Bitib
Stokda olanda mənə xəbər verin.Prestarium 5 mq Təsiredici maddə: hər tabletin tərkibində 5 mq perindopril arginin vardır. Köməkçi maddələr: nüvə: laktoza monohidrat, maqnezium stearat (E470B), maltodekstrin, susuz kolloidal silisium 4-oksid, natrium nişasta qlikolyatı (A tip). Örtük: qliserin E422a), hipromelloza (E464), mis xlorofillin (E141 ii), makroqol, maqnezium stearat (E470B), titan 4-oksid (E171).
İstifadəsinə göstərişlər:
Preparatın təsiri qanın təzyiqlə dövr etməsini asanlaşdırmaq üçün damarların genişləndirilməsinə istiqamətlənib: - - - Arterial hipertenziyanın müalicəsi (yüksək arterial təzyiq) Ürək çatışmazlığının müalicəsi (ürək orqanizmi qanla yetərli təchiz etmədikdə yaranan xəstəliklər) Stabil koronar arteriya xəstəliyindən əziyyət çəkən xəstələrdə ürək fəsadlarının başvermə riskini azaltmaq üçün (ürək qan dövranı məhdudlaşmış və ya tamamilə blokadaya alınmış hal), artıq ürək tutmasına məruz qalmış və ya qan damarlarının genişləndirilməsi hesabına ürək-qan dövranını yaxşılaşdırmağa istiqamətlənmiş əməliyyat keçirən xəstələrdə.
Əks göstərişlər:
• Perindoprilə, AÇF-in istənilən digər inhibitoruna və ya Prestariumun istənilən komponentinə qarşı allergiya • Əgər əvvələr AÇF-ın digər inhibitorlarının qəbulu zamanı və ya digər şərtlər altında fışıltılı tənəffüs, üzün və dilin şişməsi, intensiv qaşınma və çoxsaylı dəri səpgisi kimi (angioödem) əlamətlər meydana çıxmışdırsa • Hamiləliyin birinci trimestrindən sonrakı dövr (hamiləliyin birinci trimestrində də Prestariumun qəbulundan qaçmaq lazımdır- Bax “Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsi) • Əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa; • əgər siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsinizsə; istifadə olunan aparatın növündən asılı olaraq, Prestariumun qəbulu sizin üçün uyğun olmaya bilər; • qan təchizatının azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu), • ürək çatışmazlığının müalicəsində istifadə olunan sakubitril / valsartan dərman
Hamiləlik və laktasiya dövründə istifadəsi:
İstənilən dərman preparatının qəbuluna başlamazdan öncə həkiminizlə məsləhətləşin. Hamiləlik Hamiləliyə şübhəniz varsa (və ya planlaşdırırsınızsa), həkiminizi mütləq xəbərdar edin. Bir qayda olaraq həkim hamiləlikdən öncə və ya hamiləlik faktı təsdiq edilən kimi Prestariumun qəbulunu dayandırmağı tövsiyə edəcək və əvəzinə digər preparat təyin edəcək. Hamiləliyin ilkin dövrlərində Prestariumun qəbulu tövsiyə edilmir. 3 ayı keçən hamiləlikdə preparat qəbul edilməməlidir, çünki dölün sağlamlığına ciddi zərər vura bilər. Laktasiya Əgər uşaq əmizdirirsinizsə və ya planlaşdırırsınızsa həkiminizi mütləq xəbərdar edin. Prestarium uşaq əmizdirən analara tövsiyə edilmir. Əgər uşağınızı əmizdirməyi davam etdirmək istəyirsinizsə, körpə yenidoğulan və ya vaxtından qabaq doğulandırsa, onda həkim sizə digər preparat təyin edəcək.
Prestariumun qəbulu zamanı həkim təyinatlarına ciddi riayət edin. Dərmanın qəbulu barəsində şübhələriniz yarandıqda, müalicə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Tabletləri gündə bir dəfə, səhər, yeməkdən öncə, üstündən bir stəkan sü içərək qəbul edin. Hər gün eyni zamanda qəbul edilməsi məsləhətdir. Uyğun doza həkim tərəfindən seçiləcək. Adi dozalar Yüksək arterial təzyiq: adi ilkin və dəstəkləyici doza gündə 1 dəfə 5 mq təşkil edir. Ehtiyac yarandıqda, müalicənin 1 ayından sonra doza gündə 1 dəfə 10 mq-a qədər artırıla bilər. Yüksək arterial təzyiq hallarında tövsiyə edilən maksimal doza gündə 10 mq təşkil edir. Yaşınız 65 və ya ondan artıqdırsa, adi ilkin doza gündə bir dəfə 2,5 mq təşkil edir. Müalicənin 1 ayından sonra doza 5 mq qədər, sonra ehtiyac yarandıqda gündə 10 mq-a qədər artırıla bilər. Ürək çatışmazlığı: adi ilkin doza gündə bir dəfə 2,5 mq təşkil edir. Müalicənin iki həftəsindən sonra doza gündə 5 mq qədər artırıla bilər; bu doza ürək çatışmazlığı olan xəstələrin müalicəsində tövsiyə edilən maksimal dozadır. Stabil koronar arteriya xəstəliyi: adi ilkin doza gündə 1 dəfə 5 mq təşkil edir. Müalicənin 2 həftəsindən sonra doza gündə bir dəfə 10 mq-a qədər artırıla bilər, bu da belə hallar üçün məsləhət görülən maksimal dozadır. Yaşınız 65 və ya daha artıqdırsa, adi ilkin doza gündə bir dəfə 2,5 mq təşkil edir. Müalicənin bir həftəsindən sonra doza gündə bir dəfə 5 mq-a qədər artırıla bilər, daha bir həftədən sonra gündə bir dəfə 10 mq-a qədər artırıla bilər. Prestariumu qəbul etməyi unutduqda Dərman qəbulunun müntəzəmliyi müalicəni daha effektiv etdiyindən, preparatı hər gün qəbul etmək vacibdir. Buna baxmayaraq, dərmanı qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtında qəbul edin. İkiqat doza qəbul etməyin. Prestariumun qəbulu dayandırılırsa Prestarium ömür boyu qəbul edildiyindən, dərmanın qəbulu dayandırılmazdan öncə həkiminizlə məsləhətləşməlisiniz. Preparatın qəbulu barəsində əlavə suallarınız yarandıqda, öz müalicə həkiminizə və ya əczaçınıza müraciət edin.