Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PRANAKARD 10% 5ML N10 AMP

Məhsul Kodu : 111-17440
10,55 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PRANAKARD, 0,5 q /5 ml inyeksiya üçün məhlul

PRANAKARD tərkibi

Təsiredici maddə: 1 ampulda 500 mq meldonium vardır.

İstifadəsinə göstərişlər

Aşağıdakı hallarda kompleks müalicədə istifadə edilir: - İş fəaliyyətinin zəifləməsi, həddindən artıq fiziki gərginlik (o cümlədən idmançılarda); - Cərrahi əməliyyatdan sonra reabilitasiyanın sürətlənməsi üçün; - Ürəyin işemik xəstəliyi (ÜİX) (stenokardiya, miokard infarktı), xroniki ürək çatışmazlığı, miokardın dishormonal distrofiya fonunda kardialgiya; - Beyinin qanla təmin olunmasının pozulması (insult, serebrovaskulyar çatışmazlığı); - Gözün tor qişasında qan dövranının kəskin pozulması, torlu qişaya müxtəlif etiologiyalı hemoftalm və qansızma, torlu qişanın mərkəzi venasının və onun şaxələrinin trombozu, müxtəlif mənşəli retinopatiya (o cümlədən diabetik və hipertonik).

Əks göstərişlər

• Meldoniuma qarşı yüksək həsasslıq • Kəllə daxili təzyiqin yüksəlməsi • Qaraciyər və/və ya böyrəklərin ciddi zədələnmələri • 18 yaşa qədər uşaqlar (istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir) • Hamiləlik • Laktasiya dövrü

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü və süd verən dövr preparatı istifadə etməyə əks göstərişdir. Əgər anay a Pranakardı qəbul etmək lazımdırsa, süd verməyi saxlamaq lazımdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pranakardın nəqliyyat vasitə sini və hərəkət edən mexanizmləri idarəetmə qabiliyyətinə təsiri barədə məlumat yoxdur.

PRANAKARD istifadə qaydası və dozası

Pranakard venadaxili yerid ilir. Dozanı, müalicə kursunu göstəriş və vəziyyətiniz ilə əlaqədar olaraq Sizin müalicə həkiminiz təyin edir. Mümkün stimullaşdırıcı effektlə bağlı günün birinci yarısında istifadə etmək məsləhət görülür. Ürək-damar xəstəlikləri (ÜİX, xroniki ürək çatışmazlığı, dishormonal kardiomiopatiya) Kompleks m üalicənin tərkibində gündə 0,5 -1,0 q meldonium (5 -10 ml Pranakard) venadaxili, bütün doza də rhal istifadə edilir və ya doza, iki qəbul üçün bölünüb 10 -14 gün ərzində istifadə edilir, sonra daxilə qəbul formasına keçilir.

Müalicənin ümumi kursi 4 -6 həftə təşkil edir. Təkrar kurslar ildə 2-3 dəfə mümkündür. Həddindən artıq zehni və fiziki gərginlik (o cümlədən idmançılarda): gündə 1 dəfə 500 mq venadaxili. Müalicə kursu – 10-14 gün.

Ehtiyac olduqda müalicə 2-3 həftədən sonra təkrar olunur. Xroniki alkoqolizm (spesifik müalicə ilə kombinasiya şəklində): gündə 2 dəfə 500 mq venadaxili. Müalicə kursu – 7-10 gün. Göz dibinin damar patologiyası və torlu qişanın distrofiyası: 10 gün ərzində 0,5 ml 10%-li məhlul (50 mq mildronat) retrobulbar və subkonyunktival yeridilir.

Gözün iltihabında qlükokortikosteroidlərin parenteral və ya lokal yeridilməsi ilə kombinə edilir, damarların distrofik xəstəliklərində – mikrosirkulyasiyanı yaxşılaşdıran dərman vasitələri ilə. Beyin qan dövranın pozulması: serebrovaskulyar patologiyanın kəskin fazasında – 10 gün ərzində gündə 1 dəfə 500 mq venadaxili, sonra isə daxilə (peroral dərman formasında) qəbuluna keçilir. Müalicənin ümümi kursu – 4-6 həftə təşkil edir. Beyin qan dövranının xroniki poz ğunluqları: gündə 1 dəfə,günün birinci yarısında 500 mq venadaxili yeridilir,sonra isə peroral dərman formasında qəbul olunur.

Müalicə kursu – 2-3 həftə. Uşaq və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetməlrədə Pranakardın effektivlik və təhlükəsizliyi haqqında məlumatlar olmadığı üçün uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi əks göstərişdir.

Prepared by  T-Soft E-Commerce.