Sevimlilərə əlavə edin
Paylaşın

Griphot N12 Paket

Məhsul Kodu : 111-00838
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
9,48 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

QRİPHOT, oral məhlul hazırlamaq üçün fışıldayan qranullar

Qriphot tərkibi

  oral məhlul hazırlamaq üçün fışıldayan qranullar Təsiredici maddələr: 1 paketdə 500 mq parasetamol, 10 mq fenilefrin hidroxlorid, 100 mq oksolamin- sitrat, 2 mq xlorfeniramin maleat vardır. Köməkçi maddələr:   çaxır turşusu, limon turşusu, natrium bikarbonat, natrium karbonat, xinolin sarısı,  limon aromatizatoru, kollidon K-30, saxarin, şəkər.

İstifadəsinə göstərişlər:

 Qrip və soyuqdəymə ilə bağlı ağrı, qızdırma və zökəmin simptomatik müalicəsi.

Əks göstərişlər:

 Preparatın tərkibində olan təsiredici maddələrə, digər adrenergik dərman vasitələrə və ya preparatın tərkibindəki hər hansı inqrediyentə qarşı yüksək həssaslıq. Ağır ürək-damar, qaraciyər (Çayld-Pyu təsnifatı üzrə 9 baldan az) və ya böyrək çatışmazlığı. Ağır hipertenziya və taxikardiya ilə müşayiət olunan xəstəliklər. Ürəyin işemik xəstəliyi. Prostat vəzinin adenoması. Sidik kisəsi boynunun obstruksiyası. Piloroduodenal obstruksiya. Stenozlaşdırıcı peptik xora. Ağciyər xəstəlikləri (astma daxil olmaqla). Bağlıbucaqlı qlaukoma. Qlükoza-6-fosfat dehidrogenaza (Q-6 FD) çatışmazlığı. Epilepsiya. Hamiləlik və laktasiya dövrü. 12 yaşdan kiçik uşaqlarda.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Hamilə qadınlarda istifadəsinə dair kifayət qədər məlumat mövcud deyil. Ehtiyac olmadıqda  hamiləlik zamanı və laktasiya dövründə istifadə edilməməlidir.

Qriphot istifadə qaydası, dozası

 12 yaşdan böyük uşaqlarda və böyüklərdə:  Qriphot fışıldayan qranullar daxilə aşağıdakı şəkildə qəbul olunur. Bir paketdə olan qranulları ⅔ stəkan qaynanmış isti suda həll etmək, qarışdırmaq və isti halda qəbul etmək lazımdır. Qriphot preparatın qəbulu 6 saat fasilə ilə təkrarlana bilər. Gündə 4 dəfədən çox və 5 gündən çox istifadə edilməməlidir. Alkoqol qəbul edən şəxslərdə qaraciyərə toksik təsirinin yaranma ehtimalına görə parasetamolun gündəlik dozası 2 q-dan (4 paket) yüksək olmamalıdır.  Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə edilməlidir. Ağır qaraciyər və ya böyrək çatışmazlığı olan xəstələrdə əks göstərişdir. Pediatrik xəstələr  12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir. Yaşlı xəstələr Yaşlı xəstələrdə istifadəsi araşdırılmamışdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00838

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Lizobakt 10/20 Mq N30 Tablet
10,00 AZN -%0
10,00AZN
Nogrippin N30 Cap
2,92 AZN -%0
2,92AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
Snip Flu Kold N20 Tablet
6,60 AZN -%0
6,60AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce