Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Rivoksar 15 mq N28 tablet

Məhsul Kodu : 111-25848
İstehsalçı ölkə: Türkiye
41,26 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Rivoksar, 15 mq örtüklü  tabletlər

Rivoksar tərkibi

Təsiredici maddələr:1  tabletin tərkibində 15 mq rivaroksaban vardır. 

Əks göstərişlər 

Rivoksar preparatının istifadəsi aşağıdakı pasiyentlərdə əks göstərişdir. 
rivaroksabana və ya preparatın köməkçi maddələrinə qarşı yüksək həssaslıq; 
kilinik əhəmiyyətli aktiv qanaxmaları olan pasiyentlər; 
mövcud və ya son dövrlərdə keçirilmiş mədə-bağırsaq xorası, yüksək qanaxma riskli bədxassəli  
neoplazma, son dövrlərdə baş verən beyin və ya onurğa beyni zədələnməsi, yeni keçirilmiş   
beyin, onurğa beyni və ya oftalmoloji əməliyyat, yaxın zamanlarda baş verən kəllədaxili   
qanaxma, bilinən və ya şübhəli ezofageal varislər, arteriovenoz malformasiyalar, vaskulyar  
anevrizmalar və ya böyük intraspinal və ya intraserebral vaskulyar anomaliyalar kimi böyük  
qanaxma riski yaradan lezyonlar və hallar; 
Açıq bir mərkəzi venoz və ya arterial kateterin açıq qalması üçün tələb olunan dozalarda  
fraksiya edilməmiş heparinin (UFH) istifadə edildiyi hallar və ya antikoaqulyant müalicədə  
keçid edilən xüsusi şərtlərdə xaricində başqa hər hansı bir antikoaqulyant preparatla eyni  
zamanda [məsələn, UFH, aşağı molekulyar ağırlıqlı heparinlər (enoksaparin, dalteparin və s.),  
heparin törəmələri (fondaparinuks və s.), oral antikoaqulyantlar (varfarin, apiksaban,  
dabiqatran, eteksilat edoksaban və s.)] müalicə; 
Çayld Pug təsnifatına əsasən B və C sinifli sirroz xəstələri daxil olmaqla, koaqulopatiya və  
klinik əhəmiyyətli qanaxma riski ilə əlaqəli qaraciyər xəstəliyi; 
hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə  istifadəsi 

Ümumi tövsiyə 
Hamiləlik kateqoriyası: C 
Doğuş potensialı olan qadınlar/ Kontrasepsiya 
Uşaq doğurma potensialı olan qadınlar rivaroksabanla müalicə zamanı hamilə qalmaqdan 
çəkinməlidir. 
Hamiləlik  
Hamilə qadınlarda rivaroksabanın təhlükəsizliyi və effektivliyi məlum deyil. 
Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyin olduğunu göstərdi. Mümkün 
reproduktiv toksiklik, təbii olaraq meydana gələn qanaxma riski və rivaroksabanın plasentaya 
keçdiyini göstərən məlumatlara görə Rivoksar hamiləlikdə əks göstərişdir. 
Laktasiya  
Rivaroksabanın laktasiya dövründə olan qadınlarda effektivliyi və təhlükəsizliyi məlum deyil. 
Heyvanlardan əldə edilən məlumatlar rivaroksabanın südə xaric olduğunu göstərir. Bu səbəbdən 
rivaroksaban laktasiya dövründə əks göstərişdir. Süd verməyi dayandırmaq və ya müalicəni 
dayandırmaq/ müalicədən imtina etmək barədə qərar verilməlidir. 
Reproduktivlik/ Fertillik 
İnsanlarda fertilliyə təsirinə dair xüsusi araşdırma aparılmayıb. Siçanlarda kişi və qadın fertilliyi 
ilə bağlı bir tədqiqatda heç bir təsir müşahidə edilmədi.

İstifadə  qaydası  və  dozası 

İnsult və sistem emboliyanın qarşısının alınması 
Tövsiyə olunan doza gündə 1 dəfə 20 mq-dır. Bu doza eyni zamanda məsləhət görülən 
maksimum dozadır. 
İnsult və sistem emboliyadan qorunma qanaxma riskini üstələdiyi müddətdə müalicə uzun 
müddət davam etməlidir. 
Bir dozanı unutduğunuz təqdirdə, xəstə Rivoksar preparatını dərhal qəbul etməli və ertəsi gün 
tövsiyə olunduğu kimigündə bir dəfə içməyə davam etməlidir. Eyni gündə buraxılmış dozanın 
əvəzini çıxarmaq üçün doza ikiqat artırılmamalıdır. 
Dərin Venaların Trombozu (DVT) və Pulmonar Emboliya (PE) və təkrarlanan DVT və PE-nin 
qarşısının alınmasında 
Kəskin DVT və PE-nin başlanğıc müalicəsi üçün məsləhət görülən doza ilk 3 həftə ərzində 
gündə iki dəfə 15 mq Rivoksar, daha sonra müalicənin davamı və təkrarlanan DVT və PE-nin 
qarşısının alınması üçün gündə bir dəfə Rivoksar 20 mq-dır. 
Müvəqqəti böyük risk faktorlarının (məsələn, yaxınlarda baş verən cərrahi əməliyyat və ya 
travma) tətiklədiyi DV və ya PE olan pasiyentlərdə qısamüddətli müalicə (ən azı 3 ay) nəzərdən 
keçirilməlidir. Əsas keçici risk faktorları ilə əlaqəli olmayan tətiklənmiş DVT və ya PE olan, 
tətiklənməmiş DVT və ya PE ya da təkrarlanan DVT və ya PE tarixçəsi olan xəstələrdə 
uzunmüddətli müalicə düşünülməlidir. 
Təkrarlanan DVT və PE üçün uzunmüddətli müalicədə (DVT və ya PE müalicəsi başa çatdıqdan 
ən azı 6 ay sonra) məsləhət görülən doza gündə 1 dəfə 10 mq-dır. Mürəkkəb yanaşı xəstəlikləri 
olan və ya gündə bir dəfə 10 mq Rivoksar ilə uzunmüddətli müalicədə təkrarlanan DVT və ya 
PE inkişaf edən pasiyentlər kimi təkrarlanan DVT və ya PE riski yüksək hesab edilən xəstələrdə 
gündə 1 dəfə Rivoksar 20 mq qəbulu düşünülməlidir. 
Müalicə müddəti və dozanın seçilməsi, qanaxma riskinə qarşı müalicənin faydası diqqətlə 
nəzərdən keçirildikdən sonra individual təyin edilməlidir.                                                       

İstifadə qaydası 
Rivoksar oral istifadə üçün nəzərdə tutulub. 
Tabletlər qida ilə birlikdə qəbul edilməlidir.  
Tabletləri bütöv şəkildə uda bilməyən xəstələrdə Rivoksar tableti istifadədən dərhal əvvəl əzilib 
su və ya alma püresi ilə qarışdırılaraq ağızdan (peroral) qəbul edilə bilər. Ezilmiş Rivoksar 15 
mq və ya 20 mq tabletlər tətbiqindən dərhal sonra qida qəbul edilməlidir. 
Ezilmiş Rivoksar tableti, zondun mədəyə düzgün yerləşdirildiyi təsdiqlədikdən sonra mədə 
borusu vasitəsilə də tətbiq oluna bilər. Əzilmiş tablet mədə borusu vasitəsilə az miqdarda su ilə 
tətbiq olunmalı və sonra boru su ilə yuyulmalıdır. Ezilmiş Rivoksar 15 mq və ya 20 mq 
tabletlərinin tətbiqindən sonra, dozadan ardından (dərhal) enteral qidalanma verilməlidir. 
Gündə iki dəfə 15 mq ilə müalicə mərhələsində (1-21-ci günlər) bir doza unudularsa 
Gündəlik 30 mq dozanı təmin etmək üçün xəstə unutduğu dozanı dərhal qəbul etməlidir. Bu 
vəziyyətdə iki ədəd 15 mq-lıq tablet birlikdə qəbul edilə bilər. Pasiyent növbəti gün tövsiyə 
olunduğu kimi gündə 2 dəfə 15 mq tabletlə davam etməlidir. 
Müalicə mərhələsində gündə bir dəfə istifadə edilən doza unudularsa  
Pasiyent dərhal Rivoksar preparatını qəbul etməli və ertəsi gün tövsiyə olunduğu kimi gündə 1 
dəfə qəbul etməyə davam etməlidir. Eyni gündə buraxılmış dozanın əvəzini təmin etmək üçün 
doza ikiqat qəbul edilməməlidir. 
Müalicənin K vitamininin antaqonistlərindən (KVA) Rivoksar preparatına dəyişdirilməsi 
İnsult və sistem mboliyanın qarşısının almaq üçün müalicə alan pasiyentlərdə KVA müalicəsi 
dayandırılmalı və INR (Beynəlxalq normallaşmış nisbət) ≤ 3,0 olduqda Rivoksar müalicəsinə 
başlanmalıdır. 
DVT, PE və təkrarlanmanın qarşısını almaq üçün müalicə alan xəstələrdə KVA müalicəsi 
dayandırılmalı və INR ≤ 2,5 olduqda Rivoksar müalicəsinə başlanmalıdır. 
Pasiyentlərdə KVA müalicəsindən Rivoksar preparatına keçdikdə, Rivoksar preparatının 
qəbulundan sonra INR dəyərləri yanıltıcı şəkildə artacaq. INR, Rivoksar preparatının 
antikoaqulyant fəaliyyətini ölçmək üçün etibarlı deyil və bu səbəbdən də istifadə edilməməlidir. 
Müalicənin Rivoksar preparatına, K vitamini antaqonistlərinə dəyişdirilməsi (KVA) 
Rivoksar terapiyasından KVA terapiyasına keçid zamanı yetərsiz antikoaqulyasiya ehtimalı 
mövcudur. Hər hansı bir alternativ antikoaqulyanta keçid zamanı davamlı və adekvat 
antikoaqulyasiya təmin edilməlidir. Rivoksar preparatının INR dəyərinin artmasına kömək edə 
biləcəyi nəzərə alınmalıdır. 
Rivoksar preparatından KVA müalicəsinə keçən xəstələrdə KVA, INR ≥ 2,0 olanadək eyni 
vaxtda tətbiq olunmalıdır. Dəyişim periodunun ilk iki günü KVA-nın standart başlanğıc dozası 
istifadə edilməli və onu INR testi rəhbərliyində KVA dozası izləməlidir. Pasiyentlər həm 
Rivoksar, həm də KVA istifadə edərkən INR Rivoksar preparatının bir sonrakı dozasından əvvəl 
test edilməlidir, lakin əvvəlki dozadan 24 saat əvvəl test edilməməlidir. Rivoksar preparatının  
istifadəsi kəsildikdən sonra, INR testi son dozadan 24 saat sonra etibarlı şəkildə aparıla bilərə 
Müalicənin parenteral antikoaqulyantlardan Rivoksar preparatına dəyişdirilməsi 
Hal-hazırda parenteral antikoaqulyantla müalicə edilən pasiyentlər parenteral antikoaqulyant 
dayandırılır və Rivoksar ilə müalicəyə parenteral preparatın (məsələn, aşağı molekulyar ağırlıqlı 
heparin) növbəti planlaşdırılmış dozasından 0-2 saat əvvəl ya da tətbiq edilən parenteral 
preparatın (məsələn, venadaxili fraksiya olunmamış heparin) istifadəsinin kəsildiyi vaxtda 
başlanılır. 
Müalicənin Rivoksar preparatından parenteral antikoaqulyantlara dəyişdirilməsi 
Antikoaqulyantın ilk parenteral dozası, Rivoksar preparatının növbəti dozası zamanı verilməlidir. 
Xüsusi populyasiya haqqında əlavə məlumat 
Böyrək çatışmazlığı 
Ciddi böyrək çatışmazlığı olan pasiyentlərdən (kreatinin klirensi 15-29 ml/dəq) əldə edilən 
məhdud klinik məlumatlar rivaroksabanın plazma konsentrasiyalarının əhəmiyyətli dərəcədə 
artdığını göstərir. Bu səbəbdən Rivoksar bu xəstə populyasiyasında ehtiyatla istifadə 
olunmalıdır. Kreatinin klirensi <15 ml/dəq olan xəstələrdə Rivoksar preparatının istifadəsi 
məsləhət görülmür. 
Orta (kreatinin klirensi 30-49 ml/dəq) və ağır (kreatinin klirensi 15-29 ml/dəq) böyrək 
çatışmazlığı olan xəstələrdə aşağıdakı dozalar tətbiq olunmalıdır: 
• Qeyri-valvular atrial fibrillasiyalı pasiyentlərdə insult və sistem emboliyanın qarşısını almaq 
üçün məsləhət görülən gündəlik doza gündə 1 dəfə 15 mq-dır. 
• DVT müalicəsi, PE müalicəsi və təkrarlanan DVT və PE-nin qarşısını almaq üçün xəstələr ilk 3  
həftə ərzində gündə iki dəfə 15 mq ilə müalicə olunmalıdır. Bundan sonra tövsiyə olunan doza  
gündə bir dəfə 20 mq olduğundan, xəstə üçün qiymətləndirilən qanaxma riski təkrarlanan DVT   
və PE riskindən yüksək olarsa, dozanın gündə bir dəfə 20 mq-dan gündə bir dəfə 15 mq-a  
endirilməsi düşünülməlidir. 15 mq dozanın istifadəsi üçün tövsiyə farmakokinetik  
modelləşdirməyə əsaslanır və bu klinik şəraitdə öyrənilməyib. Məsləhət görülən doza gündə 1  
dəfə 10 mq olduqda, tövsiyə olunan dozada düzəlişə ehtiyac yoxdur. 
Rivoksar preparatı yüngül böyrək çatışmazlığı olan pasiyentlərə (kreatinin klirensi 50-80 ml/dəq) 
tətbiq edilərkən dozanın tənzimlənməsi tələb olunmur. 
Qaraciyər çatışmazlığı 
Rivoksar, Çayld Pug təsnifatına əsasən B və C dərəcəli sirrozlu xəstələr daxil olmaqla, 
koaqulopatiya və klinik əhəmiyyətli qanaxma riski ilə əlaqəli qaraciyər xəstəliyi olan 
pasiyentlərdə əks göstərişdir. 
Geriatrik populyasiya 
Dozanın korreksiyasına ehtiyac yoxdur. 
Bədən çəkisi: dozada düzəlişə ehtiyac yoxdur. 
Cinsiyyət: dozada düzəlişə ehtiyac yoxdur. 
Pediatrik populyasiya 
Rivoksar preparatının təhlükəsizliyi və effektivliyi 18 yaşa qədər uşaqlarda müəyyən edilməyib. 
Bu mövzuda məlumat yoxdur. Bu səbəbdən Rivoksar preparatının 18 yaşdan kiçik uşaqlarda 
istifadəsi məsləhət görülmür. 
Kardioversiya 
Kardioversiyaya ehtiyacı olan xəstələrdə Rivoksar ilə müalicə başlaya və ya davam etdirilə bilər. 
Əvvəllər antikoaqulyantlarla müalicə olunmayan pasiyentlərdə transezofageal exokardioqramla 
(TEE) dəstəklənən kardioversiya üçün yetərli antikoaqulyasiya təmin etmək üçün Rivoksar ilə 
müalicə kardioversiyadan ən az 4 saat əvvəl başladılmalıdır. 
Bütün pasiyentlərdə kardioversiyadan əvvəl onların Rivoksar preparatını təyin edildiyi kimi 
qəbul etdikləri təsdiqlənməlidir. Terapiyanın başlanması və müddəti ilə bağlı qərarlarda 
kardioversiyaya məruz qalan pasiyentlərdə antikoaqulyantlarla müalicə üçün müəyyən edilmiş 
qaydalar nəzərə alınmalıdır. 
Perkutan koronar müdaxilə (PCI) zamanı stend yerləşdirilmiş qeyri-valvular atrial fibrillasiyalı 
pasiyentlər 
Peroral antikoaqulyant istifadəsi lazım olan və stenddə yerləşdirilmiş PCI tətbiq olunan qeyri
valvular atrial fibrillasiyalı pasiyentlərdə ən çoxu 12 aylıq müddətdə bir P2Y12 inhibitoruna 
əlavə olaraq, gündə bir dəfə 15 mq rivaroksabanın azaldılmış dozası (və ya orta dərəcəli böyrək 
çatışmazlığı (kreatinin klirensi 30-49 ml/dəq) olan pasiyentlərdə gündə 1 dəfə 10 mq 
rivaroksaban) ilə bağlı məhdud təcrübə mövcuddur. 

Prepared by  T-Soft E-Commerce.