Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Prestans 5/10 mq N30 tablet

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-14056
İstehsalçı ölkə: Irlandiya
19,46 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

PRESTANS, 5 mq/5 mq; 10 mq/5 mq; 5 mq/10 mq; 10 mq/10 mq tabletlər

PRESTANS tərkibi

Təsiredici maddələr: Prestans 5 mq / 5 mq: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 5 mq amlodipin vardır. Prestans 10 mq / 5 mq: 1 tabletin tərkibində 10 mq perindopril arginin və 5 mq amlodipin vardır. Prestans 5 mq /10 mq: 1 tabletin tərkibində 5 mq perindopril arginin və 10 mq amlodipin vardır. Prestans 10 mq /10 mq: 1 tabletin tərkibində 10 mq perindopril arginin və 10 mq amlodipin vardır.

İstifadəsinə göstərişlər

Prestans yüksək arterial təzyiqin (hipertenziyanın) müalicəsi və/və ya ürəyin stabil işemik xəstəliyinin (ürəyin qan təchizatının azalması və blokadaya alınması ilə müşayiət olunan xəstəlik) müalicəsi üçün təyin olunur. Ayrı-ayrılıqda perindopril və amlodipin qəbul edən pasiyentlər bu iki tabletin əvəzinə tərkibində hər iki komponent olan Prestans qəbul edə bilərlər.

Əks göstərişlər

Əgər Sizdə perindoprilə və ya AÇF-in hər hansı digər inhibitoruna, amlodipinə və ya hər hansı digər kalsium kanalı antaqonistinə, yaxud Prestans -ın komponentlərindən hər hansı birinə qarşı allergiya varsa (“Tərkibi” bölməsində sadalanan); Əgər Siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də Prestans -ın qəbulundan çəkinmək lazımdır – bax: Hamiləlik bölməsi); Əgər daha əvvəl Sizdə AÇF inhibitoru qəbulu zamanı fitverici tənəffüs, sifətin və dilin ödemi, güclü qaşınma və ya dəridə səpgi baş veribsə, yaxud sizdə və ya hər hansı ailə üzvünüzdə hər hansı başqa şəraitdə bu simptomlar (angioödem) meydana çıxıbsa; Əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; Əgər Sizdə aortal qapaqda daralma (aortal stenoz) və ya kardiogen şok (bu xəstəlik zamanı ürək bədəni kifayət qədər qanla təmin edə bilmir) varsa; Əgər arterial təzyiqiniz kəskin aşağıdırsa (hipotenziya); Əgər Siz miokard infarktından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə; Əgər Siz dializ və ya başqa hemofiltrasiya prosedurları keçirirsinizsə; Qan təchizatı azalanması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu); Ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril/valsartan dərman vəsitələri – Kvinke ödemi riski artdığından (subkutan toxumaların sürətli şişməsi, məs., boğaz sahəsində).

Hamiləlik və laktasiya dövründə istifadəsi

İstənilən dərman preparatının qəbuluna başlamazdan öncə həkiminizlə məsləhətləşin. Hamiləlik Hamilə olduğunuzu (və ya ola biləcəyinizi) düşünürsünüzsə, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Həkim sizə hamiləliyə qədər və ya hamiləlik faktı təsdiq edildikdən dərhal sonra Prestans qəbulunu dayandırmağı məsləhət görməli və Prestans-ın əvəzinə digər preparat təyin etməlidir. Hamiləliyin erkən dövrlərində Prestans-ın qəbulu tövsiyə edilmir. Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər. Laktasiya dövrü Amlodipinin ana südünə az miqdarda keçdiyi göstərilmişdir. Əgər uşaq əmizdirirsinizsə və ya planlaşdırırsınızsa həkiminizi mütləq xəbərdar edin. Prestans uşaq əmizdirən analara tövsiyə edilmir. Əgər uşağınızı əmizdirməyi davam etdirmək istəyirsinizsə, körpə yenidoğulan və ya vaxtından qabaq doğulandırsa, onda həkim sizə digər preparat təyin edəcək.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Prestans sizin avtomobil və ya digər mexanizmləri idarə etmək qabiliyyətinizə təsir edə bilər. Əgər Prestans qəbul etdikdən sonra özünüzü zəif ya yorğun hiss edirsinizsə, başınız gicəllənirsə, yaxud başağrı meydana çıxırsa, avtomobil və digər mexanizmləri idarə etməyin və dərhal həkiminizlə əlaqə saxlayın.

PRESTANS istifadə qaydası və dozası

Prestans-ın qəbulu zamanı həkimin göstərişlərinə həmişə ciddi riayət edin. Əgər Siz dərmanın qəbulunun düzgünlüyünə şübhə edirsinizsə, onda həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Tabletləri həmişə eyni vaxtda, səhər yeməyindən əvvəl bir stəkan su ilə birlikdə qəbul edin. Həkiminiz sizin üçün düzgün dozanı seçəcək. Bu, adətən, gündə bir tablet təşkil edir. Prestans adətən ayrı-ayrı tabletlər şəklində perindopril və amlodipin qəbul edən pasiyentlərə təyin olunur. Əgər Siz Prestans-ı qəbul etməyi unutmusunuzsa Preparatı hər gün qəbul etmək vacibdir, çünki müntəzəmlik müalicəni daha effektiv edir. Buna baxmayaraq, əgər siz Prestans-ın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtda qəbul edin. Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə artırmayın. Əgər Siz Prestans-ın qəbulunu dayandırırsınızsa Adətən, hipotenziv müalicə ömür boyu davam etdiyi üçün siz preparatın qəbulunu dayandırmazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz. Preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranarsa, müalicə həkiminizə, əczaçınıza müraciət edin.

Prepared by  T-Soft E-Commerce.