tabletlər

NEBİLET tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq nebivolol (nebivolol hidroxlorid şəklidə) vardır.

İstifadəsinə göstərişlər

Nebilet® preparatı yüksək arterial təzyiqin (arterial hipertoniyanın) müalicəsində istifadə edilir.

Nebilet® preparatı, həmçinin 70 yaş və daha böyük yaşda olan pasiyentlərdə yüngül və orta dərəcəli sabit xroniki ürək çatışmazlığının standart müalicəsinə əlavə kimi istifadə edilir.

Əks göstərişlər

Aşağıdakı hallarda Nebilet® preparatını qəbul etmək olmaz.

• Əgər Sizdə nebivolola və ya bu preparatın tərkibindəki digər maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı allergiya;

• əgər Sizdə aşağıda sadalanan pozuntulardan biri və ya bir neçəsi vardırsa: aşağı qan təzyiqi; əllərdə və ya ayaqlarda qan dövranının ağır dərəcəli pozulmaları; nəbzin tezliyinin azalması (dəqiqədə 60 vurğudan az) sino-atrial blokada daxil olmaqla, sinus düyününün zəifliyi sindromu; ürək ritminin digər müəyyən pozulmaları (məsələn, II və III dərəcəli atrioventrikulyar blokada, ürək keçiriciliyinin pozulmaları); son zamanlarda meydana çıxmış ürək çatışmazlığı halları və ya onların son zamanlar başlamış pisləşməsi, yaxud ürəyin işinə kömək edən preparatların vena daxilinə yeridilməsini müşayiət edən kardiogen şok; bronxların spazmı və bronxial astma (hazırda və ya keçmişdə); müalicə olunmamış feoxromositoma, böyrəküstü vəzilərin şişləri; qaraciyər funksiyasının pozulması və ya zəifləməsi; maddələr mübadiləsinin pozulması (metabolik asidoz), məsələn, diabetik ketoasidoz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Ciddi zərurət olmadan Nebilet® preparatı hamiləlik dövründə qəbul edilməməlidir. Laktasiya dövründə bu preparat qəbul edilməməlidir. Hamiləlik və ya laktasiya, eləcə də ehtimal olunan və ya planlaşdırılan hamiləlik halında, bu preparatı istifadə etməzdən əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin.

Uşaqlar və yeniyetmələr Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın tədqiq edilməsi barədə məlumatlar yoxdur, buna görə də bu yaş qrupunda Nebilet® preparatının istifadəsi tövsiyə edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat başgicəllənmə və ya yorğunluq hissinə səbəb ola bilər. Bu simptomları hiss etdikdə, avtomobilin sükanı arxasına əyləşməyin və texnikanı idarə etməyin.

NEBİLET istifadə qaydası və dozası

Bu preparatı hər zaman həkimin göstərişinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər hər hansı şübhələriniz vardırsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Nebilet® preparatını yeməkdən əvvəl, yemək vaxtı və ya yeməkdən sonra qəbul etmək olar. Siz bu preparatı, həmçinin qida qəbullarından asılı olmayaraq da qəbul edə bilərsiniz. Tabletləri su ilə içmək lazımdır.

Arterial təzyiqin yüksəlməsi (arterial hipertoniya) zamanı müalicə

− Adi doza sutkada 1 tablet təşkil edir. Tableti hər gün eyni vaxtda qəbul etmək arzuolunandır.

− Yaşlı pasiyentlər və böyrək xəstəlikləri olan pasiyentlər üçün başlanğıc doza sutkada 1/2 (yarım) tablet təşkil edir.

− Arterial təzyiqin azalma effekti müalicənin 1-2 həftəsindən sonra özünü göstərir. Bəzən optimal təsir yalnız 4 həftədən sonra əldə edilir. Xroniki ürək çatışmazlığı zamanı müalicə Sizin müalicəniz təcrübəli həkimin nəzarəti altında aparılmalıdır. Preparatı son 6 həftə ərzində xroniki ürək çatışmazlığının dekompensasiyası epizodları olmadıqda təyin edirlər. Həkim müalicəyə sutkada 1/4 (dörddə bir) tablet təyin etməklə başlamalıdır. 1-2 həftədən sonra doza sutkada 1/2 (yarım) tabletə qədər, daha sonra isə lazımi doza əldə edilənədək tədricən sutkada bir və iki tabletə qədər artırıla bilər. Həkiminiz preparatı Sizə müalicənin hər bir konkret mərhələsində daha uyğun olacaq dozada təyin etməlidir. Siz göstərilmiş dozaya və həkimin təlimatlarına ciddi əməl etməlisiniz. Tövsiyə edilən maksimal doza sutkada 2 tablet (10 mq) təşkil edir. Müalicənin əvvəlində preparatın ilk qəbulundan sonra və preparatı qəbul etdiyiniz müddətdə hər dəfə doza artırıldıqdan sonra, Siz 2 saat ərzində həkim nəzarəti altında olmalısınız. Lazım gələrsə, müalicə həkimi dozanı azalda bilər. Siz müalicəni birdən-birə dayandırmamalısınız, çünki bu, ürək çatışmazlığının daha da ağırlaşmasına gətirib çıxara bilər. Bu preparat ağır dərəcəli böyrək xəstəlikləri olan pasiyentlərə əks-göstərişdir. Preparatı sutkada bir dəfə, günün eyni vaxtında qəbul etmək lazımdır. Əgər həkim Sizə sutkada 1/4 (dörddə bir) və ya 1/2 (yarım) tablet təyin etmişdirsə, Nebilet® 5 mq preparatının tabletlərini bölmək üçün aşağıda göstərilən təlimatlara əməl edin.

• Tableti düz və bərk bir səthin (məsələn, masa və ya mətbəx masasının) üzərinə xaçşəkilli çərtiyi yuxarı olmaqla qoyun.

• Hər iki şəhadət barmağınızla tableti sıxın: bu zaman tablet, 1-ci və 2-ci şəkillərdə göstərildiyi kimi, bölünmə çərtiyi boyunca parçalanır.

• Tabletin dörddə bir hissəsini əldə etmək üçün, eyni hərəkətləri tabletin yarısı ilə təkrarlayın, bu hərəkətlər yuxarıda təsvir edilmiş, eləcə də 3-cü və 4-cü şəkillərdə göstərilmişdir. Şəkil 1 və 2. Nebivolol 5 mq tabletinin iki hissəyə bölünməsi.

Şəkil 3 və 4. Nebivolol 5 mq tabletinin dörddə bir hissələrə bölünməsi.

Müalicə həkimi xəstəliyinizin müalicəsi ilə əlaqədar Nebilet® preparatını digər dərman preparatları ilə kombinə etmək barədə qərar qəbul edə bilər.

Preparatın uşaqlarda və yeniyetmələrdə istifadə edilməsi qadağandır. Əgər Nebilet® preparatını qəbul etməyi unutmusunuzsa və ya onu çox az miqdarda qəbul etmisinizsə Əgər Nebilet® preparatını vaxtında qəbul etməyi unutmusunuzsa, Siz onu bir müddət sonra adi sutkalıq dozada qəbul edə bilərsiniz. Lakin uzun müddətli gecikmə (məsələn, bir neçə saat) olduqda və preparatın növbəti qəbulunun vaxtı yaxınlaşdıqda, unudulmuş dozanı buraxın və dərman vasitəsini növbəti adi dozada və adi vaxtda qəbul edin. Preparatı ikiqat dozada qəbul etməyin. Sonradan qəbul vaxtını təkrarən buraxmamağa çalışın. Əgər Nebilet® preparatının qəbulunu dayandırırsınızsa Hansı məqsədlə: yüksək arterial təzyiqin və ya xroniki ürək çatışmazlığının müalicəsi məqsədilə qəbul etməyinizdən asılı olmayaraq, hər zaman Nebilet® preparatı ilə müalicəni dayandırmazdan əvvəl müalicə həkimi ilə məsləhətləşin. Siz müalicəni birdən-birə dayandırmamalısınız, çünki bu, müvəqqəti olaraq ürək çatışmazlığının daha da ağırlaşmasına gətirib çıxara bilər. Əgər xroniki ürək çatışmazlığının müalicəsi zamanı Nebilet® preparatının qəbulunu dayandırmaq lazımdırsa, sutkalıq dozanı tədricən, bir həftəlik intervalla iki dəfə azaltmaq lazımdır. Bu preparatın istifadəsi ilə bağlı əlavə suallar yarandıqda, müalicə həkiminə və ya əczaçıya müraciət edin.

Prepared by  T-Soft E-Commerce.