Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Rileys 10 mq N28 tablet

Məhsul Kodu : 111-01230
İstehsalçı ölkə: Türkiye
4,99 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RİLEYS-SANOVEL, 10 mq tabletlər   

Rileys-Sanovel tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində  10 mq lizinopril vardır. Köməkçi maddələr: mannitol DC 400, susuz dikalsium fosfat, qarğıdalı nişastası, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat.       

İstifadəsinə göstərişlər:

  Arterial hipertoniya (ümumi, böyrək-damar)  Ürək çatışmazlığı (diuretik preparatlarla və üskükotu preparatları ilə birlikdə) Kəskin miokard infarktdan sonra 24 saat ərzində stabil hemodinamik göstəricilərə malik pasiyentlərdə qısa müddətli müalicə (6 həftə ərzində) Arterial hipertenziyalı II tip şəkərli diabeti olan pasiyentlərdə ilkin nefropatiyanın müalicəsi.

Əks göstərişlər:

   Preparatın komponentlərinə və digər AÇF (angiotenzinçevirici ferment) inhibitorlarına qarşı yüksək həssaslıq; - anamnezdə angionevrotik ödemin, o cümlədən, AÇF inhibitorlarının istifadəsi nəticəsində meydana çıxan angionevrotik ödemin qeyd olunması;  - irsi Kvinke ödemi və ya idiopatik ödem; - angiotenzinçevirən fermentin inhibitorlarının və ya angiotenzin II reseptorlarının (ATIIR) blokatorlarının şəkərli diabet və ya orta/ağır dərəcəli böyrək çatışmazlığı (YFS (yumaqcıq filtrasiyasının sürəti) < 60 ml/dəqiqədə/1,73 m2) qeyd olunan pasiyentlərdə aliskiren ilə eyni zamanda istifadəsi əks göstərişdir;  - birincili hiperaldosteronizm;  - böyrək transplantasiyasından sonrakı vəziyyət, proqressivləşən azotemiya, hiperkaliemiya;   - proqressivləşən azotemiya ilə müşayiət olunan böyrək arteriyalarının ikitərəfli stenozu və ya tək böyrək arteriyasının stenozu;  - ağır dərəcəli ürək-damar xəstəlikləri (ağır dərəcəli ürək qüsurları, kardiogen şok, kəskin infarktdan sonra hemodinamik cəhətdən qeyri-stabil vəziyyət, hipertrofik kardiomiopatiya);  - hamiləlik və laktasiya dövrü. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hamiləlik kateqoriyası C/D. Hamiləlik zamanı lizinoprildən istifadə olunması haqqında kifayət dərəcədə məlumatlar yoxdur. Bundan başqa, AÇF ingibitorlarından istifadə olunduqda intoksikasiya riski sona qədər müəyyən edilməmişdir. AÇF inhibitorlarının cift baryerindən keçə bilmək qabiliyyətinə malik olması səbəbindən dölün arterial təzyiqini tənzim edən strukturların zədələnməsi mümkündür. Hamiləliliyin ikinci və üçüncü üçaylıqlarında lizinoprildən istifadə edilməsi oliqohidramnioz, arterial hipotoniya, oliquriya, anuriya və dölün kəllə sümüklərinin formalaşma prosesinin pozulmasına səbəb ola bilər. Hamiləliyin bu dövründə lizinoprildən istifadə edilməsi vaxtından əvvəl doğuşa və yenidoğulmuşun çəkisinin azalmasına gətirib çıxara bilər. Bundan başqa, dərman maddəsini hamiləliyin ikinci və üçüncüçaylıqlarında qəbul edilməsi dölün ölümünə səbəb ola bilər. Bu səbəbdən lizinoprilin, AÇF-in digər ingibitorları kimi hamiləliyin birinci trimestrdə istifadəsi məsləhət görülmür, ikinci və üçüncü trimestrdə qəbul edilməsi əks göstərişdir. Hamiləlik müəyyən edildikdə müalicəni dayandırmaq lazımdır. Lizinoprilin ana südünə daxil ola bilməsi sona kimi aydınlaşdırılmamışdır. Əksər dərman maddələrinin südə keçməsi nəzərə alınaraq   laktasiya dövründə lizinoprildən istifadə edilməsi əks göstərişdir.

Rileys-Sanovel istifadə qaydası, dozası

  İlkin müalicəvi doza sutkada 2,5-5 mq təşkil edir. Müalicəvi effektdən asılı olaraq dozanı tənzimləmək lazımdır. Uzunmüddətli müalicə zamanı preparat  gündə 1 dəfə olmaqla 10-20mq dozada qəbul edilir. Maksimal doza  sutkada 40 mq təşkil edir. Böyrək-damar hipertoniyasının müalicəsi zamanı tövsiyə olunan ilkin doza 2,5-5 mq təşkil edir.  Diuretik dərman preparatları qəbul edən xəstələr lizinoprilin qəbulunun başlanmasına 2-3 gün qalmış diuretik müalicəni dayandırmalıdırlar. Diuretiklərin lizinoprillə birlikdə qəbul edilməsi lazım gəldikdə lizinoprilin başlangıc dozası 2,5-5 mq/gün təşkil edir. Müalicəyə başladıqdan sonra 2 saat ərzində və arterial təzyiq stabilləşdikdən sonra 1 saat ərzində xəstə üzərində müşahidə aparmaq lazımdır.  Böyrək çatışmazlığı zamanı doza rejimi kreatinin klirensindən asılı olur.

Prepared by  T-Soft E-Commerce.