Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

RAMLODEN 10MG/5MG N30

Məhsul Kodu : 111-30479
İstehsalçı ölkə: Polsa
12,98 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RAMLODEN, 5 mq/5 mq; 10 mq/5 mq bərk kapsullar

RAMLODEN tərkibi

Təsiredici maddələr: 1 kapsulda 5 mq ramipril və 5 mq amlodipinə ekvivalent miqdarda amlodipin bezilat vardır. 10 mq/5 mq bərk kapsullar Təsiredici maddələr:1 kapsulda 10 mq ramipril və 5 mq amlodipinə ekvivalent miqdarda amlodipin bezilat vardır.

İstifadəsinə göstərişlər

RAMLODEN, qan təzyiqinə amlodipinlə və ramiprillə RAMLODEN-in tərkibində olan dozalarda, lakin ayrı -ayrılıqda istifadə zamanı adekvat nəzarət olu na bilən pasiyentlərdə hipertenziyanı (yüksək qan təzyiqi) müalicə etmək üçün istifadə olunur.

Əks göstərişlər

Aşağıdakı hallarda RAMLODEN-ın istifadəsi əks göstərişdir: − Əgər ramiprilə, amlodipinə (təsiredici maddələr), AÇF -in digər inhibitorlarına və ya kalsium ionlarının hər hansı digər antaqonistinə və ya bu dərmanın köməkçi maddələrindən hər hansı birinə qarşı (bax: “Tərkibi”) allergiyanız varsa. Bu, özünü qaşınma, dərinin qızarması və ya tənəffüsün çətinləşməsi şəklində göstərə bilər. − Əgər nə va xtsa Sizdə "angionevrotik ödem" adlandırılan ciddi allergik reaksiya keçirmisinizsə. Əlamətlərinə qaşınma, övrə, əllərdə, ayaqda və boğazda qırmızı izlər, boğazın və dilin ödemi, gözlərin və dodaqların ətrafında şişkinlik (ödem), tənəffüsün və udmanın çətinləşməsi daxildir.

− Əgər Siz d ializdəsinizsə və ya başqa bir qan filtrasiyası ilə müalicə alırsınızsa. İstifadə olunan aparatdan asılı olaraq RAMLODEN Sizin üçün uyğun olmaya bilər. − Böyrəklərinizdə qan təchizatının azalmasına səbəb olan böyrək probleminiz varsa (böyrək arteriyasının stenozu). − Hamiləliyin son 6 ayında (bax: "Hamiləlik və laktasiya dövründə istifadəsi).

− Şəkərli diabet iniz və ya böyrək çatışmazlığınız varsa və qan təzyiqini aşağı salan aliskiren tərkibli dərmanla müalicə olunursunuzsa. − Əgər q an təzyiqiniz həddindən artıq aşağı dırsa və ya stabil deyilsə. Həkiminiz bunu qiymətləndirməlidir. − Əgər ürəyinizin aorta qapağının daralması (aortanın stenozu) və ya kardiogen şok (ürəyin bədənə kifayət qədər qan verə bilmədiyi bir vəziyyət) varsa.

− Əgər infarktdan sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə. − Əgər yuxarıda göstərilənlərdən hər hansı biri Sizə aiddirsə, RAMLODEN qəbul etməyin. Əmin deyilsinizsə, RAMLODEN qəbul etməzdən əvvəl həkiminizlə danışın.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya uşaq sahibi olmaq istəyirsinizsə, bu dərmanı qəbul etməzdən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik Hamiləlik dövründə RAMLODEN qəbul etməməlisiniz. Əgər RAMLODEN ilə müalicə zamanı hamilə qalsanız, dərhal həkiminizə məlumat verin. Hamiləliyin planlaşdırılmasından əvvəl müvafiq alternativ müalicəyə keçid həyata keçirilməlidir.

Laktasiya Əgər uşaq əmizdirirsinizsə, RAMLODEN istifad ə etməməlisiniz. Hər hansı bir dərman qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə danışmalısınız. Fertillik Fertilliyə potensial təsiri barədə kifayət qədər məlumat yoxdur. Uşaqlar və yeniyetmələrdə istifadəsi RAMLODEN, 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadə üçün tövsiyə edilmir, çünki bu qrup pasiyentlərə dair məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

RAMLODEN nəqliyyat vasitələrini və digər potensial t əhlükəli mexanizmləri idarəetmə qabiliy - yətinə təsir göstərə bilər. Əgər RAMLODEN Sizdə ürəkbulanma, başgicəllənmə və ya yorğunluq hissi və ya baş ağrısı yaradarsa, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməyin və dərhal həkiminizlə əlaqə saxlayın. Bu, xüsusilə müalicənin başlanğıcında və ya digər dərmanlardan RAMLODEN ilə müalicəyə keçid zamanı baş verə bilər.

RAMLODEN istifadə qaydası və dozası

Həmişə bu dərmanı həkiminizin və ya əczaçının dediyi kimi qəbul edin. Əmin deyilsiniz sə, həkiminizlə və ya əczaçı ilə dəqiqləşdirin. RAMLODEN-in təsirinin çox güclü və ya çox zəif olduğuna dair təəssüratınız varsa, həkiminizlə və ya əczaçı ilə danışın. Bu dərmanı günün eyni vaxtında, yeməkdən əvvəl və ya sonra qəbul edin.

Bütün kapsulu maye ilə udun. RAMLODEN -i qreypfrut şirəsi ilə qəbul etməyin. RAMLODEN gündə bir dəfə istifadə edilməlidir. Həkim onun S izə göstərəcəyi təsirdən asılı olaraq dozanı dəyişə bilər.

Maksimum gündəlik doza bir 10 mq/10 mq kapsuldur. Yaşlılar Həkiminiz başlanğıc dozanı azaldacaq və müalicənizi daha yavaş tənzimləyəcəkdir. Uşaqlarda və yeniyetmələrdə istifadəsi RAMLODEN, 18 yaşdan kiçik uşaqlarda və yeniyetmələrdə istifadə üçün tövsiyə edilmir, çünki bu pasiyent qrupuna dair məlumat yoxdur. RAMLODEN-in qida və içkilərlə və alkoqolla istifadəsi RAMLODEN yeməklə və ya onsuz qəbul edilə bilər.RAMLODEN ilə spirtli içki içmək başgicəllənmə və ya bayğınlıq törədə bilər.

R AMLODEN qəbul edərkən nə qədər içə biləcəyinizdən narahat olsanız, həkiminizlə məsləhətləşin, belə ki, qan təzyiqini azaltmaq üçün istifadə olunan dərmanlar və alko qol əlavə təsir göstərə bilər. Qreypfrut şirəsi və ya qreypfurt RAMLODEN qəbul edən insanlar tərəfindən istifadə edilməməlidir. Belə ki, qreypfurt və qreypfrut şirəsi, aktiv maddə amlodipinin qan səviyyəsinin artmasına səbəb ola bilər, bu da RAMLODEN -in qan təzyiqini azaldıcı təsirində gözlənilməz artıma səbəb ola bilər. Əgər RAMLODEN-i istifadə etməyi unutmusunuzsa Bir kapsulun qəbulunu unutmusunuzsa, bu dozanı qəbul etməyin.

Növbəti dozanı adi vaxtında qəbul edin. Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Əgər RAMLODEN-in istifadəsini dayandırırsınızsa Həkiminiz dərmanlarınızı nə qədər müddət ərzində qəbul etməyinizi Sizə deyəcəkdir. Həkiminizin tövsiyəsi olmadan dərmanın istifadəsini erkən dayandırsanız vəziyyətiniz geri dönə bilər.

Əgər bu dərmanın istifadəsi ilə bağlı hər hansı əlavə sualınız olarsa, həkiminizd ən və ya əczaçıdan soruşun.

Prepared by  T-Soft E-Commerce.