Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Onsart 16 Mg N28 Kapsul

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14347
İstehsalçı ölkə: Türkiye
10,51 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ONSART, 16 mq tabletlər

ONSART tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 16 mq kandesartan sileksetil vardır.

İstifadəsinə göstərişlər

“ONSART” preparatı böyüklərdə yüksək qan təzyiqinin (hipertoniya), habelə angiotenzinçevirici fermentin (AÇF) inhibitorlarından (AÇF inhibitorları ürək çatışmazlığının müalicəsində istifadə olunan preparat qrupudur) istifadəyə icazə verilmədiyi təqdirdə, ürək əzələlərinin funksional zəifləməsi ilə müşayiət olunan ürək çatışmazlığının müalicəsi üçün istifadə olunur.

Əks göstərişlər

• Kandesartan sileksetil maddəsinə və ya “ONSART” preparatının hər hansı tərkib hissəsinə qarşı allergik reaksiya (yüksək həssaslıq).

• Laktasiya (ana südü ilə qidalandırma) dövrü

• Ciddi qaraciyər xəstəliyi və ya öd yollarının blokadası (öd kisəsindən ödün

sorulmasında problem).

• Yuxarıdakı halların sizə aid olduğundan əmin deyilsinizsə, “ONSART” preparatını qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Bu preparatı qəbul etməzdən əvvəl, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər siz hamiləsinizsə və ya hamilə qaldığınızı düşünürsünüzsə, yaxud hamilə qalmaq niyyətiniz varsa, “ONSART” preparatını qəbul etməyin. Siz həkiminizə hamilə olduğunuzu və ya hamilə qalmaq istədiyinizi bildirdikdən sonra o, sizdən “ONSART” preparatının qəbulunu dayandırmağı tələb edəcək. Həkiminiz sizin üçün “ONSART” tabletini əvəz edən başqa bir preparatı təyin edə bilər. “ONSART” preparatının hamiləlik əsnasında qəbul edilməsi doğulmamış uşağa (dölə) ciddi zərər verə və hətta onun ölümü ilə nəticələnə bilər. Əgər siz hamilə qaldığınızı müalicəniz əsnasında aşkarlayarsınızsa, o zaman dərhal öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Əgər siz körpənizi ana südü ilə əmizdirirsinizsə və ya əmizdirmək istəyirsinizsə, onda “ONSART” preparatını qəbul etməzdən əvvəl, öz həkiminizlə məsləhətləşin. Laktasiya dövründə “ONSART” tabletini qəbul etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bəzi insanlar “ONSART” tabletini qəbul etdikləri zaman yorğunluq və yuxululuq hiss edə bilərlər. Əgər bu hal sizə aiddirsə, o zaman nəqliyyat vasitələrini və ya digər mexanizmləri idarə etməyin.

ONSART istifadə qaydası və dozası

Tabletləri bütöv şəkildə su ilə udmaq lazımdır. Tabletləri hər gün eyni vaxtda qəbul etməyə çalışın ki, tabletlərin gündəlik qəbulunu unutmayasınız. Həmişə “ONSART” preparatını dəqiqliklə, həkiminizin sizə dediyi kimi qəbul edin. Bunlara əmin olmadığınız təqdirdə isə öz həkiminiz və ya əczaçı ilə məsləhətləşməlisiniz. “ONSART” preparatını hər gün qəbul etmək lazımdır. Normal doza gündə bir tabletdir (bir dəfəyə). Yüksək qan təzyiqi

• “ONSART” preparatının normal dozası gündə (bir dəfə) 8 mq təşkil edir. Sizin qan təzyiqinizdən asılı olaraq, həkiminiz bu dozanı gündə 16 mq-a və daha sonra isə gündə 32 mq-a qədər artıra bilər.

• Qaraciyər, böyrək problemlərindən əziyyət çəkən və ya yaxın vaxtlarda (məsələn, qusma və ya ishaldan dolayı, yaxud su həbləri qəbul etdiyi üçün) orqanizmində maye itkisi olmuş bəzi pasiyentlər üçün həkim başlanğıc olaraq aşağı doza təyin edə bilər.

• Bəzi (Afro-Karib regionundan olan) qara dərili pasiyentlər bu preparata (yeganə müalicə vasitəsi kimi istifadə edildikdə) zəif reaksiya verə bilərlər, ona görə də bu kimi xəstələrə daha yüksək dozanın təyin edilməsi lazım ola bilər. Ürək çatışmazlığı

• “ONSART” preparatının normal başlanğıc dozası gündə 4 mq təşkil edir. Sizin həkiminiz dozanı ən az 2 həftəlik fasilə ilə gündə 32 mq-a qədər artıra bilər. “ONSART” preparatı ürək çatışmazlığı üçün təyin edilmiş digər həblərlə eyni vaxtda qəbul edilə bilər və həkiminiz hansı müalicənin sizin üçün daha münasib olduğu barədə qərar qəbul edəcək. Bəzi yaş qrupları Uşaqlarda istifadəsi “ONSART” preparatının (yaşı 18-dən az olan) uşaqlar tərəfindən istifadəsi qeydə alınmayıb və ona görə də “ONSART” preparatı uşaqlar tərəfindən istifadə edilə bilməz. Yaşlı insanlarda istifadəsi Yaşlı insanlar üçün ilkin doza tənzimləməsinə ehtiyac yoxdur. Böyrək çatışmazlığı Əgər sizdə hemodializ tələb edən böyrək çatışmazlığı varsa, sizə 4 mq-lıq ilkin doza tövsiyə olunur. Həkiminiz sizin müalicəyə verdiyiniz reaksiyadan asılı olaraq dozanı tənzimləyə bilər. Qara ciyər çatışmazlığı Əgər sizdə yüngül və ya orta ağırlıqda qara ciyər çatışmazlığı varsa, sizə 4 mq-lıq ilkin doza

tövsiyə olunur. Həkiminiz sizin müalicəyə verdiyiniz reaksiyadan asılı olaraq dozanı tənzimləyə bilər. “ONSART” preparatını qəbul etməyi unutmusunuzsa Əgər siz bir dozanı qəbul etməyi unutmusunuzsa, onda qəbul etməyi unutduğunuz dozanı nəzərə almayın və dərmanı adi qaydada qəbul etməyə davam edin. “ONSART”-la müalicə dayandırıldığı təqdirdə baş verə bilən nəticələr Əgər siz “ONSART” preparatının qəbulunu dayandırsanız, sizin qan təzyiqiniz yenidən yüksələcək. Odur ki, öz həkiminizlə məsləhətləşmədən “ONSART” preparatının qəbulunu dayandırmayın. “ONSART” tabletinin qida və maye ilə birlikdə qəbul edilməsi Siz “ONSART” tabletini qida ilə birlikdə və ya qidasız qəbul edə bilərsiniz Əgər siz “ONSART” preparatının həddindən çox və ya az təsir etdiyini güman edirsinizsə, onda öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin.

Prepared by  T-Soft E-Commerce.