Sevimlilərə əlavə edin
Paylaşın

Rotanat 100MG 5 ml N10 Amp

Məhsul Kodu : 111-19930
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
12,98 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ROTANAT, inyeksiya üçün məhlul

ROTANAT tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 100 mq meldonium dihidrat vardır.

İstifadəsinə göstərişlər

Kombinəolunmuş terapiyanın tərkibində aşağıdakı hallarda: ˗ ürək-damar xəstəlikləri (stabil stenokardiya, xroniki ürək çatışmazlığı (NYHA təsnifatı üzrə I-III sinif), kardiomiopatiya, ürək-damar sisteminin fəaliyyətinin funksional pozğunluqları); ˗ beyin qan dövranının kəskin və xroniki işemik pozğunluqları; ˗ iş qabiliyyətinin azalması, fiziki və psixoemosional gərginlik; ˗ beyin qan dövranının pozğunluğundan, başın travması və ensefalitdən sonra sağalma dövrü.

Əks göstərişlər

˗ Təsiredici maddəyə və ya preparatın tərkibində olan hər-hansı köməkçi maddəyə qarşı yüksək həssaslıq; ˗ ağır qaraciyər və/və ya böyrək çatışmazlığı (təhlükəsizliyinə dair kifayət qədər məlumat olmadığından); ˗ hamiləlik və laktasiya; ˗ uşaqlar və 18 yaşa qədər yeniyetmələr (meldoniumun bu yaş qrupunda istifadəsinin təhlükəsizliyi barədə məlumat olmadığından).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Meldoniumun hamiləliyə, embrional/fetal inkişafa, doğuşa və postnatal inkişafa təsirini qiymətləndirmək üçün heyvanlar üzərində aparılan tədqiqatlar kifayət qədər deyil. İnsan üçün potensial riskləri məlum deyil, bu səbəbdən Rotanat preparatı hamiləlik dövründə istifadə edilməməlidir. Laktasiya Meldonium heyvanlarda ana südünə nüfuz edir. Qadınlarda meldoniumun ana südünə nüfuz etməsi məlum deyil.

Yenidoğulmuşlar/körpələr üçün risk istisna edilmir, bu səbəbdən Rotanat preparatı laktasiya dövründə istifadə edilməməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Rotanat preparatının reaksiya sürətinə arzuolunmaz təsiri barədə məlumat yoxdur.

ROTANAT istifadə qaydası və dozası

Venadaxili yeridilmə üçün məhlul. Preparatın oyadıcı effektininin inkişaf etməsinin mümkünlüyünü nəzərə alaraq, günün birinci yarısında yeridilməsi tövsiyə olunur. Böyüklər Sutkada 500-1000 mq venadaxili təyin edilir. Sutkalıq doza birdəfəlik yeridilə bilər və ya iki dəfəyə bölünə bilər.

Müalicənin müddəti adətən 10-14 gün təşkil edir, sonradan müalicə peroral dərman formasına keçirilir. Müalicənin ümumi kursu: 4-6 həftədir. Təkrar kurslar fərdi olaraq, ildə 2-3 dəfə təyin edilir. Yaşlı pasiyentlər Qaraciyər və/və ya böyrək çatışmazlığı olan yaşlı pasiyentlərdə meldoniumun dozasının azaldılması tələb oluna bilər.

Uşaqlar və yeniyetmələr Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə meldoniumun təhlükəsizliyi və effektivliyi barədə məlumat yoxdur, bu səbəbdən preparatın uşaqlarda və yeniyetmələrdə istifadəsi əks göstərişdir. Böyrək çatışmazlığı olan pasiyentlər Yüngül və orta dərəcəli böyrək çatışmazlığı olan pasiyentlər meldoniumun daha kiçik dozasını qəbul etməlidirlər. Qaraciyər çatışmazlığı olan pasiyentlər Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan pasiyentlər meldoniumun daha kiçik dozasını qəbul etməlidirlər.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-19930

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce