Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Trombo Ass 100 mq N30 tablet

Məhsul Kodu : 111-21120
İstehsalçı ölkə: Avstriya
3,08 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TROMBO ASS, bağırsaqda həll olan örtüklü tabletlər.

Trombo Ass tərkibi 

Təsiredici maddə:1 tabletin tərkibində 100 mq asetilsalisil turşusu vardır. Köməkçi maddələr:laktoza monohidrat, mikrokristallik sellüloza, susuz kolloidal silisium dioksid, kartof nişastası. Örtük: talk, triasetin, metakril turşusu və etilakrilat sopolimeri (1:1) (Eudragit L).

İstifadəsinə göstərişlər:

 • Risk faktoru olduğu halda kəskin miokard infarktının (məsələn, şəkərli diabet, hiperlipidemiya, arterial hipertenziya, piylənmə, siqaretçəkmə, ahıl yaş) və təkrar miokard infarktının ilkin profilaktikası

 • Kəskin miokard infarktının müalicəsi.

 • Damarlarda cərrahi müdaxilədən sonra trombozun profilaktikası, məsələn, koronar arteriyaların şuntlamasından sonra.

 • İkincili tranzitor işemik həmlənin (TİH) profilaktikası.

 • Şəkərli diabetli pasiyentlərdə və yüksək ürək-damar riski olan şəxslərdə ürək-damar təzahürlərinin profilaktikası.

Əks göstərişlər:

 • Asetilsalisil turşusuna, digər salisilatlara, qeyri-steroid analgetiklərə/revmatizməleyhinə vasitələrə (QSİƏP) və ya preparatın köməkçi maddələrinə və QSİƏP-lərə qarşı yüksək həssaslıq.

 • Mədə-bağırsaq sisteminin eroziv-xoralı zədələnməsi (kəskinləşmə fazasında).

 • Mədə-bağırsaq qanaxması və ya QSİƏP ilə əvvəlki terapiya ilə əlaqədar MBT-nin perforasiyası.     • Hemorragik diatez, trombositopeniya, hemofiliya

 • Salisilatların və digər QSİƏP-in qəbulu ilə induksiya olunan bronxial astma.

 • Bronxial astmanın, residivləşən burun və burunətrafı boşluqların polipozunun və ASTa qarşı dözümsüzlüyün birləşməsi.

 • Hamiləlik (I və III trimestr) və laktasiya dövrü.

 • Uşaq və 18 yaşa qədər yeniyetmələr (effektivliyi və təhlükəsizliyi üzrə məlumat yoxdur).

 • Böyrək funksiyasının ağır pozuntusu.

 • Qaraciyər funksiyasının ağır pozuntusu.

 • NYHA təsnifatı üzrə III-IV funksional sinif xroniki ürək çatışmazlığı.

 • Laktazaya qarşı dözümsüzlük, laktaza defisiti və qlükoza-qalaktoza malabsorbsiyası.

 • Hiperoksaluriya.

 • Metotreksatla həftədə 15 mq və ya artıq dozada yanaşı terapiya.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik dövrü Prostaqlandinlərin sintezinin inhibə olunması hamiləliyin gedişinə və embrionun və ya dölün inkişafına mənfi təsir göstərə bilər. Hamiləlik dövrünün erkən mərhələlərində prostaqlandin sintezinin inhibitorlarının istifadəsinin öyrənilməsi istiqamətində aparılan epidemioloji tədqiqatlardan əldə olunan məlumatlar, hamiləliyin yarımçıq dayandırılması və döldə anadangəlmə qüsurların (o cümlədən ürək qüsurlarının, üst damaq yarığının) və eləcədə, qastroşizisin inkişaf etmə riskinin yüksəlməsini təsdiq edir; ehtimal ki, qastroşizisin inkişaf etmə riskinin yüksəlməsi preparatın dozasının artırılması və müalicənin davametmə müddətinin uzanması ilə əlaqəlidir. Heyvanlar üzərində aparılan tədqiqatlarda asetilsalisil turşusunun reproduktiv toksikliyi nümayiş etdirilmişdir. Hamiləlik dövrünün I trimestrində tərkibində asetilsalisil turşusu olan preparatların istifadəsi əks göstərişdir. Hamiləlik dövrünün II trimestrində salisilatları yalnız, ana və döl üçün risk və fayda nisbətini ciddi qiymətləndirdikdən sonra təyin etmək olar. Hamiləliyi planlaşdıran və ya hamiləlik dövrünün II trimestrində olan qadınlarda asetilsalisil turşusunun dozasını və müalicənin davametmə müddətini maksimal aşağı salmaq lazımdır. Hamiləlik dövrünün III trimestrində prostaqlandin sintezinin inhibitorlarının istifadəsi, doğuş fəaliyyətinin zəifləməsinə gətirib çıxara bilən uşaqlığın yığılma qabiliyyətinin tormozlanmasına, qanaxma müddətinin uzanmasına və antiaqreqant effektin güclənməsinə (hətta, asetilsalisil turşusunun aşağı dozalarından istifadə etdikdə belə) səbəb ola bilər. Döldə arterial axacağın vaxtından əvvəl bağlanması və ağciyər hipertenziyası ilə müşayiət olunan ürək-ağciyər intoksikasiyasının və eləcədə, dölyanı suların miqdarının azalması ilə müşayiət olunan böyrək çatışmazlığına qədər inkişaf edən böyrək funksiyalarının pozulmasının inkişaf etməsi mümkündür. Hamiləlik dövrünün III trimestrində asetilsalisil turşusunun istifadəsi əks göstərişdir. Laktasiya dövrü Salisilatlar və onların metabolitlərinin az miqdarları ana südünə nüfuz edir. Laktasiya dövründə salisilatların epizodik istifadəsi, uşaqda əlavə reaksiyaların inkişaf etməsi ilə müşayiət olunmur və ana südü ilə qidalanmanın dayandırılması tələb olunmur. Lakin, preparatdan uzun müddət ərzində istifadə etdikdə və ya preparat yüksək dozada təyin edildiyi halda, ana südü ilə qidalanmanı dərhal dayandırmaq lazımdır. Fertilliyi Siklooksigenaza/prostaqlandin sintezini inhibə edən dərman preparatlarının ovulyasiyaya təsir göstərərək qadınlarda fertilliyin pozulmasına səbəb ola biləcəyini təsdiq edən bir sıra məlumat mövcuddur. Bu təsir müvəqqətidir və müalicə dayandırıldıqdan sonra, aradan qalxır.

Trombo Ass istifadə qaydası, dozası

 Böyüklər Stenokardiyadan əziyyət çəkən pasiyentlərdə miokard infarktı riskinin aşağı salınması – hər gün 75 mq-dan 300 mq-a qədər asetilsalisil turşusu təyin edilir. Miokard infarktından sonra residivlərin profilaktikası – hər gün 75 mq-dan 300 mq-a qədər asetilsalisil turşusu təyin edilir. Tranzitor işemik həmlənin (TİH) və insultun ikincili profilaktikası – hər gün 50 mq-dan 300 mq-a qədər asetilsalisil turşusu təyin edilir. Damarlarda aparılan cərrahi müdaxilədən sonra, məsələn, koronar arteriyaların şuntlamasından sonra, trombozun profilaktikası – hər gün 75 mq-dan 300 mq-a qədər asetilsalisil turşusu təyin edilir. Kəskin miokard infarktının müalicəsi – hər gün 150 mq-dan 300 mq-a qədər asetilsalisil turşusu (sürətli effektin əldə olunması üçün çeynəmək lazımdır) təyin edilir. Şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə və ürək-damar xəstəliklərinin yüksək riski qeyd olunan pasiyentlərdə ürək-damar təzahürlərinin profilaktikası – hər gün 100 mq asetilsalisil turşusu, bəzi pasiyentlərə 75 mq asetilsalisil turşusu təyin edilir. Trombo ASS preparatının yüksək dozalarını həkim təyinatı olmadan istifadə etmək olmaz. Preparatın maksimal dozası 300 mq-dan artıq olmamalıdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlər əlavə effektlərin meydana çıxmasına daha çox məruz qalırlar, bunu nəzərə alaraq, həmin pasiyent qrupunda AST-ni ehtiyatla istifadə etmək lazımdır. Ağır böyrək və ya qaraciyər çatışmazlığı qeyd olunmayan pasiyentlərə preparatın adi dozasının istifadəsi tövsiyə olunur. Müalicəyə müntəzəm, müəyyən zaman intervalları ilə nəzarət etmək lazımdır. Uşaqlar Trombo ASS preparatının uşaqlarda müvafiq istifadəsi barədə heç bir məlumat yoxdur. 18 yaşdan kiçik uşaqlarda Trombo ASS preparatının istifadəsi tövsiyə olunmur. İstifadə qaydası Daxilə istifadə etmək üçün nəzərdə tutulmuşdur. Tableti bütöv, qida qəbulundan asılı olmayaraq, bir qədər maye ilə birlikdə, günün eyni vaxtı qəbul etmək lazımdır. Bağırsaqda həll olunan örtüklü tabletlərin istifadəsi, asetilsalisil turşusunun qəbulu ilə əlaqəli mədədə inkişaf edən əlavə effektlərin meydana çıxma riskini aşağı salmağa kömək edir. Tabletlərin örtüyünün zədələnməməsi üçün onları bölmək olmaz. Kəskin miokard infarktı – sürətli effektin əldə edilməsi məqsədi ilə, tabletləri çeynəmək lazımdır. Preparatın istifadəsinin davametmə müddəti Trombo ASS preparatını, bir qayda olaraq, uzunmüddətli müalicə üçün mümkün olan ən aşağı dozada istifadə etmək lazımdır. Diqqət! Ağrının və/və ya qızdırmanın müalicəsi üçün tərkibində təsiredici maddənin daha yüksək miqdarı olan AST preparatlarından istifadə etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.