Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

VALIDOL 60MG N6 TB

Məhsul Kodu : 111-00105
İstehsalçı ölkə: Ukrayna
0,48 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VALİDOL-DARNİTSA, tabletlər

VALİDOL-DARNİTSA tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 60 mq izovalerian turşusunun mentil efirində mentol məhlulu vardır.

İstifadəsinə göstərişlər

- Yüngül dərəcəli stenokardiya tutmaları; - dəniz və hava xəstəliyi; - isteriya; - nevroz; - nitratların qəbulu ilə əlaqədar olan başağrısı.

Əks göstərişlər

- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; - arterial hipotenziya; - kəskin miokard infarktı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduqda mümkündür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulunun ilk saatlarında nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır. Belə ki, preparatın istifadəsi zamanı başgicəllənmə, yuxululuq və psixomotor funksiyaların sürətinin azalması mümkündür.

VALİDOL-DARNİTSA istifadə qaydası və dozası

Tablet tam sorulanadək ağızda (dilaltı) saxlanılır. Böyüklər üçün birdəfəlik doza 1-2 tablet təşkil edir; sutkalıq doza 2-4 tabletdir. Ehtiyac olduqda, sutkalıq dozanı artırmaq olar. Maksimal sutkalıq doza 600 mq təşkil edir.

Müalicə müddəti 7 gündür.

Prepared by  T-Soft E-Commerce.