Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Rileys Plus 20/12,5 mq N28 tablet

Məhsul Kodu : 111-01231
İstehsalçı ölkə: Türkiye
8,47 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

RİLEYS-SANOVEL PLYUS, 20/12,5 mq tabletlər

Rileys-Sanovel Plyus tərkibi

 Təsiredici maddə:    1 tabletin tərkibində  20 mq lizinopril  və 12,5 mq hidroxlorotiazid vardır. Köməkçi maddələr:  mannitol DC 400, susuz dikalsium fosfat, qarğıdalı nişastası, prejelatinləşdirilmiş nişasta, maqnezium stearat.

İstifadəsinə göstərişlər:

 Rileys sanovel plyus kompleks eyni nisbətdə fərdi komponentlərlə stabilləşdirilmiş yüngül və orta dərəcəli hipertoniyanın müalicəsində istifadə edilir.

Əks göstərişlər:

   Preparatın istənilən komponentinə və ya digər AÇF inhibitorlarına və ya digər sulfonamid preparatlarına qarşı yüksək həssaslıq; anamnezdə AÇF inhibitorları ilə müalicə ilə əlaqədar olan angionevrotik ödem, irsi və ya idiopatik angionevrotik ödem; böyrk funksiyasının ifadəolunmuş pozulması (o cümlədən, böyrək çatıçamzlığı ilə əlaqədar olan hemodializdə olan pasiyentlərdə, eləcə də, böyrəkləri transplantasiya olmuş pasiyentlrdə) (kreatininin klirensi < 30 ml/dəqiqə), anuriya; böyrək arteriyalarının ikitərəfli stenozu; hiperkalsemiya; hiponatriemiya; ilkin hiperaldosteronizm; porfiriya; prekoma; qaraciyər koması; şəkərli diabet (ağır forması); şəkərli diabetli və ya böyrək funksiyası pozulmuş (YFS < 60 ml/dəqiqə/1,73 m2) pasiyemtlərdə aliskirenlə eyni vaxtda istifadəsi; sakubitril/valsartanla eyni vaxtda istifadəsi; hamiləlik və laktasiya dövrü; uşaqlar və 18 yaşa qədər yeniyetmə dövr (effektivliyi və təhlükəsizliyi müəyyən edilməyib). 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Ümumi Hamiləlik kateqoriyası D.  Hamiləlik dövrü AÇF inhibitorları Hamiləlik zamanı lizinoprildən istifadə etmək olmaz.  Hamiləliyin müəyyən edilməsi zamanı preparatın qəbulunu tezliklə dayandırmaq lazımdır. Hamiləliliyin ikinci və üçüncü üçaylıqlarında AÇF inhibitorlarından istifadə edilməsi dölə mənfi təsir göstərir (Arterial təzyiqin ifadə edilmiş azalması, böyrək çatışmazlığı, qiperkaliemiya, kəllə  sümüklərinin hipoplaziyası, uşaqlıqdaxili ölüm mümkündür).  Hidroxlortiazid Hidroxlortiazid plasentar baryeri keçir. Tiazidlərin hamiləliyin II – III trimestrində istifadəsi uşaqlıq-plasentar qan dövranının zəiflədə bilər, döldə və yenidoğulmuşda trombositopeniya, sarılıq, su-elektrolit balansının pozulması ilə nəticələnə bilər. Laktasiya dövrü AÇF inhibitorlarının uşaqlıqdaxili təsirinə məruz qalan yenidoğulmuş və südəmər uşaqlarda   arterial təzyiqin ifadə edilmiş azalmasının, oliquriya, hiperkaliemiyanın zamanında üzə çıxarılması üçün müşahidə  aparmaq tövsiyə edilir. Hidroxlortiazid ana südünə cüzi miqdarda keçir. Tiazidlər yüksək dozada intensiv diurezə səbəb olur ki, bu da laktasiyanı zəiflədir.  Preparatla müalicə  dövründə  əmizdirməni dayandırmaq lazımdır.

Rileys-Sanovel Plyus istifadə qaydası, dozası

  Arterial hipertenziya  Rileys-sanovel plyus preparatının başlanğıc dozası, arterial təzyiqə gündəlik nəzarətin mütləq aparılması ilə, 1 tablet təşkil edir. 2-4 həftə müddətində antihipertenziv effekt olunmadıqda və ya kifayət qədər olmadığı təqdirdə, Rileys-sanovel plyus preparatının sutkalıq dozasını 2 tabletə qədər artırmaq olar. Rileys-sanovel plyus preparatının maksimal sutkalıq dozası 2 tablet təşkil edir.  Rileys-sanovel plyus preparatını sutkada 1 dəfə, hər dəfə günün təxminən eyni vaxtında qəbul etmək lazımdır.  Böyrək çatışmazlığı zamanı preparatın dozalanması  Böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə Rileys-sanovel plyus preparatını başlanğıc müalicə vasitəsi kimi istifadə etmək olmaz.  Kreatinin klirensi (KK) 30 ml/dəqiqədən artıq və 80 ml/dəqiqədən aşağı olan pasiyentlərdə preparatı yalnız, preparatın ayrı-ayrı komponentlərinin dozalarını titrlədikdən sonra istifadə etmək olar. Yüngül dərəcəli böyrək çatışmazlığı zamanı sərbəst şəkildə istifadə edildikdə, lizinoprilin tövsiyə olunan dozası 5 mq-dan 10 mq-a qədər təşkil edir.  Orta və ya ağır dərəcəli böyrək çatışmazlığından əziyyət çəkən pasiyentlərdə (KK – 30 ml/dəqiqədən aşağı) tiazid diuretiklərdən istifadə etmək olmaz.  Diuretiklərdən istifadə edən pasiyentlər  Rileys-sanovel plyus preparatının ilk dozasını qəbul etdikdən sonra simptomatik hipotenziya müşahidə oluna bilər; bu vəziyyətin meydana çıxması, əvvəlcədən diuretiklərin istifadəsi nəticəsində dehidratasiya və/və ya duz balansının pozulması qeyd olunan pasiyentlərdə daha çox ehtimal edilir. Rileys-sanovel plyus preparatının istifadəsi ilə müalicəyə başlamazdan 2-3 gün əvvəl, diuretiklərin qəbulunu dayandırmaq vacibdir. Bu mümkün olmadığı təqdirdə müalicəni, 5 mq dozada lizinoprilin monoterapiya şəklində istifadəsi ilə başlamaq lazımdır.  Preparatın dozalanma rejimi və müalicənin davametmə müddəti, arterial təzyiqin müntəzəm nəzarətinin aparılması ilə həkim tərəfindən fərdi qaydada təyin olunur. 

Prepared by  T-Soft E-Commerce.