Bitib
Stokda olanda mənə xəbər verin.RİBOKSİN tərkibi, 1 ml məhlulun tərkibində 20 mq inozin vardır.
Ürəyin işemik xəstəliyi (miokard infarktından sonrakı vəziyyət, stenokardiya), ürək ritminin pozulması, ürək qlikozidlərinin preparatları ilə intoksikasiyanın kompleks müalicəsi, müxtəlif mənşəli kardiomiopatiyaların, miokardiodistrofiyaların (ağır fiziki gərginliklər fonunda, infeksion və endokrin mənşəli), miokarditlərin; qaraciyər xəstəliklərinin (hepatitlər, qaraciyər sirrozu, qaraciyərin piy distrofiyası) müalicəsi; şüalanma zamanı leykopeniyanın profilaktikası; gözdaxili təzyiqin normallaşdığı açıqbucaqlı qlaukoma zamanı görmə funksiyalarının yaxşılaşması üçün.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; böyrək çatışmazlığı; podaqra.
Bu qrup pasiyentlərdə preparatın istifadəsinin effektivliyi və təhlükəsizliyi üzrə tədqiqatlar aparılmayıb, bu səbəbə görə hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.
Preparat böyüklərdə venadaxili şırnaq və damcı (asta-asta) üsulu ilə dəqiqədə 40–60 damcı sürətlə istifadə edilir. Venadaxili damcı üsulu ilə yeridilmə zamanı preparat 5%-li qlükoza və ya 0,9%-li natrium xlorid (250 ml-ə qədər) məhlulunda durulaşdırılır. Müalicənin əvvəlində sutkada 1 dəfə 200 mq (10 ml 2%-li məhlul) yeridilir, sonra doza yaxşı keçirildikdə, onu 400 mq (20 ml 2%-li məhlul) sutkada 1–2 dəfəyə qədər artırmaq olar. Müalicə kursu fərdi müəyyən edilir, orta hesabla 10–15 gündür. Ürək ritminin kəskin pozulması zamanı şırnaq üsulu ilə yeridilmə birdəfəlik 200–400 mq (10–20 ml 2%-li məhlul) dozada mümkündür.