Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TORVAZIN PLUS 20/10MG N30 KAP

Məhsul Kodu : 111-28469
İstehsalçı ölkə: Macaristan
37,34 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TORVAZİN PLYUS, 10/10 mq; 20/10 mq; 40/10 mq kapsullar

TORVAZİN PLYUS tərkibi

Təsiredici maddə: 1 kapsulda 10, 20 və ya 40 mq atorvastatin, 10 mq ezetimib vardır.

İstifadəsinə göstərişlər

Torvazin® Plyus preparatı pasiyentin qanında ümumi xolesterin, “pis” xolesterin (aşağı sıxlıqlı lipoproteinlər (ASLP) xolesterini) və triqliseridlər adlandırılan yağların səviyyələrinin aşağı salınması üçün nəzərdə tutulan dərman preparatıdır. Bundan əlavə, göstərilən dərman preparatı “yaxşı” xolesterinin (yüksək sıxlıqlı lipoproteinlər (YSLP) xolesterini) səviyyələrinin yüksəlməsinə səbəb olur. Bu dərman preparatı xolesterin səviyyələrinin aşağı düşməsini 2 yolla təmin edir: mədə-bağırsaq traktından qana sorulan xolesterinin səviyyəsini və eləcədə, insan orqanizmində hasil edilən xolesterinin səviyyəsini aşağı salır. İnsanların əksəriyyətində xolesterinin yüksək səviyyəsi heç bir simptomun meydana çıxmasına səbəb olmur və bu səbəbdən, onların əhvalına hər hansı bir təsir göstərmir.

Lakin, bununla əlaqəli heç bir tədbir görülmədiyi təqdirdə, yuxarıda qeyd olunanlar qan damarlarının divarlarında piy yığınlarının toplanmasına və onların mənfəzinin daralmasına gətirib çıxara bilər. Bəzi hallarda daralmış qan damarlarının mənfəzi tutula bilər və bu, ürəyin və ya baş beyinin qanla təchiz olunmasının dayanmasına səbəb ola bilər və miokard infarktının və ya insultun baş verməsinə gətirib çıxara bilər. Xolesterin səviyyələrinin aşağı salınması hesabına pasiyentdə miokard infarktının, insultun və ya həmin xəstəliklərlə əlaqəli sağlamlıq problemlərinin riskini aşağı salmaq mümkündür. Torvazin® Plyus preparatının istifadəsi, xolesterin səviyyələri yalnız müvafiq pəhriz hesabına nəzarət olunmayan pasiyentlər üçün nəzərdə tutulmuşdur.

Göstərilən preparatın istifadəsi müddətində pasiyent, orqanizmdə xolesterin səviyyəsinin aşağı salınması üçün pəhriz saxlamalıdır. Pasiyent atorvastatini və ezetimibi eyni dozalarda artıq istifadə etdiyi halda, həkim pasiyentə Torvazin® Plyus preparatını təyin edə bilər. Torvazin® Plyus preparatının istifadəsi pasiyentin bədən kütləsinin aşağı düşməsinə kömək etmir.

Əks göstərişlər

Aşağıda göstərilən hallarda Torvazin® Plyus preparatını istifadə etmək olmaz - Pasiyentdə atorvastatinə, ezetimibə və ya preparatın tərkibinə daxil olan “Tərkibi” bölməsində göstərilmiş köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya müşahidə olunduqda; - pasiyentdə hazırda və ya əvvəllər qaraciyər zədələnməsi ilə əlaqəli hər hansı xəstəlik qeyd olunduğu halda; - pasiyentin qan analizlərinin nəticələrində qaraciyər funksiyalarının biokimyəvi göstəricilərinin normaya nisbətən izah olunmayan dəyişiklikləri qeyd olunduqda; - pasiyent, mayalanma əleyhinə etibarlı vasitələrdən istifadə etməyən reproduktiv yaş dövründə qadın olduqda; - hamiləlik dövründə və ya hamiləliyə hazırlıq dövründə; - laktasiya dövründə; - pasiyent, hepatit C xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan qlekaprevir/pibrentasvir tərkibli dərman preparatlarından istifadə etdiyi halda.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə, hamiləliyə hazırlıq dövründə və ya qadın hamiləliyini ehtimal etdiyi halda, Torvazin® Plyus preparatını istifadə etmək olmaz. Mayalanma əleyhinə etibarlı vasitələrdən istifadə etməyən reproduktiv yaş dövründə olan qadınlara Torvazin® Plyus preparatından istifadə etmək olmaz. Hamiləlik Torvazin® Plyus preparatının istifadəsi müddətində baş verdiyi halda, preparatın istifadəsini dərhal dayandırmaq və həkimi məlumatlandırmaq lazımdır. Laktasiya dövründə Torvazin® Plyus preparatını istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə Torvazin® Plyus preparatının istifadəsinin təhlükəsizliyi təsdiq edilməmişdir. Hamiləlik və ya laktasiya dövründə və ya qadın hamilə olduğunu ehtimal etdikdə və ya hamilə olmağı planlaşdırdığı halda, göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Hamiləlik və ya laktasiya dövründə istənilən dərman preparatının istifadəsinə başlamazdan əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Torvazin® Plyus nəqliyyat vasitəsini idarə etmək və mexanizmlərlə işləmək qabiliyyətinə mənfi təsir etmir. Lakin nəzərə almaq lazımdır ki, bəzi şəxslərdə Torvazin® Plyus başgicəllənməyə səbəb ola bilər. Pasiyentdə nəqliyyat vasitəsini idarə etməzdən və ya mexanizmlərlə işləməzdən əvvəl başgicəllənmə baş verdikdə, həkimlə məsləhətləşmək lazımdır.

TORVAZİN PLYUS istifadə qaydası və dozası

Göstərilən dərman preparatını hər zaman həkimin və ya əczaçının təyinatlarına müvafiq istifadə etmək tövsiyə olunur. Preparatın istifadəsi ilə əlaqəli istənilən şübhə meydana çıxdığı halda, həkimlə məsləhətləşmək lazımdır. Torvazin® Plyus preparatının istifadəsi müddətində pasiyent, aşağı xolesterin tərkibli pəhriz saxlamalıdır. Böyüklər üçün preparatın tövsiyə olunan sutkalıq dozası – göstərilən dozalanmada 1 kapsul təşkil edir.

Torvazin® Plyus preparatı gündə 1 dəfə istifadə üçün nəzərdə tutulmuşdur. Kapsulları sutkanın istənilən vaxtında, yeməkdən sonra və ya acqarına qəbul etmək lazımdır. Lakin, preparatın hər gün sutkanın eyni vaxtında istifadə edilməsinə üstünlük verilməlidir. Kapsulları bütöv və su ilə birlikdə qəbul etmək tövsiyə olunur.

Torvazin® Plyus preparatı müalicənin başlanması üçün müvafiq preparat deyil. Müalicənin başlanması və ya dozanın korreksiyası üçün zərurət yarandığı halda, təsiredici maddələrdən ayrıayrılıqda istifadə etmək və yalnız müvafiq dozalar seçildikdən sonra, Torvazin® Plyus preparatının müvafiq dozasının istifadəsinə keçmək mümkündür. Həkim Torvazin® Plyus preparatını tərkibində təsiredici maddə şəklində xolesterinin aşağı salınması üçün xolestiramin və ya tərkibində öd turşularının sekvestrantı olan digər dərman preparatını təyin etdiyi halda, pasiyent Torvazin® Plyus preparatını öd turşularının sekvestrantından minimum 2 saat əvvəl və ya onun istifadəsindən 4 saat sonra qəbul etməlidir. Torvazin® Plyus preparatının istifadəsinin ötürülməsi Preparatın dozasının istifadəsi ötürüldüyü halda, növbəti dozanı öz vaxtında müəyyən edilmiş qrafik üzrə qəbul etmək lazımdır.

Ötürülmüş dozanın kompensasiyası məqsədi ilə preparatın ikiqat dozasını istifadə etmək olmaz. Torvazin® Plyus preparatının istifadəsinin dayandırılması Torvazin® Plyus preparatının istifadəsini dayandırmazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır. Pasiyent Torvazin® Plyus preparatının istifadəsini dayandırdıqda, xolesterin səviyyəsinin təkrar yüksəlməsi qeyd oluna bilər. Göstərilən dərman preparatının istifadəsinə dair əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Torvazin® Plyus preparatının qida və alkoqolla birlikdə istifadəsi Aşağıdakılara diqqət yetirmək lazımdır. Qreypfrut şirəsi Gün ərzində bir və ya iki stəkandan artıq qreypfrut şirəsi içmək olmaz, belə ki, qreypfrut şirəsi Torvazin® Plyus preparatının effektini dəyişə bilər. Alkoqol Bu dərman vasitəsinin qəbulu zamanı alkoqoldan həddindən artıq istifadə etmək olmaz. “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsində əlavə məlumat qeyd edilmişdir.

Prepared by  T-Soft E-Commerce.