Təsiredici maddə: 1 q məlhəmin tərkibində 200 mq mentol, 60 mq evkalipt yağı, 70 mq kamfora, 20 mq terpentin (skipidar) yağı, 40 mq mixək yağı vardır.
- Soyuqdəymə; - qrip; - başağrısı; - döş qəfəsində çətin xaric olan bəlğəmin toplanması.
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Yalnız xaricə istifadə üçün nəzərdə tutulub. Bilavasitə döş qəfəsinə, boğaza, buruna və ya ağrı nahiyəsinə absorbsiyanı gücləndirmək üçün sürtülür. Daha yaxşı nəticə almaq üçün məlhəm çəkildikdən sonra dəri səthini tənzif və ya parça ilə örtmək lazımdır. Sürətli dərin təsir əldə etmək üçün 1 çay qaşığı Linnas balzamını qaynar suda həll edib buxarı ilə dərindən nəfəs almaq lazımdır.
Qarışığı təkrar qızdırmaq olmaz. Gündə 3-4 dəfə istifadə edilir.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-07580 |