Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml məhlulun tərkibində 10 mq menadion natrium bisulfit vardır.
− Hipoprotrombinemiya fonunda baş verən qanaxma və qansızmalar; − kapillyar və parenximatoz qanaxmalar; − kəskin hepatitlər; − mədə və onikibarmaq bağırsağın xora xəstəliyində baş verən qanaxmalar; − kəskin şüa xəstəliyi; − uzunmüddətli burun və hemorroidal qanaxmalar; − yarımçıq doğulmuş uşaqlarda hemorragik patologiya; − klimaksdan əvvəlki dövrdə baş verən və yuvenil uşaqlıq qanaxmaları; − spontan qanaxma və qansızmalar; − cərrahi əməliyyata hazırlıq dövrü; − cərrahi əməliyyatdan sonra baş verə biləcək qanaxmaların profilaktikası; − septik patologiya fonunda baş verən qanaxma və qansızmalar; − fenilin, neodikumarin və digər antikoaqulyantların (K vitamininin antaqonistləri) istifadəsi zamanı
− Dərman vasitəsinin tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq; − hiperkoaqulyasiya, tromboemboliya; − yenidoğulmuşların hemolitik xəstəliyi; − qaraciyər çatışmazlığının ağır forması; − qlükoza-6-fosfatdehidrogenaza fermentinin defisiti; − hamiləliyin III trimestri (K vitamin plasentar səddən cüzi nüfuz etdiyinə görə profilaktika məqsədilə istifadə az effektlidir).
Hamiləliyin I və II trimestrində, yalnız preparatın ana üçün gözlənilən müalicəvi təsiri döl və ya yenidoğulmuş uşaq üçün potensial riskdən yüksək olduğu hallarda təyin edilə bilər. Hamiləliyin III trimestrində preparatın istifadəsi məqsədəuyğun deyil. Müalicə müddətində ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
Preparatın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur. Lakin, preparatla müalicə zamanı başgicəllənmə müşayidə edilərsə nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etmək olmaz.
Əzələ daxilinə yeritmək üçün dərman vasitəsidir. Böyüklər − birdəfəlik doza – 10 mq; − maksimal birdəfəlik doza – 15 mq; − maksimal sutkalıq doza – 30 mq. Müalicə müddəti 3-4 gündür. 4 günlük fasilədən sonra müalicəni təkrarlamaq olar.
Cərrahi əməliyyatlardan əvvəl, ehtimal edilən parenximatoz qanaxmaların profilaktikası üçün əməliyyatdan 2-3 gün əvvəl Vikasol təyin edilə bilər. Uşaqlar − 1 yaşa qədər – 2-5 mq/sutka; − 1-2 yaş – 6 mq/sutka; − 3-4 yaş – 8 mq/sutka; − 5-9 yaş – 10 mq/sutka; − 10-18 yaş – 15 mq/sutka. Sutkalıq dozanı iki dəfəyə yeridirlər. Müalicə müddətini həkim təyin edir.