Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TRIPLIKSAM 5/1,25/10MG N30 TB

Məhsul Kodu : 111-17995
İstehsalçı ölkə: Irlandiya
28,12 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TRİPLİKSAM, 2,5 mq/0,625 mq/5 mq; 5 mq/1,25 mq/5 mq; 5 mq/1,25 mq/10 mq; 10 mq/2,5 mq /5 mq; 10 mq/2,5 mq/10 mq örtüklü tabletlər

TRİPLİKSAM tərkibi

Təsiredici maddə Tripliksam 2,5/0,625/5 mq: 1 tabletin tərkibində 1,6975 mq perindopril (2,5 mq perindopril argininə müvafiqdir), 0,625 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq amlodipinə müvafiqdir) vardır. Tripliksam 5/1,25/5 mq: 1 tabletin tərkibində 3,395 mq perindopril (5 mq perindopril argininə müvafiqdir), 1,25 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq amlodipinə müvafiqdir) vardır. Tripliksam 5/1,25/10 mq: 1 tabletin tərkibində 3,395 mq perindopril (5 mq perindopril argininə müvafiqdir), 1,25 mq indapamid və 13,870 mq amlodipin bezilat (10 mq amlodipinə müvafiqdir) vardır. Tripliksam 10 /2,5/5 mq: 1 tabletin tərkibində 6,790 mq perindopril (10 mq perindopril argininə müvafiqdir), 2,5 mq indapamid və 6,935 mq amlodipin bezilat (5 mq amlodipinə müvafiqdir) vardır.

Tripliksam 10 /2,5/10 mq: 1 tabletin tərkibində 6,790 mq perindopril (10 mq perindopril argininə müvafiqdir), 2,5 mq indapamid və 13,870 mq amlodipin bezilat (10 mq amlodipinə müvafiqdir) vardır.

İstifadəsinə göstərişlər

Tripliksam – yüksək arterial təzyiqin (hipertenziya) müalicəsi üçün istifadə edilir. Perindopril, amlodipin və indapamid ilə müalicəyə ehtiyacı o lan xəstələrdə fiksə edilmiş kombinasiya şəklində təyin edilir.

Əks göstərişlər

Əgər sizdə perindoprilə, digər AÇF inhibitoruna, indapamidə və ya hər hansı digər sulfonamidə, amlodipinə və ya hər hansı digər dihidropiridinə, yaxud bu dərmanın komponentlərindən (“Tərkibi” bölməsində sadalanan) hər hansı birinə qarşı allergiya varsa, − əgər daha əvvəl sizdə və ya hər hansı ailə üzvünüzdə AÇF inhibitoru qəbulu zamanı fitverici tənəffüs, sifətin və dilin ödemi, güclü qaşınma və ya dəridə səpgi (angioödem) baş veribsə, − əgər sizdə ağır qaraciyər xəstəliyi və ya qaraciyər ensefalopatiyası (qaraciyər xəstəliyi nəticəsində meydana çıxan, beyin degenerativ xəstəliyi) varsa, − əgər sizdə müalicə olunmamış və dekompensasiya mərhələsində olan ürək çatmamazlığına şübhə varsa (suyun bədəndə toplanması, tənəffüsün çətinləşməsi), − əgər sizdə aortal qapaqda daralma (aortal stenoz) və ya kardiogen şok (bu xəstəlik zamanı ürək orqanizmi kifayət qədər qanla təmin edə bilmir) varsa, − əgər siz miokard infarktından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə, − əgər arterial təzyiqiniz kəskin aşağıdırsa (hipotenziya), − əgər sizin qanınızda kaliumun səviyyəsi çox aşağıdırsa, − qan təchizatının azalması nəticəsində ağır böyrək xəstəliyi (böyrək arteriyasının stenozu), − əgər siz dializ və ya başqa hemofiltrasiya proseduraları istifadə edirsizsə; Istifadə olunan aparatın növündən asılı olaraq, Tripliksamın qəbulu sizin üçün uyğun olmaya bilər, − əgər sizdə mülayim böyrək problemləri varsa (kreatininin klirensi 60 ml/dəqiqədən az) (Tripliksamın 10 mq/2,5 mq/5 mq və 10 mq/2,5 mq/10 mq dozaları üçün), − əgər sizdə ağır böyrək çatışmazlığı varsa (kreatininin klirensi 30 ml/dəqiqədən az), − əgər siz hamiləsinizsə və hamiləliyin müddəti 3 aydan artıqdırsa (həmçinin hamiləliyin erkən dövrlərində də Tripliksamın qəbulundan çəkinmək lazımdır – bax: “Hamiləlik və südvermə dövrü”), − əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa, − ürək çatışmazlığının müalicəsin də istifadə olunan sakubitril/ valsartan dərman v asitələri ilə birlikdə istifadə (bax: “Digər dərman vasitələri ilə qarşılıqlı təsiri”).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləsinizsə və ya süd verirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə, yaxud hamiləliyi planlaşdırırsınızsa, bu preparatın qəbuluna başlamazdan əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik Hamilə olduğunuzu (yaxud ola biləcəyinizi) düşünürsünüzsə, bu barədə həkiminizə məlumat verməlisiniz. Həkim sizə hamiləliyə qədər və ya hamiləlik faktı təsdiq edildikdən dərhal sonra Tripliksam qəbulunu dayandırmağı məsləhət görməli və Tripliksamın əvəzinə digər preparat təyin etməlidir. Hamiləliyin erkən dövrlərində Tripliksamın qəbulu tövsiyə edilmir.

Preparat hamiləliyin 3 aydan artıq müddətlərində qəbul edilməməlidir, çünki bu uşağın sağlamlığına ciddi zərər vura bilər. Laktasiya dövrü Əgər siz uşaq əmizdirirsinizsə, yaxud uşaq əmizdirməyi planlaşdırırsınızsa, bu barədə həkiminizə məlumat verin. Tripliksam südəmər uşaq olan analara əks göstərişdir. Laki n əgər siz uşağınızı əmizdirmək istəyirsinizsə, xüsusən də, uşaq yenidoğulmuşsa, və ya vaxtından tez doğulubsa, həkiminiz sizə başqa müalicə təyin edə bilər.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tripliksam sayıqlığa təsir edə bilər. Əgər tableti qəbul etdikdən sonra özünüzü zəif, ya yorğun hiss edirsinizsə, başınız gicəllənirsə, yaxud başağrı meydana çıxırsa, avtomobil və digər mexanizmləri idarə etməyin və dərhal həkiminizlə əlaqə saxlayın.

TRİPLİKSAM istifadə qaydası və dozası

Tripliksam preparatının qəbulu zamanı həkimin göstərişlərinə həmişə ciddi riayət edin. Əgər sizin preparatın qəbulunun düzgünlüyünə şübhəniz varsa, həkim və ya əczaçı ilə məsləhətləşməlisiniz. Tabletlər səhər yeməyindən əvvəl bir stəkan su ilə içilməlidir. Həkiminiz sizin üçün düzgün dozanı seçəcək.

Bu, adətən, gündə bir tablet təşkil edir. Tripliksam preparatının qida və içkilərlə birlikdə qəbulu Tripliksam preparatı qəbul edən şəxslər qreypfrut şirəsi və ya qreypfrut yeməməlidir. Çünki qreypfrut şirəsi və ya qreypfrut aktiv maddə olan amlodipinin qanda səviyyəsinin artmasına gətirib çıxara bilər ki, bu da Tripliksamın təsirindən qan təzyiqinin öncədən ehtimal edilə bilməyən dərəcədə aşağı düşməsi ilə nəticələnə bilər. Tripliksam preparatının qəbulunu unutduqda Preparatı hər gün qəbul etmək vacibdir, çünki müntəzəmlik müalicəni daha effektiv edir.

Buna baxmayaraq, əgər siz Tripliksamın bir dozasını qəbul etməyi unutmusunuzsa, növbəti dozanı həmişəki vaxtda qəbul edin. Unudulmuş dozanın əvəzini çıxmaq üçün növbəti dozanı iki dəfə artırmayın. Tripliksam preparatının qəbulunu dayandırdıqda Adətən, hipertenziya müalicəsi ömür boyu davam etdiyi üçün siz preparatın qəbulunu dayandırmazdan əvvəl öz həkiminizlə məsləhətləşməlisiniz. Preparatın qəbulu ilə bağlı əlavə suallarınız yaranarsa, müalicə həkiminizə, əczaçınıza və ya tibb bacınıza müraciət edin.

Prepared by  T-Soft E-Commerce.