Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:Hər bir örtüklü Valsakor H 80 tabletinin tərkibində 80 mq valsartan və 12,5 mq hidroxlorotiazid; Valsakor H 160 tabletinin tərkibində 160 mq valsartan və 12,5 mq hidroxlorotiazid; Köməkçi maddələr: laktoza monohidrat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, povidon K25, maqnezium stearat, susuz kolloidal silisium. Örtük: hipromelloza 2910, titan dioksid (E171), makroqol 4000, qırmızı dəmir oksidi boya maddəsi (E172), sarı dəmir oksidi boya maddəsi (E172) (80 mq/12,5 mq və 160 mq/25 mq dozalanmalar üçün).
İstifadəsinə göstərişlər:
Arterial hipertenziyanın müalicəsi. Valsakor arterial təzyiqə tək valsartanın və ya tək hidroxlorotiazidin qəbulu ilə optimal nəzarəti təmin etmək mümkün olmayan xəstələrə göstərişdir.
Əks-göstərişlər:
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq. İstənilən sulfonaminə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax). Qaraciyərin ağır zədələnməsi, biliar sirroz və xolestaz. Anuriya, ağır böyrək çatışmazlığı [kreatinin klirensi < 60 ml/dəq./1,73 m2 ) Valsartan/HXT-in aliskiren tərkibli preparatlarla birlikdə qəbulu.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Angiotenzin II reseptorlarının blokatorları dölə eynilə AÇF inhibitorları kimi mənfi təsir göstərə bilər. Mövcud məlumatlara əsasən hamilə qadın tərəfindən ikinci və üçüncü üçaylıqlarda qəbul edilən AÇF inhibitorları ilə bətndaxili təmas dölün inkişafının pozulmasına və ölümünə səbəb olub. Hidroxlortiazid cift baryerindən keçir. Tiazid diuretikləri ilə bətndaxili təmas döldə və ya yenidoğulmuşda trombositopeniya ilə müşayiət olunub və bu, böyüklər üçün səciyyəvi olan digər xoşagəlməz reaksiyalara səbəb ola bilər. Renin-aldosteron-angiotenzin sisteminə birbaşa təsir göstərən digər preparatlar kimi, Valsakoru hamiləlik və ya döşlə uşaq əmizdirmə zamanı qəbul etmək olmaz. Əgər Valsakorla müalicə zamanı hamiləlik baş verərsə, preparatın qəbulunu dərhal dayandırmaq lazımdır. Laktasiya Valsakorun insanda südə keçib-keçməməsi məlum deyil. Lakin onun laktasiya edən siçovullarun südünə keçməsi məlumdur. Hidroxlortiazid ana südü ilə xaric olunur. Beləliklə, südlə uşaq əmizdirən analar üçün Valsakor tövsiyə edilmir.
Valsakorun tövsiyə olunan dozası gündə bir tablet təşkil edir. Valsakor H 80 arterial təzyiqə valsartanla və ya hidroxlortiazidlə monoterapiya vasitəsi ilə optimal nəzarət etmək mümkün olmayan xəstələrdə tətbiq olunur. Valsakor H 160 arterial təzyiqi 160 mq valsartanla monoterapiya vasitəsi ilə optimal nəzarət etmək mümkün olmayan xəstələrdə tətbiq olunur. Klinik ehtiyac olduqda monoterapiyadan sabit dozaların kombinasiyasına birbaşa keçmək olar. Valsakor H 80 və Valsakor H 160 preparatlarının maksimum antihipertenziv təsiri 2-4 həftə ərzində inkişaf edir.Müalicəyə həmişə minimum valsartan 160 mq/hidroxlortiazid 12,5 mq dozası ilə başlamaq. Əgər bu müddət başa çatdıqdan sonra arterial təzyiqin arzuolunan səviyyəsinə nail olmaq mümkün olmursa, dozanı azaltmaq və üçüncü preparatı əlavə etmək və ya antihipertenziv preparatı dəyişmək lazımdır. Böyrəklərin funksiyasının pozulması Yüngül və ya orta dərəcəli böyrək çatışmazlığı olan xəstələrdə (yumaqcıq filtrasiyasının sürəti (YFS) ≥ 30 ml/dəq) dozaya düzəliş etmək tələb olunmur. Hidroxlortiazid komponentinə görə ağır dərəcəli böyrək çatışmazlığı (YFS < 30 ml/dəq) və anuriyası olan xəstələrə valsartan/hidroxlortiazid əks göstərişdir. Qaraciyər funksiyasının pozulması Xolestazsız yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə valsartanın dozası 80 mq-dan yüksək olmamalıdır. Yüngül və ya orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə hidrozlortiazidin dozasına düzəliş etmək tələb olunmur. Valsartan komponentinə görə ağır qaraciyər çatışmazlığı və ya biliar sirrozu və xolestazı olan xəstələrə valsartan/hidrozlortiazid əks göstərişdir. Yaşlı xəstələr Dozaya düzəliş etmək tələb olunmur. Uşaqlar və yeniyetmələr Valsakorun uşaqlarda və 18 yaşdan kiçik yeniyetmələrdə təhlükəsizliyi və təsirliliyi müəyyən edilməyib.