Sevimlilərə əlavə edin
Paylaşın

Qroprinosin 500 Mg N50 Tablet

Məhsul Kodu : 111-16494
İstehsalçı ölkə : Macaristan
0 Şərh Şərh
23,98 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

QROPRİNOSİN, 500 mq tabletlər

QROPRİNOSİN tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq inozin pranobeks (metizoprinol, inozin dimepranol asetoben) vardır.

İstifadəsinə göstərişlər

- Sadə herpes (Herpes Simplex) virusu ilə törədilən dodaq və üz herpesinin müalicəsi. - Yuxarı tənəffüs yollarının residivləşən infeksiyaları zamanı immun sistemi zəif olan pasiyentlərdə kompleks müalicə.

Əks göstərişlər

Aşağıda göstərilən hallarda Qroprinosini istifadə etmək olmaz: - preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Allergik reaksiyanın simptomları səpgi, qaşınma, tənəffüsün çətinləşməsi, üzün, dodaqların, boğazın və dilin ödemi ola bilər. - Hazırda pasiyentdə podaqra tutması (oynaqların ətrafında ödemlə və dərinin qızarması ilə və ya iri oynaqların ətrafında eksudatın əmələ gəlməsilə müşayiət olunan güclü oynaq ağrıları) inkişaf etdiyi halda və ya qanın biokimyəvi analizinin nəticəsində sidik turşusu səviyyəsinin yüksəlməsi qeyd olunduqda. - Pasiyent böyrək daşı xəstəliyi olduqda.

- III dərəcəli ağır böyrək çatışmazlığı. - Qroprinosin 3 yaşa qədər uşaqlarda əks göstərişdir. - Hamiləlik və laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl, pasiyent hamilə olması və ya körpəsini ana südü ilə qidalandırması və ya hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir. Bu preparatın istifadəsi həkim tərəfindən tövsiyə olunan hallar istisna olmaqla, Qroprinosin preparatını hamiləlik və ya laktasiya dövründə istifadə etmək olmaz. Həkim preparatın istifadə faydasının ehtimal edilən riskdən nə dərəcədə üstün olduğunu qiymətləndirməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Qroprinosinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri az ehtimal edilir.

QROPRİNOSİN istifadə qaydası və dozası

Preparatı hər zaman həkim tövsiyələrinə ciddi riayət edərək, qəbul etmək lazımdır. İstənilən şübhə meydana çıxdıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Preparatı daxilə, yaxşı olar ki, yeməkdən sonra bərabər zaman intervalları ilə sutkada 3-4 dəfə qəbul etmək lazımdır. Tableti çeynəmək, xırdalamaq və/və ya istifadə etməzdən bilavasitə əvvəl az miqdar suda həll etmək (6 yaşdan kiçik uşaqlarda aspirasiyadan çəkinmək məqsədi ilə) olar.

Nozologiyadan, prosesin ağırlıq dərəcəsindən və residivlərin tezliyindən asılı olaraq, müalicənin müddəti fərdi müəyyən olunur. Orta hesabla müalicənin müddəti 5-14 gün təşkil edir. Simptomların şiddəti aşağı düşdükdən sonra müalicəni daha 1-2 gün müddətində davam etdirmək lazımdır. Adətən sutkalıq doza sutkada 6 tablet (3 q) (məsələn, sutkada 3 dəfə 2 tablet) təşkil edir.

Maksimal sutkalıq doza sutkada 4 q (sutkada 8 tablet) təşkil edir. Ehtiyac olduqda, 7- 10-günlük fasilədən sonra müalicə kursunu təkrar etmək olar. Preparatın istifadəsi üzrə məsləhət görülən dozası və sxemi - sadə herpes (Herpes Simplex) virusunun törətdiyi dodaq və üz herpesi: böyüklər: sutkada 3-4 dəfə 2 tablet (sutkada 6-8 tablet); uşaqlar: sutkalıq doza 3-4 dəfə qəbul etməklə, 10-14 gün ərzində 50 mq/kq-a hesabı ilə təyin edilir; - immun sistemi zəifləmiş pasiyentlər (kompleks müalicədə): böyüklər: sutkada 3-4 dəfə 2 tablet, müalicə kursu 2 həftədən 3 aya qədərdir; uşaqlar: sutkalıq doza 50 mq/kq-a hesabı ilə 3-4 dəfə qəbul etməklə, 21 gün ərzində (və ya 7-10 gün müddətində eyni intervallarla 3 kurs) təyin edilir. 3 yaşdan yuxarı uşaqlar Məsləhət görülən doza sutkada bədən çəkisinə görə 50 mq/kq təşkil edir.

Tabletin üzərindəki xətt iki bərabər dozaya bölmək üçün deyil, yalnız tablet və udmanı asanlaşdırmaq üçün nəzərdə tutulub, bu səbəbə görə 20 kq-a qədər bədən çəkisi olan uşaqların müalicəsi üçün başqa preparatdan istifadə etmək lazımdır. Qroprinosin preparatının istifadəsi unudulduqda Preparatın istifadəsi unudulduqda, növbəti dozanın istifadə vaxtının çatdığı hallar istisna olmaqla, tələb olunan dozanı dərhal qəbul etmək lazımdır. Preparatın ötürülən dozasını kompensasiya etmək məqsədilə ikiqat dozanı qəbul etmək olmaz. Qroprinosin preparatının istifadəsinin dayandırılması Pasiyent Qroprinosinin istifadəsini dayandırdıqda, gözlənilən terapeftik effekt əldə olunmaya bilər və ya xəstəliyin simptomları güclənə bilər.

Preparatın istifadəsilə əlaqədar əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-16494

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Lizobakt 10/20 Mq N30 Tablet
10,00 AZN -%0
10,00AZN
Nogrippin N30 Cap
2,92 AZN -%0
2,92AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Snip Flu Kold N20 Tablet
6,60 AZN -%0
6,60AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce