Sevimlilərə əlavə edin
Paylaşın

Paraferin Plus 100 ml Şərbət

Məhsul Kodu : 111-01463
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
4,84 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

PARAFERİN PLYUS, pediatrik şərbət

PARAFERİN PLYUS tərkibi

PARAFERİN PLYUS tərkibi, 5 ml (1 ölçü qaşığı) şərbətin tərkibində 160 mq parasetamol, 1 mq xlorfeniramin maleat, 15 mq psevdoefedrin hidroxlorid vardır

Paraferin Plyus, istifadəsinə göstərişlər

Paraferin Plyus, soyuqdəymə və qrip zamanı meydana çıxan yüksək temperaturu, ağrını, zökəmi aradan qaldırmaq üçün istifadə olunur.

Əks göstərişlər

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq. Qaraciyər çatışmazlığı. Psevdoefedrin hipertenziyalı və arterial damar xəstəliyi olan xəstələrdə əks göstərişdir. MAO inhibitorları istifadə edən və ya 2 həftə istifadəsindən sonra dərman vasitəsi istifadə olunmur. Furazolidon bir antibakterial vasitə kimi MAO inhibə etdiyi üçün Paraferin Plyus ilə yanaşı istifadə olunmur. Şəkərli diabet, hipertireoidizm, ağciyər xəstəlikləri (astma daxil olmaqla), epilepsiya, feoxromositoma, 6 yaşdan aşağı uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası: C. Hamilə qadınlarda parasetamol və psevdoefedrin ilə əlaqəli, yaxşı idarə olunan klinik tədqiqatlar aparılmamışdır. Bu səbəbdən, risk / fayda nisbəti nəzərə alınmaqla istifadə edilə bilər. Laktasiya: Ana südü ilə qidalandırma zamanı parasetamolun təhlükəsiz olduğu qeyd olunur. Psevdoefedrinin laktasiya dövründə uşaq orqanizminə təsiri haqqında məlumat yoxdur. Dərman vasitəsi həkim məsləhəti olmadan istifadə olunmur.

İstifadə qaydası və dozası

3 aylıq -1 yaş: hər 4-6 saatdan bir 1/4 ölçü qaşığı (1,25 ml)1-2 yaş: hər 4-6 saatdan bir 1/2 ölçü qaşığı (2,5 ml)2-6 yaş: hər 4-6 saatdan bir 1 ölçü qaşığı (5 ml)6-12 yaş: hər 4-6 saatdan bir 2 ölçü qaşığı (10 ml)Gündə 4 dəfədən artıq istifadə etmək olmaz. 6 yaşdan aşağı olan uşaqlarda preparat həkim nəzarəti altında istifadə edilməlidir!

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-01463

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Lizobakt 10/20 Mq N30 Tablet
10,00 AZN -%0
10,00AZN
Nogrippin N30 Cap
2,92 AZN -%0
2,92AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
Snip Flu Kold N20 Tablet
6,60 AZN -%0
6,60AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce