Sevimlilərə əlavə edin
Paylaşın

Varfarin 2, 5 Mq N50 Tabet

Məhsul Kodu : 111-00329
İstehsalçı ölkə : Polsa
1 Şərh Şərh
4,64 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Varfarin, tabletlər

Varfarin tərkibi

Varfarin tərkibi, 1 tabletin tərkibində 2,5 mq natrium varfarin vardır. Köməkçi komponentlər: laktoza, qarğıdalı nişastası, maqnezium stearat, povidon 30, kalsium hidrofosfat dihidrat, indiqokarmin, povidon 30.

Varfarin, istifadəsinə göstərişlər

Qan damarlarının trombozları və emboliyalarının (kəskin və residivləşən venoz trombozun, ağciyər arteriyasının emboliyasının) müalicə və profilaktikası; miokard infarktının ikincili profilaktikası və miokard infarktından sonrakı tromboembolik fəsadların profilaktikası; qulaqcıqların fibrilyasiyası, ürək qapaqlarının zədələnməsi və ya protezləşdirilmiş ürək qapaqları ilə pasiyentlərdə tromboembolik fəsadların profilaktikası; tranzitor işemik həmlələrin və insultların profilaktikası, əməliyyatdan sonrakı trombozların profilaktikası.

Əks göstərişlər

Preparatın tərkib hissələrinə qarşı təsdiq olunmuş və ya şübhə altında olan yüksək həssaslıq, kəskin qanaxma, hamiləlik (1-ci trimestr və hamiləliyin son 4 həftəsi), ağır qaraciyər və böyrək xəstəlikləri, kəskin DDL-sindrom, C və S zülalların çatışmazlığı, trombositopeniya, yüksək qanaxma riski, hemorragik pozulmalar, qida borusu venalarının varikoz genişlənməsi, arteriyaların anevrizması, lümbal punksiya, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, ağır yaralar (əməliyyat yaralı daxil olmaqla), bakterial endokardit, bədxassəli hipertenziya, hemorragik insult, kəllədaxili qansızma ilə pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Varfarin tez bir zamanda ciftdən keçərək dölə teratogen təsir göstərir ki, bu da hamiləliyin 6-12-ci həftəsində döldə varfarin sindromunun inkişafına səbəb olur. Həmin sindromun təzahürləri: nazal hipoplaziya, nöqtəvari xondrodisplaziya, qısa əllər və barmaqlar, görmə sinirinin atrofiyası, katarakta, əqli və fiziki inkişafın ləngiməsi, mikrosefaliya. Preparat hamiləliyin sonunda və doğuş zamanı qanaxma riski yaradır. Hamiləliyin 1-ci trimestrində və son 4 həftəsində istifadəsi yolverilməzdir, digər dövrlərdə yalnız təcili hallar istisna olmaqla istifadəsi tövsiyə edilmir. Varfarin ana südü ilə xaric olunur, lakin terapevtik dozalar uşaq üçün təhlükəli sayılmır və ana südü ilə qidalanma davam etdirilə bilər. Fertilliyə təsiri barədə məlumat yoxdur.

Varfarin, istifadə qaydası

Varfarin gündə 1 dəfə eyni vaxtda qəbul edilir. Müalicə müddəti həkim tərəfindən müəyyən edilir və BNN göstəricisinə əsaslanır. Başlanğıc doza adətən 5 mq/gün (ilk 4 gün) təşkil edir, sonra BNN-ə əsasən saxlayıcı doza (2,5-7,5 mq/gün) təyin olunur. Əvvəllər varfarin qəbul edən pasiyentlərdə müalicə məlum saxlayıcı dozanın ikiqat dozası ilə başlanır. Uşaqlar üçün başlanğıc doza 0,2 mq/kq/gün (qaraciyər normal olduqda) və 0,1 mq/kq/gün (qaraciyər pozulduqda) təşkil edir. Saxlayıcı doza BNN göstəricilərinə əsasən müəyyən olunur. Müalicə yalnız təcrübəli mütəxəssis nəzarətində aparılmalıdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00329

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce