Sevimlilərə əlavə edin
Paylaşın

Tylol Hot D N12 Paket

Məhsul Kodu : 111-11939
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
9,50 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

hydroxloride

hydroxloride tərkibi

Təsiredici maddələr:1 paketdə 500 mq parasetamol, 4 mq xlorfeniramin maleat, 60 mq psevdoefedrin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Taylol® Hot soyuqdəymə, qrip və digər yuxarı tənəffüs yollarının infeksiyalarında müşahidə olunan və aşağıda sadalanan simptomların aradan qaldırılması üçün istifadə olunur:

− halsızlıq

− hərarət və baş ağrısı

− rinoreya

− burun tutulması

− asqırma

− yüngül ağrı halları.

Əks göstərişlər

Tərkibinə daxil olan hər hansı bir maddəyə qarşı hiperhəssaslıq, qaraciyərin, böyrəklərin və ürəyin ağır xəstəlikləri, həmçinin son iki həftə ərzində və ya hazırda MAO inhibitorlarının qəbul edilməsi. Hipertoniya və periferik damar pozuntuları daxil olmaqla kardiovaskulyar xəstəliklər. Şəkər xəstəliyi Hipertireodizm Qapalı bucaqlı qlaukoma və ya gözdaxili təzyiqin yüksəlməsi. Digər simpatomimetik dekongestantlar və β-blokatorlarlarala birgə istifadəsi. 6 yaşından aşağı uşaqlar da istifadə edilməməlidir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Parasetamolun və psevdoefedrinin hamiləlik və laktasiya dövründə təhlükəsizliyi müəyyən edilməmişdir. Hamiləliyin ilk trimestrində psevdoefedrinin dölə təsirinin təzahürü ehtimalı olması səbəbəbindən bu preparatın istifadəsindən qaçınılmalıdır. Xlorfeniramin Xlorfeniraminin hamiləlik və laktasiya dövründə istifadəsinə aid adekvat məlumatlar yoxdur. Preparatın istifadəsi insanlar üçün potensial risk olması məlum deyil. Hamiləlik dövründə preparatın istifadəsi həkim məsləhətindən sonra olunmalıdır. Laktasiya Laktasiya dövründə parasetamolun və psevdoefedrinin ana südünə keçdiyi miqdarının az və zərərsiz olduğu müəyyən edilmişdir. Digər antihistaminlər kimi xlorfeniramin maleatın laktasiyanı ləngitməsi və ana südünə keçməsi ehtimalı vardır. Laktasiya dövründə preparatın istifadəsi həkim məsləhətindən sonra olunmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xlorfeniraminin antixolinergik təsiri yuxululuq, başgicəllənmə və bulanıq görmə hallarına səbəb ola bilər. Yarana bilən psixomotor pozuntular pasiyentlərin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməsinə mane ola bilər.

hydroxloride istifadə qaydası və dozası

Peroral qəbul üçün. Taylol® Hot peroral yolla aşağıda göstərildiyi kimi istifadə edilir: Hər bir paketin içərisində olan dərman preparatı təxminən 1 stəkan (160 ml) isti suda həll edilir və isti halda qəbul olunur. Taylol® Hot hər 6 saatdan bir təkrar qəbul edilə bilər. Gündə 4 dozadan artıq istifadə edilməməlidir.

Uşaqlar 12 yaşdan aşağı olan uşaqlar Taylol® Hot-u yalnız həkimin nəzarəti altında istifadə etməlidirlər. Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr Qaraciyər və böyrək çatışmazlığı olan xəstələr Taylol® Hot-u yalnız həkimin nəzarəti altında istifadə etməlidirlər. Alkoqol qəbul edən xəstələr üçün, hepatotoksikliyinə görə, parasetamolun günlük dozası 2 qramdan yuxarı olmamalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-11939

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Coldrex Maxgrip N10 Paket
11,70 AZN -%0
11,70AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
Ferveks Malina N8 Paket
9,80 AZN -%0
9,80AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce