Sevimlilərə əlavə edin
Paylaşın

Raunatin 2 Mq N10 Tablet

Məhsul Kodu : 111-03217
İstehsalçı ölkə : Ukrayna
1 Şərh Şərh
0,72 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

RAUNATİN-ZDOROVYE, örtüklü tabletlər  

Raunatin-Zdorovye tərkibi

 Təsiredici maddə:   1 tabletin tərkibində 2 mq rauvolfiya ekstraktı (rauvolfiya alkaloidlərinin  məcmusu) (qusdurucu rauvolfiya köklərinin quru ekstraktı (31 – 33:1)  (ekstagent: metanol)) vardır.  Köməkçi maddələr: şəkər tozu, qarğıdalı nişastası, qlükoza monohidrat, kalsium stearat, stearin  turşusu, mineral yağ, yüngül maqnezium karbonat, titan dioksid (E 171),  povidon, talk, susuz kolloid silisium dioksid, sarı mum, tərkibində xinolin  sarısı (E 104) və patentləşdirilmiş göy V (E 131) olan rəngləyici sikovit  Green Z2755.  

İstifadəsinə göstərişlər:

  Yüngül və orta dərəcəli arterial hipertenziya. 

Əks göstərişlər:

 Rauvolfiya alkaloidlərinə qarşı yüksək həssaslıq; arterial hipotenziya, ürək çatışmazlığı, ürəyin üzvi zədələnmələri, bradikardiya, aorta qüsurları, ağır dərəcəli serebral ateroskleroz, depressiya, epilepsiya, parkinsonizm, mədə və onikibarmaq bağırsaq xora xəstəliyinin kəskinləşmə mərhələsi, xoralı kolit, nefroskleroz, bronxial astma, feoxromositoma, elektroqıcolma terapiyası (dərman preparatının istifadəsini, elektroqıcolma terapiyasının aparılmasına başlamazdan minimun 7 gün əvvəl dayandırmaq lazımdır), 18 yaşdan aşağı şəxslərdə istifadəsi, hamiləlik və laktasiya dövründə istifadəsi, qlükoza-qalaktoza malabsorbsiyası.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Rezerpin alkaloidinin plasentadan keçməsini və ana südünə nüfuz etməsini nəzərə alaraq, hamiləlik və ya laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsi üçün zərurət yarandığı halda, ana südü ilə qidalanmanı dayandırmaq lazımdır. 

Raunatin-Zdorovye istifadə qaydası, dozası

   Dərman preparatı böyüklərə yeməkdən sonra daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur.  Başlanğıc doza müalicənin 1-ci günü gecə 1 tablet, 2-ci günü – sutkada 2 dəfə 1 tablet, 3-cü günü – sutkada 3 dəfə 1 tablet təşkil edir və daha sonra preparatın ümumi dozası sutkada 4-6 tabletə qədər çatdırılmalıdır. Davamlı terapevtik effekt əldə olunduqdan sonra (bir qayda olaraq, 10-14 gündən sonra), preparatın dozası tədricən sutkada 1-2 tabletə qədər aşağı salına bilər. Müalicə kursu – 3-4 həftə təşkil edir, lakin, bəzi hallarda göstərişlərə əsasən, preparat uzun müddət ərzində dəstəkləyici dozada (sutkada 1 tablet) istifadə edilməlidir. 

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-03217

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce