Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 2 ml məhlulun tərkibində 600 LRU sulodeksid (qlukuronil qlükozaminoqlikan sulfat) vardır.
Treparin 600 inyeksiya üçün məhlul böyüklərdə dəri xoralarının (xroniki venoz xoralar) müalicəsi üçün təyin edilir (bu xoralar ayaqlarda venaların xəstəlikləri nəticəsində formalaşır). Sulodeksid qan damarlarında (arteriya v ə ya venalarda) qan laxtalarının (trombların) formalaşmasının qarşısını alır.
Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birin ə, heparinə və yaxud da oxşar t ərkibli dərman vasitələrinə (qan laxtalanmasını azaltmaq üçün dərmanlar) qarşı allergiya. Qanaxmaya meyillilik (hemorragik diatez). Qanaxma pozğunluqları (güclü qanaxma il ə xarakterizə edilən pozğunluqlar). Hamiləliyin I trimestri.
Hamiləliyin I trimestri preparatın istifadəsi əks göstərişdir. Əgər pasiyent hamilədirsə, hamilə olmağa hazırlaşırsa və ya körpəyə süd verirsə, bu dərman vasitəsini qəbul etməzdən öncə müalicə həkimi ilə məsləhətləşmək lazımdır. Preparatın toksikliyin ə dair aparılmış araşdırmalar döl üçün heç bir riskin olmadığını göst ərməsinə baxmayaraq, h ər ehtimala qarşı Treparin 600® inyeksiya üçün m əhlulunun hamil əlik zamanı istifadəsindən qaçmaq lazımdır.
Bu dərman vasitəsi nəqliyyat vasitələrini və ya mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Bu dərman vasitəsini müalicə həkiminin tövsiyə etdiyi təlimatlara uyğun olaraq istifadə etmək lazımdır. İstifadəsinə dair əminlik olmadıqda, həkimlə məsləhətləşmək lazımdır. Məsləhət görülən doza: gündə 1 ampul əzələdaxili və ya venadaxili. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə həkimi preparatın dozasını və ya istifadə tezliyini dəyişə bilər.
Dozanı istifadə etmək unudulubsa Dozanı istifadə etmək unudulubsa, ikiqat doza istifadə edilməməlidir.