Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

XALIKSOL 15MG 100ML SRP

Məhsul Kodu : 111-00438
3,26 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

HALİKSOL, şərbət

HALİKSOL tərkibi

Təsiredici maddə: 100 ml şərbətin tərkibində 300 mq ambroksol hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Preparat patoloji qatılaşmış selik və bəlğəm olan tənəffüs orqanlarının kəskin və xroniki obstruktiv xəstəlikləri zamanı, məsələn, bronxial astma, bronxit, bronxoektaziya zamanı istifadə olunur. Preparat burun və udlağın iltihabi xəstəlikləri zamanı seliyin durulaşdırılmasına səbəb olur.

Əks göstərişlər

Preparatın istənilən komponentinə və ya bromheksinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Klinikaya qədər tədqiqatlar Heyvanlar üzərində aparılan tədqiqatlarda ambroksolun teratogen effektə malik olmadığı göstərilmişdir. İnsanda tədqiqi Hamiləlik Ambroksol hidroxlorid plasentar baryerdən keçə bilir. Heyvanlarda ambroksolun hamiləliyin gedişinə, embrion/dölün inkişafına, doğuşa və ya postnatal inkişafa birbaşa və ya dolayı təsir göstərmədiyi aşkar edilmişdir. Geniş klinik tədqiqatlarda hamiləliyin 28-ci həftəsindən sonra dölün orqanizminə heç bir arzuolunmayan effekti aşkar edilməmişdir.

Buna baxmayaraq, hamiləlik dövründə digər preparatların istifadəsi kimi, bu preparatı da ehtiyatla istifadə etmək tövsiyə olunur. Birinci trimestrdə Haliksol® preparatının istifadəsi tövsiyə edilmir. Laktasiya Ambroksol ana südünə nüfuz edir. Ambroksolun ana südü ilə qidalanan körpəyə heç bir mənfi təsiri gözlənilməsə də, ana südü ilə qidalandırma zamanı Haliksol® preparatını qəbul etmək məsləhət görülmür.

Fertillik Klinikaya qədər tədqiqatların nəticəsi reproduktiv toksikliklə əlaqədar birbaşa və ya dolayı təsirini aşkar etməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın nəqliyyat və ya mexanizmləri idarəetmə qabiliyyətinə təsiri ilə bağlı heç bir tədqiqat aparılmamışdır. Haliksol® preparatının yuxarıda göstərilən qabiliyyətlərə mənfi təsirini sübut edən məlumatlar yoxdur.

HALİKSOL istifadə qaydası və dozası

Dozalanma rejimi Böyüklər Məsləhət görülən sutkalıq doza gündə 3 dəfə 10 ml təşkil edir. Uşaqlar və yeniyetmələr 12 yaşdan yuxarı uşaqlar Tövsiyə edilən sutkalıq doza gündə 3 dəfə 10 ml təşkil edir. 6-12 yaşlı uşaqlar Məsləhət görülən sutkalıq doza gündə 2-3 dəfə 5 ml-dir. 2-5 yaşlı uşaqlar Gündə 3 dəfə 2,5 ml təyin edilir.

2 yaşdan kiçik uşaqlar Gündə 2 dəfə 2,5 ml qəbul edilir. Şərbəti qutunun içərisində olan ölçü stəkanı ilə dozalamaq olar. Kəskin respirator xəstəliklər zamanı müalicə kursu dövründə simptomlar aradan qalxmadıqda və ya pisləşdikdə, həkimə müraciət etmək lazımdır. Müalicədən 4-5 gün sonra simptomlar keçmədikdə və ya dərinləşdikdə, həkimə müraciət etmək lazımdır.

Böyrək xəstəlikləri və qaraciyərin ağır xəstəlikləri olan pasiyentlərdə preparatı son dərəcə ehtiyatla təyin etmək lazımdır. İstifadə qaydası Daxilə qəbul edilir. Preparatı qida qəbulundan asılı olmayaraq və xeyli maye ilə qəbul etmək lazımdır. Xeyli miqdar maye qəbulu ambroksolla müalicə zamanı bəlğəmin parçalanmasına səbəb olur.

Prepared by  T-Soft E-Commerce.