Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PREDIZIN 35MG N60 TB

Məhsul Kodu : 111-16922
11,86 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PREDİZİN, təsiredici maddəsi tədricən azad olan örtüklü tabletlər

PREDİZİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 35 mq trimetazidin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Kardiologiya Trimetazidinin istifadəsi, tutmalarına qeyri-adekvat nəzarət olunan və ya birinci xətt antianginal müalicəyə qarşı dözümsüzlük nümayiş etdirən stabil stenokardiyadan əziyyət çəkən yetkin yaşlı pasiyentlərin profilaktikası və əlavə simptomatik müalicəsi üçün göstərişdir.

Əks göstərişlər

- Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; - hamiləlik dövrü; - laktasiya dövrü; - 18 yaşa qədər uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir); - Parkinson xəstəliyi, parkinsonizm simptomları, tremor, narahat ayaqlar sindromu və digər oxşar hərəki pozğunluqlar; - ağır dərəcəli böyrək çatışmazlığı (kreatinin klirensi < 30 ml/dəqiqədə).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövrü Hamiləlik dövründə trimetazidinin istifadəsinin təhlükəsizliyi barədə heç bir məlumatın olmadığını nəzərə alaraq, hamiləlik dövründə preparatın istifadəsindən imtina etmək lazımdır. Laktasiya dövrü Trimetazidinin ana südünə nüfuz etməsi məlumdur. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yaranarsa, ana südü ilə qidalanmanı dayandırmaq tövsiyə olunur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Klinik tədqiqatlarda preparatın hemodinamikaya heç bir təsiri aşkar edilməmişdir, lakin, postmarketinq dövründə başgicəllənmə və yuxuya meyillilik halları müşahidə olunmuşdur ki, bu da nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərə bilər.

PREDİZİN istifadə qaydası və dozası

Preparat daxilə, gündə 2 dəfə səhər və axşam, yemək zamanı 35 mq dozada bir tablet təyin olunur. Dozalanması Böyüklər: gündə 2 dəfə yemək zamanı 35 mq dozada 1 tablet trimetazidin. Xüsusi pasiyent qrupları Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə istifadəsi Orta dərəcəli (kreatinin klirensi 30-60 ml/dəqiqədə) böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün preparatın tövsiyə olunan dozası, hər səhər yemək zamanı 35 mq dozada 1 tablet təşkil edir (“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” və “Farmakokinetikası” bölmələrinə bax). Yaşlı pasiyentlərdə istifadəsi Yaşlı pasiyentlərdə böyrək funksiyalarının yaşla əlaqəli aşağı düşməsini nəzərə alaraq, trimetazidin orqanizmdən daha ləng xaric olunur (“Farmakokinetikası” bölməsinə bax).

Orta dərəcəli (kreatinin klirensi 30-60 ml/dəqiqədə) böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlər üçün preparatın tövsiyə olunan dozası, hər səhər yemək zamanı 35 mq dozada 1 tablet təşkil edir. Yaşlı pasiyentlərdə dozanın titrlənməsini xüsusi ehtiyatla həyata keçirmək lazımdır. Uşaq yaşlı pasiyentlərdə istifadəsi 18 yaşa qədər uşaqlarda trimetazidinin təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Heç bir etibarlı məlumat yoxdur.

Prepared by  T-Soft E-Commerce.