Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

PRENESSA 4MG N30 TB

Məhsul Kodu : 111-18136
İstehsalçı ölkə: Sloveniya
5,42 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PRENESSA, 4 mq; 8 mq tabletlər

PRENESSA tərkibi

Təsiredici maddə: perindopril erbumin. 4 mq tabletlər: 1 tabletin tərkibində 4 mq perindopril erbumin vardır. 8 mq tabletlər: 1 tabletin tərkibində 8 mq perindopril erbumin vardır.

İstifadəsinə göstərişlər

Prenessa preparatının, tabletlərin, təsiredici maddəsi angiotenzinçevirici fermentin (AÇF) inhibitorları adlı dərman vasitəsi qrupuna aiddir. Onun təsir mexanizmi qan damarlarını genişləndirməsi ilə əlaqədardır ki, bu da qanı nəql edən ürəyin işini asanlaşdırır. Prenessa tabletləri aşağıdakı hallarda istifadə olunur: - yüksək arterial təzyiqin (arterial hipertoniya) müalicəsində, - simptomatik ürək çatışmazlığının müalicəsində (ürək bədənin ehtiyaclarını ödəmək üçün kifayət qədər qan nəql edə bilmədiyi zaman), - ürəyin işemik xəstəliyi olan pasiyentlərdə (ürəyə qan axınının azalması və ya əngəllənməsi zamanı) və ya artıq ürək infarktı keçirmiş və/və ya ürəyə qan axınının yaxşılaşdırılması üçün ürəyə qan aparan damarların genişləndirilməsi əməliyyatı olmuş xəstələrdə infarkt kimi ürək pozğunluqlarının yaranma riskinin azaldılması üçün.

Əks göstərişlər

Aşağıdakı hallarda Prenessa preparatını qəbul etməyin: - perindoprilə, AÇF -in hər hansı digər inhib itoruna və ya bu dərman vasitəsinin hər hansı komponentinə (bax: “Tərkibi”) qarşı allergiyanız varsa; - öncədən hər hansı AÇF inhibitorunu qəbul etdiyiniz zaman dodaqlar və üzün, boynun və ola bilsin ki, əl və ayaqların da qəfil şişməsinə və ya asfiksiya (boğulma) və ya səsin batmasına (angionevrotik ödem) səbəb olan hiperhəssaslıq reaksiyaları baş vermişsə; - keçmişdə hər hansı digər hallarda sizdə və ya ailə üzvlərinizdə angionevrotik ödem müşahidə olunmuşsa; - hamiləlik dövrü 3 ayı keçibsə (həmçinin hamiləliyin erkən dövrlərində Prenessa preparatının istifadəsi tövsiyə olunmur – “Hamiləlik və laktasiya dövründə İstifadəsi” bölməsinə baxın); - şəkərli diabet və ya böyrək funksiyası pozğunluğundan əziyyət çəkir və arterial təzyiqin aşağı düşməsi üçün tərkibində aliskiren olan dərman vasitələri qəbul edirsinizsə; - böyüklərdə uzunmüddətli (xroniki) ürək çatışmazlığının bir növünü müalicə etmək üçün istifadə edilən sakubitril/valsartan dərmanı qəbul etmisinizsə və ya hazırda qəbul edirsinizsə, angionevrotik ödem (boğaz kimi nahiyədə dəri altında sürətli şişkinlik) riski artır; - qanın mənfi yüklü səthlərlə təmasına səbəb olan ekstrakorporal müalicələr; - böyrək arteriyasının əhəmiyyətli ikitərəfli stenozu və ya tək işləyən böyrəyin arteriyasının stenozu.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləsiniz və ya ana südü ilə qidalandırırsınıza, hamilə ola biləcəyinizi düşünürsünüz və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman preparatının qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Hamilə olduğunuzu (və ya hamilə ola biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkiminizi dərhal məlumatlandırın. Həkim hamiləlikdən əvvəl və ya hamilə olduğunuz aşkar olunan kimi Prenessa preparatının qəbulunu dayandırmağınızı tövsiyə edə və Prenessa əvəzində sizə digər bir preparat təyin edə bilər. Prene ssa preparatının hamiləl iyin erkən dövründə qəbulu tövsiyə olunmur və hamiləliyin 3-cü ayından sonra istifadəsi əks göstərişdir, çünki hamiləliyin üçüncü trimestrindən sonra qəbulu uşağa ciddi zərər verə bilər.

Laktasiya Ana südü ilə qidalandırır və ya bunu planlaşdırırsınıza, bu barədə həkiminizə məlumat verin. Prenessa preparatı ana südü ilə qidalandıran qadınlar üçün tövsiyə olunmur və ana südü ilə qidalandırmaq istəyirsinizsə, xüsusilə körpəniz yeni və ya vaxtından əvvəl doğulubsa həkiminiz sizə başqa bir müalicə təyin edə bilər. Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaq və yeniyetmələrdə tətbiqi indiyənədək tədqiq edilməmişdir. Bu halda, uşaq və yeniyetmələrdə tətbiqi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Prenessa preparatının sizin üzərinizdəki təsirini öyrənməzdən əvvəl avtomobil idarə etmək və ya mexanizmlərlə işləmək tövsiyə olunmur. Prenessa preparatı, adətən, diqqətin toplanması qabiliyyətinə təsir göstərmir, lakin, bəzi xəstələrdə xüsusilə müalicənin başlanğıcında və ya digər antihipertenziv agentlərlə kombinasiyada qəbul edildikdə qan təzyiqinin aşağı düşməsi səbəbiylə zəiflik və ya başgicəllənmənin meydana çıxması mümkündür. Nəticədə avtomobil idarəetmə qabiliyyəti və texnika ilə iş müvəqqəti olaraq pozula bilər. İstifadə qaydası və dozalar Prenessa preparatının qida və içkilərlə qəbulu Qida qəbulunun preparatın təsir mexanizminə təsirini azaltmaq məqsədi ilə Prenessa preparatını yeməkdən əvvəl qəbul etmək tövsiyə olunur.

Preparat hər zaman bu içlik vərəqədə verilən təlimata və ya həkim və ya əczaçının göstərişinə uyğun olaraq qəbul edilməlidir. Şübhələriniz varsa, həkimə və ya əczaçıya müraciət edin. Yüksək arterial təzyiqin müalicəsi zamanı tövsiyə olunan başlanğıc doza gündə bir dəfə olmaqla 4 mq perindopril (Prenessa preparatının 1 ədəd 4 mq -lıq tableti) təşkil edir. Zəruri olarsa, bu doza gündə bir dəfə olmaqla 8 mq perindoprilə (Prenessa preparatının 2 ədəd 4 mq -lıq tableti) qədər artırıla bilər.

Ürək çatışmazlığının müalicəsi zamanı tövsiyə olunan başlanğıc doza gündə bir dəfə olmaqla 2 mq perindopril (Prenessa preparatının yarım ədəd 4 mq -lıq tableti) təşkil edir; zəruri olarsa, bu doza gündə bir dəfə olmaqla 4 mq perindoprilə (Prenessa preparatının 1 ədəd 4 mq-lıq tableti) qədər artırıla bilər. Ürəyin stabil işemik xəstəliyinin müalicəsi zamanı tövsiyə olunan başlanğıc doza gündə bir dəfə 4 mq perindopril (Prenessa prepa ratının 1 ədəd 4 mq-lıq tableti) təşkil edir; bu dozaya yaxşı dözümlülük göstərilərsə, o, gündə bir dəfə olmaqla 8 mq perindoprilə (Prenessa preparatının 2 ədəd 4 mq-lıq tableti) qədər artırıla bilər. Tableti bir stəkan su ilə səhər hər gün eyni vaxtda yeməkdən əvvəl qəbul edin. Müalicənin gedişində həkim müalicəsinin effektinə və Sizin tələblərinizə uyğun olaraq dozanı tənzimləyir.

Aşağıdakı hallarda doza normadan az olmalı və həkim tərəfindən təyin edilməlidir: - yaşlı xəstələrdə, - böyrək funksiyası pozğunluğundan əziyyət çəkən xəstələrdə, - böyrəklərə qan daşıyan damarların daralması (renovaskulyar hipertenziya) səbəbiylə yüksək qan təzyiqi olan xəstələrdə, - eyni zamanda sidiyin miqdarını artıran dərman vasitələri (diuretiklər) ilə müalicə alan xəstələrdə, - diuretiklər ilə müalicənin dayandırılması mümkün olmayan arterial hipertenziya olan xəstələrdə, - ağır ürək çatışmazlığı olan xəstələrdə və - qan damarlarının genişləndirən dərman vasitələri – vazodilatorlar ilə müalicə alan xəstələrdə. Həkiminiz tibbi vəziyyətiniz əsasında müalicə müddətini müəyyən edəcək. Prenessa preparatının dozasının buraxılması Preparat hər gün qəbul edilməlidir. Bir dozanı qəbul etməyi unutmusunuzsa, sadəcə sonraki dozanı adi qaydada qəbul edin.

Buraxılmış dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul edilməməlidir. Bir neçə dozanın qəbulunu unutmusunuzsa, xatırladığınız zama n növbəti dozanı qəbul edin. Daha sonra preparatı təlimata uyğun istifadə edin. Prenessa preparatının qəbulunun dayandırılması Müalicə dayandırıldığı zaman qan təzyiqi tədricən yenidən yüksələ bilər və bu, xüsusilə ürək, beyin və böyrəklərdə qan təzyiqinin yüksəlməsi səbəbiylə ağırlaşmalar riskini artıra bilər.

Ürək çatışmazlığı olan xəstələrin vəziyyəti hospitalizasiyanın tələb o lunmasına səbəb olacaq dərəcədə ağırlaşa bilər. Bununla əlaqədar olaraq, Prenessa preparatının qəbulunu dayandırmağı qərara almısınızsa, bunu ilk öncə həkiminiz ilə məsləhətləşməlisiniz. Bu preparatın istifadəsi ilə bağlı əlavə suallarınız yaranarsa, həkiminiz və ya əczaçıya müraciət edin.

Prepared by  T-Soft E-Commerce.