Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TAXIBEN 25MG 5ML N5 AMP

Məhsul Kodu : 111-17912
İstehsalçı ölkə: Fransa
22,02 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TAXİBEN, venadaxili yeridilmə üçün məhlul

TAXİBEN tərkibi

Təsiredici maddə:1 ml məhlulun tərkibində 5 mq urapidilvardır.

İstifadəsinə göstərişlər

Hipertenziv kriz (yəni arterial təzyiqin kəskin şəkildə yüksəlməsi), ağır və çox ağır dərəcəli arterial hipertenziya, terapiyaya davamlı olan arterial hipertenziya. Arterial hipertenziyası olan pasiyentlərdə cərrahi müdaxilələr zamanı və/və ya müdaxilələrdən sonra arterial təzyiqin nəzarət olunan enməsi.

Əks göstərişlər

Preparatın təsiredici və ya hər hansı bir köməkçi maddəsinə qarşı yüksək həssaslığı (allergiyası) olan pasiyentlərdə istifadəsi əks göstərişdir. Aortanın koarktasiyası və arteriovenoz şuntlama zamanı preparatdan istifadə etmək tövsiyə olunmur (dializ üçün şuntun hemodinamik olaraq fəal olmayan halları istisna olmaqla).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Venadaxili yeridilmə üçün urapidilin hamiləlik dövründə istifadəsi tövsiyə olunmur. Hamilə qadınlarda urapidilin istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Eksperimental tədqiqatlarda teratogen əlamətlərin olmaması ilə reproduktiv toksiklik nümayiş etdirilmişdir. Tədqiqat məlumatları məhdud olduğundan, insan üçün təhlükənin olub-olmaması məlum deyil.

Laktasiya dövrü Ana südü ilə xaric olması barədə məlumat olmadığından, urapidil ilə terapiya zamanı ana südü ilə qidalandırma tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə cüzi təsir göstərir. Terapevtik cavabı pasiyentdən asılıdır. Bu, xüsusilə, terapiyanın başlanğıcına, terapiyanın dəyişdirilməsinə və ya eyni zamanda alkoqolun qəbul edilməsi hallarına aiddir.

TAXİBEN istifadə qaydası və dozası

Hipertonik kriz, ağır və çox ağır dərəcəli arterial hipertenziya, terapiyaya davamlı olan arterial hipertenziya zamanı Venadaxili yeridilmə Urapidil, arterial təzyiqə daimi nəzarət etməklə, 10 mq-50 mq dozada asta sürətlə vena daxilinə yeridilir. Arterial təzyiqin enməsi preparatın yeridilməsindən sonra 5 dəqiqə ərzində gözləmək lazımdır. Urapidilin 10 mq - 50 mq dozada yeridilməsini arterial təzyiqin cavabından asılı olaraq təkrarlamaq olar. Vena daxilinə və ya şpris infuziya nasosu vasitəsilə infuziya venadaxili yeridilməsindən sonra nail olunan arterial təzyiqin saxlanılması üçün istifadə edilir.

İnfuziya üçün icazə verilən maksimal miqdar - hər 1 ml məhlula 4 mq urapidil təşkil edir. Yeridilmə sürəti: infuziyanın sürəti pasiyentin arterial təzyiqindən asılıdır. İnfuziyanın tövsiyə olunan başlanğıc maksimal sürəti 2 mq/dəq təşkil edir. Saxlayıcı doza: nəzərə alaraq ki, 250 mq urapidil 500ml infuziya məhlulu ilə durulaşdırdıqdan sonra 1mq=44 damcı=2,2ml, orta saxlayıcı doza 9 mq/saat təşkil edir.

Cərrahi müdaxilələr zamanı və/və ya müdaxilələrdən sonra yüksəlmiş arterial təzyiqin nəzarət olunanenməsi Vena daxilinə və ya şpris infuziya nasosu vasitəsilə infuziya venadaxili yeridilməsindən sonra nail olunan arterial təzyiqin saxlanılması üçün istifadə edilir. Dozalanma rejimi 100 mq həcmində ampulları yalnız arterial təzyiqin stabilləşdirilməsi üçün istifadə etmək olar. Başlanğıc terapiya üçün tərkibində 25 mq və 50 mq urapidil olan ampullar buraxılır. Durulaşdırdıqdan sonra bu ampullar həmçinin venadaxili infuziya üçün istifadə edilə bilər.

Preparat aseptik şəraitdə durulaşdırılır. Yeridilmədən öncə məhlulun içərisində görünın hissəciklərin olub-olmamasına və ya rəngin dəyişməsinə diqqət yetirilməlidir. Yalnız şəffaf və rəngsiz məhlul və durulaşdırdıqdan dərhal sonra istifadə edilməlidir. Durulaşdırılmış məhlulun hazırlanması: -Vena daxilinə infuziya: 250 mq urapidil (100 mq urapidil olan 2 ampul + 50 mq urapidil olan 1 ampul) 500 ml uyğun həlledici məhlullardan birinə əlavə edilir.

-Şpris infuziya nasosu: 100 mq urapidil şpris infuziya nasosuna çəkilir və uyğun həlledici məhlulların biri ilə 50 ml-yə qədər durulaşdırılır. Durulaşdırılma üçün uyğun olan həlledicilər: -infuziya üçün natrium xlorid məhlulu 9mq/ml (0,9%-li) Venadaxili yeridilmə 25 mq urapidil(= 5 ml inyeksiya üçün məhlul) Venadaxili yeridilmə 25 mq urapidil(= 5 ml inyeksiya üçün məhlul) 50 mq urapidil vena daxilinə asta sürətlə yeridilməsi (= 10ml infuziya üçün məhlul) Arterial təzyiq infuziya ilə stabilləşdirilir 1-2 dəqiqə ərzində 6 mq-a qədər başlanğıc sürət ilə, sonra sürət azaldılır. 2 dəqiqə sonra arterial təzyiqin enməsi 2 dəqiqə sonra Arterial təzyiqdə dəyişiklik yoxdur 2 dəqiqə sonra Arterial təzyiqdə dəyişiklik yoxdur 2 dəqiqə sonra arterial təzyiqin enməsi -dekstroza məhlulu 50mq/ml (5%-li) -dekstroza məhlulu 100mq/ml (10%-li) Yalnız birdəfəlik istifadə üçün. Qeyd Venadaxili yeridilmə üçün urapidil vena daxilinə inyeksiya və ya infuziya şəklində yeridildiyi zaman pasiyent uzanıqlı vəziyyətdə olmalıdır.

Doza bir və ya bir neçə inyeksiya şəklində və ya asta sürətlə venadaxili infuziya şəklində yeridilə bilər. İnyeksiyalar asta sürətlə infuziya ilə kombinasiya oluna bilər. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə hipotenziv vasitələr ehtiyatla istifadə edilməlidir və yeridilmə kiçik dozalarla başlanılmalıdır, çünki belə pasiyentlərdə çox vaxtı bu farmakoterapevtik sinfə aid olan preparatlara qarşı həssaslığın dəyişməsi müşahidə olunur. Böyrək və/və ya qaraciyər funksiyasının pozulması olan pasiyentlər Böyrək və/və ya qaraciyər funksiyasının pozulması olan pasiyentlərdə urapidil dozasının azaldılması tələb oluna bilər.

Uşaqlarda istifadəsi 18 yaşına qədər uşaqlarda urapidilin venadaxili yeridilməsi zamanı təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir. Dozalanmasına dair tövsiyələr mövcud deyil. Terapiyanın müddəti Göstərilib ki, 7 gün davam edən terapiya toksikoloji baxımdan təhlükəsizdir, bir qayda olaraq, hipotenziv vasitələrin parenteral yeridilməsi zamanı bu dövrü aşmaq lazım deyil. Arterial təzyiqin təkrar olaraq yüksəlməsi zamanı parenteral terapiyanın bərpa edilməsi mümkündür.

Təcili parenteral terapiya ilə eyni zamanda daxilə qəbul edilən hipotenziv vasitələrlə daimi müalicənin başlanması mümkündür.

Prepared by  T-Soft E-Commerce.