Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tablet tərkibində 5 mq nebivolol (nebivolol hidroxlorid şəklində, 2,5 mq dnebivolol və 2,5 mq l-nebivolol), 12,5 mq hidroxlortiazid vardır.
Nebilet Plus tərkibində nebivolol və hidroxlortiazidin olduğu kombinə olunmuş preparatdır və arterial hipertoniyanın (yüksək arterial təzyiqin) müalicəsi üçün istifadə edilir. Nebilet Plus preparatı daha əvvəl nebivololu və hidroxlortiazidi ayrı -ayrı preparatlar şəklində və eyni zamanda qəbul etmiş pasiyentlərə təyin edilir.
Aşağıdakı hallarda Nebilet Plus preparatını qəbul etmək olmaz: • Əgər Sizdə nebivolola, hidroxlortiazidə və ya bu dərman preparatının tərkibindəki digər komponentlərdən hər hansı birinə (6-cı bölmədə sadalanmışdır) qarşı allergiya vardırsa • digər sulfonamid törəmələrinə (məsələn, dərman vasitələrinin bu sinfinə aid olan hidroxlortiazidə) qarşı allergiya (yüksək həssaslıq) vardırsa • əgər Sizdə aşağıda sadalanan pozuntulardan biri və ya bir neçəsi vardırsa: − çox yavaş ürəkdöyünmə (dəqiqədə 60 vurğudan az) − ürək ritminin bəzi digər ciddi pozulmaları (məsələn, sinus düyününün zəifliyi sindromu, sinoatrial blokada, 2-ci və 3-cü dərəcəli atrioventrikulyar blokada) − yaxın zamanlarda yaranmış və ya şiddətlənmiş ürək çatışmazlığı, kəskin ürək çatışmazlığı fonunda damar çatışmazlığının vena daxilinə yeridilən və ürəyin fəaliyyətini yaxşılaşdıran preparatlarla müalicəsi − arterial təzyiqin aşağı olması − əllərin və ya ayaqların damarlarında qan dövranının nəzərəçarpan dərəcədə pozulması − müalicə edilməmiş feoxromositoma – böyrəklərdə və onların yuxarı hissəsində (böyrəküstü vəzilərdə) yerləşən şiş − böyrək funksiyalarının ağır dərəcəli pozulması, sidik ifrazının tamamilə dayanması (anuriya) − metabolik pozuntular (metabolik asidoz), məsələn, diabetik ketoasidoz − astma və ya tənəffüsün çətinləşməsi (hazırda və ya əvvəllər) − qaraciyər funksiyasının pozulması − qanda kalsiumun səviyyəsinin a rtması, qanda kaliumun səviyyəsinin azalması, qanda natriumun səviyyəsinin uzun müddət ərzində azalması və sadalanan halların müalicəyə tabe olmaması − sidik turşusunun səviyyəsinin yüksəlməsi və podaqranın simptomları
Əgər hamiləsinizsə və ya hamilə olduğunuzu ehtimal edirsinizsə, bu barədə müalicə həkiminizi məlumatlandırmalısınız. Adətən, müalicə həkimləri Nebilet Plus preparatının əvəzinə digər dərman vasitələrini qəbul etməyi tövsiyə edirlər, belə ki, Nebilet Plus preparatını hamiləlik dövründə qəbul etmək tövsiyə olunmur. Bu onunla əlaqədardır ki, preparatın təsiredici maddələrindən biri olan hidroxlortiazid ciftdən keçir. Nebilet Plus preparatının hamiləlik dövründə istifadəsi dölə və yenidoğulmuşlara potensial zərərli təsir göstərə bilər.
Əgər körpənizi ana südü ilə qidalandırırsınızsa və ya ana südü ilə qidalandırmağa hazırlaşırsınızsa, bu barədə müalicə həkiminizi məlumatlandırın. Nebilet Plus preparatını laktasiya dövründə qəbul etmək tövsiyə olunmur. Əgər Siz hamiləsinizsə və ya körpənizi ana südü ilə qidalandırırsınızsa, hamilə olduğunuzu ehtimal edirsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman vasitəsini qəbul etməzdən əvvəl məsləhət almaq üçün müalicə həkiminə və ya əczaçıya müraciət edin.
Bu dərman preparatı başgicəllənməyə və ya zəifliyə səbəb ola bilər. Bu halda nəqliyyat vasitəsini idarə etməkdən və ya mexanizmlərə xidmət etməkdən imtina edin.
Bu dərman preparatını hər zaman həkiminizin Sizə izah etdiyi qaydada dəqiqliklə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkimi ilə məsləhətləşin. Preparat gündə bir tablet, mümkünsə, hər gün eyni vaxtda qəbul edilir. Nebilet Plus preparatını yeməkdən əvvəl, yemək vaxtı və yeməkdən sonra qəbul etmək olar, lakin qida qəbulundan asılı olmayaraq da qəbul etmək mümkündür.
Böyrək çatışmazlığı olan xəstələr Nebilet Plus ağır böyrək çatışmazlığı olan xəstələr tərəfindən qəbul edilməməlidir (“Əks göstərişlər”,“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölmələrə baxın). Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər çatışmazlığı və ya qaraciyər funksiyası pozulmuş xəstələrdə məhdud məlumat mövcuddur. Buna görə də belə xəstələrdə Nebilet Plus-un istifadəsi əks göstərişdir. Yaşlı insanlar 75 yaşdan yuxarı xəstələrdə preparatın istifadəsi təcrübəsi məhdud olduğuna görə ehtiyatlı olmaq və belə xəstələrin vəziyyətini diqqətlə izləmək lazımdır.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlara və yeniyetmələrə Nebilet Plus preparatını qəbul etmək olmaz. Çərtik, yalnız tabletin bütöv şəkildə udulması ilə bağlı çətinlik yarandığı halda, onun bölünməsinin asanlaşdırılması üçün nəzərdə tutulmuşdur. Əgər Siz Nebilet Plus preparatını qəbul etməyi unutmusunuzsa Əgər Siz Nebilet Plus preparatını vaxtında qəbul etməyi unutmusunuzsa və bir müddət sonra bu barədə xatırlamısı nızsa, preparatı adi gündəlik dozada qəbul edin. Lakin uzun müddətli gecikmə (məsələn, bir neçə saat) olduqda və preparatın növbəti qəbulunun vaxtı yaxınlaşdıqda, unudulmuş dozanı buraxın və dərman vasitəsini növbəti adi dozada və adi vaxtda qəbul edin.
Preparatı ikiqat dozada qəbul etməyin. Lakin preparatın qəbullarının təkrar buraxılmalarına yol verilməməlidir. Əgər Siz Nebilet Plus preparatının qəbulunu dayandırmısınızsa Nebilet Plus preparatının qəbulunu dayandırmazdan əvvəl mütləq müalicə həkiminizlə məsləhətləşin. Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar vardırsa, müalicə həkiminizə və ya əczaçıya müraciət edin.