Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Rovasel 20 mq N28 tablet

Məhsul Kodu : 111-20141
İstehsalçı ölkə: Türkiye
20,87 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ROVASEL, 20 mq örtüklü tabletlər

Rovasel tərkibi

 Təsiredici maddə: 1 tabletin tərkibində 20 mq rosuvastatinə ekvivalent 20,790 mq miqdarda rosuvastatin- kalsium vardır. Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, susuz ikiəsaslı kalsium fosfat, krospovidon, kolloidal silisium dioksid, maqnezium sterarat, hidroksipropil metilsellüloza, titan dioksid, triasetat, FD&C sarı 6/sarı sanset FCF alüminium lakı, ponceau 4R alüminium lakı, FD& C mavi 2/İndiqokarmin alüminium laki.

İstifadəsinə göstərişlər:
 ROVASEL preparatı Sizə qanda xolesterinin infarkt və insultun əmələ gəlməsi üçün zəmin yaradan yüksək səviyyəsi ilə əlaqədar təyin edilir. Qanda xolesterinin səviyyəsinin azalması üçün müvafıq pəhriz saxlanması və fıziki aktivliyin artırılması kifayət qədər olmadıqda Sizə statinin qəbulu tövsiyə olunub. ROVASEL orqanizmdə “pis” xolesterinin ifrazını blokada edir, həmçinin qandan onun xaric olunmasına səbəb olur. ROVASEL preparatı ailəvi xolesterin səviyyəsi yüksək olan 10-17 yaş arası uşaqlarada da istifadə oluna bilər.

Əks göstərişlər:

 Aşağdakı hallarda ROVASEL preparatını istifadə etməyin

 - ROVASEL preparatının təsiredici maddəsinə (rozuvastatin) və ya digər komponentlərinə qarşı əvvələr Sizdə allergiya olmuşdursa;

 - Hamiləlik ya laktasiya dövrü. Əgər, ROVASEL preparatı ilə müalicə zamanı hamiləlik baş verərsə, preparatın qəbulu dərhal dayandırın və həkiminizə bu barədə bildirin. ROVASEL preparatını qəbul edən qadınlar müvafiq bir qorunma üsullarından istifadə edərək hamilə qalmaqdan çəkinməlidirlər;

 - Qaraciyər xəstəliyiniz varsa;

 - Ciddi böyrək probleminiz varsa;

 - Vaxt aşırı təkrarlanan və ya səbəbi bəlli olmayan əzələ ağrıları və ya sancıları varsa;

 - Siklosporin preparatının qəbulu zamanı (bu preparat orqanların transplantasiyasından sonra istifadə edilir). Yuxarıda qeyd olunan halların hər hansı biri Sizdə varsa və ya olduğunu düşünürsünüzsə bu barədə həkiminizə bildirin. ROVASEL 40 mq-ı (ən yüksək dozası) aşağdakı hallarda qəbul etməyin

 - Orta dərəcəli böyrək probleminiz varsa (sübhələriniz varsa bu barədə həkiminizə bildirin)

 - Qalxanvari vəzin çatışmazlığı - Vaxt aşırı təkrarlanan və ya səbəbi bəlli olmayan əzələ ağrıları və ya sancıları varsa (Sizdə və ya ailə üzvlərinizdə əvvələr müşahidə olunmuş pozğunluqlar, həmçinin qanda xolesterinin səviyyəsini azaldan digər preparatların qəbulunun fonunda əzələ sistemi tərəfindən əvvələr müşahidə olunmuş pozğunluqlar)

 - Davamlı və ya yüksək miqdarda alkoqol qəbul edirsinizsə

 - Asiya mənşəlisinizsə (Yapon, Çin, Filippin, Vyetnam, Koreya və ya Hindistan)

 - Qanda xolesterinin səviyyəsini aşağı salmaq üçün digər preparatların qəbulu, əsasən fıbratların qəbulu

 - Əgər 18 yaşınız tamam olmayıbsa Yuxarıda qeyd olunan halların hər hansı biri Sizdə varsa və ya olduğunu düşünürsünüzsə bu barədə həkiminizə bildirin.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Preparatın qəbulundan əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz hamiləsinizsə və ya hamilə olduğunuzu güman edirsinizsə ROVASEL preparatını qəbul etməyin. ROVASEL preparatını qəbul edən qadınlar müvafiq bir qorunma üsullarından istifadə edərək hamilə qalmaqdan çəkinməlidirlər. ROVASEL preparatı ilə müalicə zamanı hamiləlik baş verərsə, preparatın qəbulu dərhal dayandırın, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövrü ROVASEL preparatını qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Əgər Siz uşaq əmizdirirsinizsə, ROVASEL preparatını qəbul etməyin.

Rovasel istifadə qaydası, dozası

 ROVASEL hər zaman həkiminizin tövsiyə etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə, həkiminizdən və ya əczaçınızdan soruşun. Böyüklər üçün normal dozalar ROVASEL yüksək xolesterin səviyyəsini aşağı salmaq üçün qəbul edirsinizsə: Başlanğıc doza ROVASEL ilə müalicə, əgər əvvəllər hər hansı bir statin istifadə etməmisinzsə – 5 mq doza ilə, əgər əvvəllər başqa bir statin istifadə etmisinizsə – 5 mq və ya 10 mq doza ilə başlamalısınız. Başlanğıc dozanın seçilməsi aşağıdakı hallardan asılıdır:

 • xolesterinin səviyyəsi,

 • ürək tutması və ya insult keçirmə riskinin mövcudluğu,

 • mümkün əlavə təsirlərə səbəb ola biləcək özəlliyin olub‐olmaması. Həkiminizlə ROVASEL Sizə ən uyğun olan başlanğıc dozası barədə məsləhətləşin. Aşağıdakı hallarda həkiminiz Sizə ən aşağı doza, yəni 5 mq təyin edə bilər:

 • Asiya mənşəlisinizsə ﴾Yapon, Çinli, Filippinli, Vyetnamlı, Koreyalı və Hindli﴿,

 • yaşınız 70‐dən yuxarıdırsa,

 • orta dərəcəli böyrək probleminiz varsa,

 • əzələ ağrıları və sancıları yaşama riskiniz varsa ﴾miopatiya﴿. Dozanın artırılması və ən yüksək gündəlik doza Həkiminiz dozanın artırılmasına qərar verə bilər. Beləliklə, Sizin üçün ən münasib dozadan istifadə edə bilərsiniz. Əgər müalicəyə 5 mq doza ilə başlamısınızsa, həkiminiz dozanı əvvəlcə 10 mq‐a, daha sonra 20 mq‐a, lazım gələrsə, hətta 40 mq‐a çatdıra bilər. Müalicəyə 10 mq doza ilə başlamısınızsa, həkiminiz bunu 20 mq‐a, sonra isə lazım gələrsə, 40 mq‐a çatdıra bilər. Dozanın hər yüksəldilməsi 4 həftəlik intervallarla həyata keçirilir. ROVASEL‐in ən yüksək gündəlik dozası 40 mq‐dır. Bu doza adətən, xolesterin səviyyəsi yüksək və ürək tutmaları və insult riski yüksək olan, eyni zamanda 20 mq doza ilə xolesterininin səviyyəsi kifayət dərəcədə düşməyən xəstələr üçündür. ROVASEL i ürək tutmalarının baş verməsini, insult və ya onunla bağlı sağlamlıq problemlərinizin riskini azaltmaq üçün istifadə edirsinizsə Tövsiyyə edilən doza gündə 20 mq‐dır. Bununla birlikdə, Sizdə yuxarıda göstərilən faktorlardan hər hansı biri olarsa, həkiminiz daha aşağı dozadan istifadə etməyinizə qərar verə bilər. 10‐17 yaş arası uşaqlar üçün normal dozalar Normal başlanğıc doza 5 mq‐dır. Həkiminiz Sizin üçün ROVASELin ən uyğun dozasını tapmaq üçün dərmanın dozasını artıra bilər. ROVASEL‐in ən yüksək gündəlik dozası 20 mq‐dır. Dozanızı gündə bir dəfə qəbul edin. ROVASEL 40 mq uşaqlarda istifadə olunmamalıdır. İstifadə qaydası və üsulu Tableti su ilə bütöv qəbul edin. ROVASEL-i gün ərzində bir dəfə qəbul etmək lazımdır. ROVASEL-i günün istənilən vaxtında qəbul edə bilərsiz. ROVASEL tabletleti qəbulunu unutmamaq üçün, hər gün eyni vaxtda qəbul edin. Xolesterinin səviyyəsinə müntəzəm nəzarətlər Xolesterinin səviyyəsinə müntəzəm olaraq nəzarət etmək üçün həkiminizin yanına getməyiniz çox vacibdir. Bu yolla Siz xolesterininizin lazım olan səviyyəyə düşdüyünə və bu səviyyədə qaldığına əmin ola bilərsiniz. Həkiminiz qəbul edəcəyiniz dozanı artıra bilər. Beləliklə, Siz ROVASEL-in Sizin üçün ən uyğun dozasını ala bilərsiniz. Əgər ROVASELin təsirinin çox güclü və ya zəif olduğunu müşahidə etsəniz, bunu həkiminizə və ya əczaçınıza bildirin. ROVASEL preparatının qida və içki ilə birlikdə qəbulu ROVASEL preparatını ac qarına və ya yeməkdən sonra qəbul edə bilərsiniz. Əgər lazım olduğundan artıq miqdarda ROVASEL qəbul etmisinizsə Əgər lazım olduğundan artıq miqdarda ROVASEL qəbul etmisinizsə, həkim və ya əczaçı ilə məsləhətləşin. Xəstəxanaya gedərkən və ya başqa bir səbəbdən müalicə alarkən, müalicənizlə məşğul olan tibbi personala ROVASEL qəbul etdiyinizi söyləyin. ROVASELi qəbul etməyi unutmusunuzsa Əgər ROVASEL qəbul etməyi unutmusunuzsa, narahat olmayın, növbəti dozanı öz vaxtında qəbul edin. Unudulan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. ROVASEL ilə müalicənin dayandırılması zamanı meydana çıxa biləcək təsirlər ROVASELin qəbulunu dayandırmaq istəyirsinizsə, həkiminizlə məsləhətləşin. ROVASEL i qəbul etməyi dayandırsanız, xolesterinin səviyyəsi yenidən yüksələ bilər.

Prepared by  T-Soft E-Commerce.