Panangin 140/158 Mq N50 Tablet
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.PANANGİN, örtüklü tabletlər
PANANGİN tərkibi
PANANGİN tərkibi, 1 tabletin tərkibində 158 mq kalium asparaginat (kalium asparginat • ½ H2О şəklində), 140 mq maqnezium asparaginat (maqnezium asparaginat • 4 H2О şəklində) vardır
Panangin, istifadəsinə göstərişlər
Preparat müəyyən xroniki ürək xəstəliklərində (ürək çatışmazlığı, miokard infarktından sonra), ürək ritminin bəzi pozulmalarında əlavə müalicə kimi göstərişdir. Panangin, eləcə də maqnezium və kaliumun əlavə mənbəyi kimi istifadə edilir.
Əks göstərişlər
Kəskin və ya xronik böyrək çatışmazlığı; Addison xəstəliyi (böyrəküstü vəzinin qabıq maddəsinin çatışmazlığı); ürəyin keçirici sisteminin müəyyən pozulmaları; ürəyin yığılma qabiliyyətinin çatışmazlığı ilə törədilən arterial təzyiqin ifadəolunmuş enməsi (kardiogen şok); preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hər hansı bir dərman vasitəsini qəbul etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hazırkı dövrə qədər bu kateqoriyalı pasiyentlərdə preparatın hər hansı mənfi qarşılı təsiri barədə məlumat verilməmişdir.
İstifadə qaydası və dozası
Həkim tərəfindən digər göstəriş olmadıqda, adi doza sutkada 3 dəfə 1-2 tablet təşkil edir. Sutkalıq doza sutkada 3 dəfə 3 tabletə qədər artırıla bilər. Mədə şirəsi preparatın effektivliyini azalda bilər, bu səbəbə görə tabletləri yeməkdən sonra qəbul etmək məsləhət görülür.