Sevimlilərə əlavə edin
Paylaşın

Talliton 25MG N28 Tb

Məhsul Kodu : 111-00449
İstehsalçı ölkə : Macaristan
1 Şərh Şərh
7,04 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Talliton, 6,25 mq, 12,5 mq, 25 mq tabletlər

Talliton tərkibi

Talliton tərkibi, 1 tabletin tərkibində müvafiq olaraq 6,25 mq, 12,5 mq və ya 25 mq karvedilol vardır. Köməkçi maddələr: laktoza monohidrat, krospovidon, saxaroza, susuz kolloidal silisium dioksid, povidon K-25, maqnezium stearat. Boya maddələri: xinolin sarısı C.I. 47005 (6,25 mq), sarı sanset C.I. 15985 (12,5 mq).

Talliton, istifadəsinə göstərişlər

Talliton tabletləri aşağıdakı xəstəliklərin uzun müddətli müalicəsində istifadə edilir: • yüksək arterial təzyiq; • xroniki stabil stenokardiya (eyni cür yüklənmə zamanı yaranan və yüngülləşən ürək nahiyəsində sıxıcı ağrı); • xroniki stabil ürək çatışmazlığının (orta və ağır dərəcəli) əlavə müalicəsi.

Əks göstərişlər

Pasiyentdə karvedilola və ya köməkçi maddələrə qarşı allergiya; dekompensasiya olunmuş ürək çatışmazlığı; astma; ağır qaraciyər pozğunluğu; ürək blokadası; sinus düyününün zəiflik sindromu; kardiogen şok; bradikardiya; ağır hipotenziya; feoxromositoma; metabolik asidoz; periferik qan dövranının ağır pozuntuları; ürək funksiyalarının ağır pozğunluğu və s. Hallarda istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə yalnız fayda/risk nisbəti müsbət olduqda istifadə olunmalıdır. Laktasiya dövründə istifadəsi tövsiyə edilmir. Preparata başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Talliton, istifadə qaydası

Talliton tabletləri həmişə həkim təyinatına əsasən qəbul olunmalıdır. Tabletlər çeynənmədən, su ilə, qida ilə və ya qidasız qəbul edilir. Xroniki ürək çatışmazlığı olan pasiyentlər üçün qida ilə qəbul olunmalıdır.
Hipertoniya: başlanğıc doza gündə 1 dəfə 12,5 mq, sonra gündə 1 dəfə 25 mq.
Stenokardiya: başlanğıc gündə 2 dəfə 12,5 mq, sonra gündə 2 dəfə 25 mq. Maksimum doza gündə 2 dəfə 50 mq.
Xroniki ürək çatışmazlığı: başlanğıc gündə 2 dəfə 3,125 mq, dozalar 2 həftəlik intervallarla artırılır.
Bədən çəkisi 85 kq-dan az olanlarda maksimum: gündə 2 dəfə 25 mq; 85 kq-dan çox olanlarda: gündə 2 dəfə 50 mq.
Yaşlılar və böyrək çatışmazlığı olanlarda dozalar böyüklərlə eynidir. Qaraciyər çatışmazlığı olanlarda istifadəsi əks göstərişdir.
İstifadə buraxıldıqda ikiqat doza qəbul edilməməlidir. Müalicə qəflətən dayandırılmamalıdır. Alkoqol ilə birgə istifadəsi tövsiyə edilmir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00449

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce