Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq torasemid vardır.
Trifas® 10 böyüklərdə aşağıdakı residivlərin müalicə və profilaktikası üçün istifadə olunur: toxumalarda mayenin ləngiməsi (ürək mənşəli ödemlər) və/və ya orqanizmin boşluqlarında mayenin ləngiməsi (ekssudatlar) ‒ bunlar ürəyin funksiyasının pozulması (ürək əzələsinin zəifliyi) ilə əlaqədardır. Kongestiv ürək çatışmazlığına görə yaranan ödem; qaraciyər, ağciyər və ya böyrək ödemi.
Aşağıdakı hallarda Trifas® 10 preparatını qəbul etmək olmaz: kimyəvi quruluşu torasemidə oxşar olan maddələrə (sulfonil sidik cövhərinin törəmələrinə) və ya bu dərman preparatının hər hansı digər komponentinə (6-cı bölmədə sadalanmışdır) qarşı allergiya mövcud olduqda; sidiyin yaranmasının dayanması (anuriya) ilə böyrək çatışmazlığı; qaraciyər koması və ya qaraciyər komasından öncəki vəziyyət; arterial təzyiq aşağı olduqda (hipotoniya); qanın həcmi azaldıqda (hipovolemiya); natrium və ya kalium çatışmazlığı olduqda (hiponatriemiya, hipokaliemiya); sidiyin çıxarılmasına mane olan əhəmiyyətli amillər mövcud olduqda (məsələn, prostat vəzinin nəzərəçarpan dərəcədə böyüməsi); hamiləlik və ana südü ilə qidalandırma (laktasiya) zamanı; aminoqlikozidlər və ya sefalosporinlərlə eyni vaxtda terapiya zamanı ürək aritmiyası və böyrəklərin disfunksiyasına səbəb olan dərmanların istifadəsi zamanı.
Hamiləlik və laktasiya dövrlərində, eləcə də ehtimal edilən və planlaşdırılan hamiləlik zamanı bu preparatı qəbul etməzdən əvvəl məsləhət üçün həkimə və ya əczaçıya müraciət edin. Hamiləlik Trifas® 10 preparatının hamiləlik dövründə, eləcə də doğuş qabiliyyətinə malik olan və kontraseptiv vasitələrdən istifadə etməyən qadınlar tərəfindən istifadəsi tövsiyə edilmir. Hamilə qadınlara preparat minimal dozada təyin edilir. Trifas® 10 preparatının dölə təsiri müəyyən edilməmişdir.
Laktasiya dövrü Trifas® 10 preparatının ana südünə keçib-keçmədiyi məlum deyil. Beləliklə, preparatın yenidoğulmuşlar və ya südəmər körpələr üçün riskini istisna etmək olmaz. Buna görə də, Trifas® 10 preparatı laktasiya dövründə istifadə edilməməlidir. Ana südü ilə qidalandırmaqdan imtina və ya Trifas® 10 preparatının qəbulunun ləğv edilməsi/dayandırılması barədə qərar ana südü ilə qidalandırmanın körpəyə və preparatla müalicənin qadına faydası nəzərə alınmaqla qəbul edilməlidir.
Uşaqlarda və yeniyetmələrdə istifadəsi Uşaqlarda və 18 yaşadək yeniyetmələrdə Trifas® 10 preparatının istifadə təcrübəsi yoxdur, bu səbəbdən də preparat bu yaş kateqoriyasında istifadə edilməməlidir.
Trifas® 10 preparatı reaksiya vermə sürətini dəyişə bilər. Trifas® 10 preparatı nəqliyyat vasitələrini idarə etmək, mexanizmlərə xidmət etmək və ya qeyri-sabit tarazlıq vəziyyətində işləmək qabiliyyətinin pozulmasına səbəb ola bilər. Bu vəziyyət daha çox aşağıdakı hallarda müşahidə edilir: müalicənin başlanğıcında; preparatın dozası artırıldıqda; preparat dəyişdirildikdə; əlavə preparatlar təyin edildikdə. Alkoqol bu təsirləri gücləndirə bilər.
Buna görə də, Trifas® 10 preparatının qəbulu zamanı alkoqoldan istifadə edilməməlidir.
Bu preparatı hər zaman müalicə həkiminin və ya əczaçının tövsiyələrinə ciddi uyğun olaraq qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Preparatın istifadə təlimatına əməl edin, çünki əks təqdirdə Trifas® 10 preparatının təsiri bəyan edilmiş təsirdən fərqlənə bilər. Dozalanması Trifas® 10 preparatının tövsiyə olunan başlanğıc dozası gündə bir dəfə ½ tabletdir (5 mq torasemidə uyğundur).
Adətən, bu doza müalicənin sonunadək istifadə edilir. Trifas® 10 preparatının təsiri kifayət qədər olmadıqda həkim onun dozasını gündə bir tabletə qədər artıra bilər (10 mq torasemidə uyğundur). Bu zaman həkim xəstəliyinizin ağırlıq dərəcəsini nəzərə alacaqdır. Ehtiyac olarsa, preparatın dozası gündə iki tabletə qədər artırıla bilər (20 mq torasemidə uyğundur).
Xüsusi hallarda, gündə 40 mq torasemid tətbiq edilə bilər. Tabletlərin bölünməsi üzrə tövsiyələr Tabletin bir tərəfində olan arakəsmə onu asanlıqla iki bərabər hissəyə bölməyə imkan verir. Bu, hər bir pasiyent üçün preparatın optimal dozasını seçməyə imkan verir. Tableti arakəsmə üzü yuxarı olmaqla hər iki əlinizin baş və şəhadət barmaqlarının arasında saxlayın və arakəsmə boyunca baş barmaqlarla aşağıya doğru təzyiq edərək tableti iki bərabər hissəyə bölün.
Qaraciyər funksiyası pozulmuş pasiyentlər Qaraciyər funksiyalarının pozulması zamanı müalicə ehtiyatla aparılmalıdır. Qanda torasemidin konsentrasiyası yüksələ bilər. Qaraciyər koması ilə müşayiət olunan ağır dərəcəli pozğunluqlar zamanı Trifas® 10 preparatının qəbulu tövsiyə edilmir (2-ci bölməyə baxın). Yaşlı xəstələr Yaşlı xəstələrdə preparatın dozalanması ilə bağlı xüsusi göstərişlər yoxdur.
İstifadə qaydası Tabletlər səhər vaxtı, az miqdarda su ilə qəbul edilir. Dərman vasitəsinin qəbulu qida qəbulundan asılı deyil. İstifadənin müddəti Trifas® 10 preparatı ilə müalicənin müddəti müalicə həkimi tərəfindən müəyyən edilir. Əgər Siz Trifas® 10 preparatını qəbul etməyi unutmusunuzsa Preparatın qeyri-kafi dozası qəbul edildikdə, onun təsiri azalır.
Siz preparatın bir qəbulunu buraxdıqda da bu hal baş verir. Bu zaman aşağıdakı pozuntular baş verə bilər: Bədən çəkisinin artması Orqanizmdə maye ləngiməsinin (ödemlərin) artması. Preparatın buraxılmış dozasını ən yaxın zamanda qəbul etmək lazımdır. Lakin əgər artıq preparatın növbəti qəbulunun vaxtı çatmışdırsa, buraxılmış dozanı qəbul etmək lazım deyil.
Buraxılımış dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Əgər Siz Trifas® 10 preparatının qəbulunu dayandırmısınızsa Müalicənin dayandırılması və ya vaxtından əvvəl bitirilməsi mövcud şikayətlərin şiddətlənməsi ilə müşayiət oluna bilər. Buna görə də, Trifas® 10 preparatının qəbulu yalnız müalicə həkimi ilə məsləhətləşdikdən sonra dayandırıla və ya vaxtından əvvəl bitirilə bilər. Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, həkim və ya əczaçıya müraciət edin.