Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq nebivolola ekvivalent olan 5,45 mq nebivolol hidroxlorid vardır.
Bu preparat yüksək qan t əzyiqini (hipertenziya) aşağı salmaq üçün istifadə olunur. Taneleb, həmçinin, yaşı 70 və yuxarı ol an xəstələrdə yüngül və orta dərəcəli sabit xroniki ürək çatışmazlığının standart müalicəsinə əlavə qismində istifadə edilir.
Aşağıdakı hallarda nebivololdan istifadə əks göstərişdir: • Sizdə Nebivolol və ya Tanelebin digər inqrediyentlərinə qarşı allergiya (həddən çox həssaslıq) varsa; • Sizin qan təzyiqiniz aşağıdırsa (sistolik, yaxud “yuxarı” qan təzyiqiniz 90 mm. c. st. -dan aşağıdırsa); • Sizin qollarınız və ayaqlarınızda qan təchizatı zəifdirsə; • Sizin ürək vurğularınızın tezliyi aşağıdırsa (bu preparatı qəbul etməyə başlamazdan əvvəl ürək vurğularınızın sayı 60 vurğu/dəqiqə sayından azdırsa); • Sizdə ürəyin keçirici sistemində patologiya aşkar edilib sə (məsələn, sinus düyününün zəifliyi, yaxud atrio ventrikulyar blokada) və sizdə fəaliyyət göstərən peysmeker yoxdursa; • Sizdə əvvəllər kəskin ürək çatışmazlığı və ya kardiogen şok ba ş veribsə, yaxud hal - hazırda Sizə ürək fəaliyyətini yaxşılaşdırmaq üçün venadaxili infuziya tətbiq olunursa; • Sizdə ağır tənəffüs çatışmazlığı və ya xırıltılar varsa; • Sizdə feoxromositoma adlandırılan böyrəküstü vəzin şişi varsa; • Sizdə qaraciyər çatışmazlığı, yaxud qaraciyərin funksional pozğunluğu varsa; • Sizdə metabolik a sidoz varsa (belə ki, şəkərli diabeti olan xəstələrdə qanda şəkərin miqdarı həddən artıq yüksəlmişsə və qanın mühiti turşuluğa tərəf çox dəyişmişsə); • Siz, həmçinin, tərkibində floktafenin, yaxud s ultoprid olan dərman preparat ları qəbul edirsinizsə; 18 yaşdan aşağı yaş hədlərində istifadəsi tövsiyə olunmur..
Taneleb, ciddi zər urət olmadıqda, əgər həkim tərəfindən təyin olunmayıbsa, hamiləlik zamanı qəbul edilməməlidir. Taneleb qəbulu zamanı ana südü ilə qidalandırma məsləhət görülmür. Hər hansı bir preparatı qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin.
təsiri Nəqliyyat vasitələrinin və texnikanın idarə olunması zamanı bu preparatın təsiri tədqiq edilməmişdir. Bu preparat qan təzyiqini aşağı saldığından başgicəllənmə və ya bayılmaya səbəb ola bilər. Belə hal ba ş verdikdə AVTOMOBİLİ VƏ YA TEXNİK ANI İDARƏ ETMƏY İN. Belə hal çox vaxt ilkin doza təyini və ya dozanın artırılması zamanı olur.
Taneleb 5 mq tabletləri qida qəbulundan əvvəl, sonra və qida qəbulu zamanı, eləcə də qida ilə əlaqəsi olmadan ayrılıqda qəbul edilə bilər. Yarım, yaxud 1 tablet su və ya digər maye ilə qəbul edilməlidir. Taneleb tabletini həmişə həkiminiz təyin etdiyi kimi qəbul edin. Əgər Siz qəbul edilmə qaydasına əmin deyilsinizsə, onda həkiminizlə, yaxud əczaçı ilə əlaqə saxlayın.
Qan təzyiqinin yüksəlməsi (hipertenziya) zamanı qəbulu: • Adətən, gündəlik doza 1 tabletdir. • Yaşlı və böyrək problemi olan xəstələr, adətən, gündəlik ½ tablet qəbulu ilə müalicəyə başlamalıdırlar. • Preparatın maksimal effekti 4 həftədən sonra əldə olunur. Xroniki ürək çatışmazlığının müalicəsi zamanı qəbulu: - Sizin müalicə təcrübəli həkim tərəfindən başlanmalı və nəzarət olunmalıdır.
Preparatı son 6 həftə ərzində xroniki ürək çatışmaz lığının dekompensasiyası epizodları olmadıqda təyin edirlər. • Müalicə g ündəlik doza olaraq ¼ tabletlə ba şlamalıdır. 1 -2 həftədən sonra g ündəlik dozanı ½ tabletə, sonra 1 tabletə, daha sonra isə 2 tabletə qədər artırmaqla Sizin üçün • uyğun doza seçilməlidir. • Maksimal gündəlik doza 10 mq (2 tablet) məsləhət görülür.
• Siz müalicə başlanandan və hər dəfə doza artırıldıqdan sonra 2 saat ərzində təcrübəli həkimin nəzarətində olmalısınız. • Əgər ehtiyac olarsa, həki miniz dozanı azalda bilər, amma Siz dərmanı n qəbulunu birdən dayandırmamalısınız, belə ki, bu, ürək çatışmazlığını ağırlaşdıra bilər. • Ciddi böyrək problemləri olan xəstələr bu preparatı qəbul etməməlidir. Bu preparatı gündə bir dəfə və yaxşı olar ki, eyni vaxtda qəbul edəsiniz.
Həkiminiz səhhətinizə müvafiq olaraq bu preparatı digər dərmanlarla kombinə etmək qərarı verə bilər. Tanelebin uşaqlara və yeniyetmələrə təyini məsləhət deyil. Əgər Taneleb qəbul etməyi yaddan çıxarmışsınızsa: Əgər bu preparatı qə bul etməyi yaddan çıxarmı şsınızsa, lakin q ısa m üddətdən sonra xatırlamışsınızsa, növbəti dozanı vaxtında qəbul etmək lazımdır. Əgər sonuncu doza qəbulundan uzun zaman m üddəti ke çərsə (məsələn, bir g ün), onda yaddan çıxan dozanı buraxaraq növbəti dozanı səhəri gün həmişəki vaxtında qəbul edin.
Unudulan dozanı kompensə etmək üçün ikiqat doza qəbul etməyin. Doza qəbulunun təkrar unudulmamasına çalışın.. Əgər Siz Tanelebin qəbulunu dayandırmışsınızsa: Həkiminizlə məsləhətləşməmiş Tanelebin qəbulunu dayandırmayın. Əgər bu preparat ın qəbulu birdən dayandırılarsa, xəstədə təhlükəli əlamətlər meydana çıxa bilər.
Bu, xüsusilə, stenokardiyası olanlarda özünü daha qabarıq şəkildə biruzə verir. Əgər bu preparatın qəbulu ilə əlaqədar hər hansı bir sualınız olarsa, həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.