Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: Hartil®-D 2,5mq/12,5mq:1 tərkibində 2,5 mq ramipril və 12,5 mq hidroxlorotiazid vardır. Hartil®-D 5mq/25mq: 1 tərkibində 5 mq ramipril və 25 mq hidroxlortiazid vardır.
Hartil®-D preparatı yüksək arterial təzyiqin müalicəsində istifadə edilir. İki maddənin birgə təsiri daha effektivdir. Komponentlərin ayrılıqda istifadəsi qeyri-effektivdirsə, bu maddələrin bir arada qəbulu müm-kündür.
• Ramiprilə, hidroxlorotiazidə və ya preparatın tərkibində olan köməkçi maddələrdən (bax: “Tərkibi”) hər hansı birinə qarşı yüksək həssaslıq (allergiya). • Hartil®-D-ə oxşar dərman vasitələrinə allergiya (angioteozinçevirici fermentin digər inhibitorlarına və ya sulfonamid qrupu dərmanlarına). Allergik reaksiyaların əlamətlərinə dəri səpgisi, udqunmada və tənəffüsdə çətinlik, dodaqların, üzün, boğazın və ya dilin ödemi aiddir. • «Angionevrotik ödem» adlanan ağır allergik reaksiya əvvəllər sizdə müşahidə edilmişsə.
Simptomları: qaşınma, övrə, əl, ayaq və boğazda qırmızı ləkələr, dilin, boğazın övrəsi, udqunmada və tənəffüsdə çətinlik. • Əgər Siz hemodializ və ya qanın digər tipli filtrasiyasından keçirsinizsə. İstifadə olunan avadanlıqdan asılı olaraq Hartil®-D ilə müalicə sizə uyğun olmaya bilər. • Əgər Sizdə qaraciyər funksiyasının ağır pozulması mövcuddursa.
• Əgər qanınızda bəzi duzların (kalsium, kalium, natrium) miqdarı dəyişibsə. • Böyrək qan dövranının zəifləməsi ilə müşayiət olunan xəstəliklər (böyrək arteriyasının stenozu). • 3 aydan yuxarı hamiləlik (Hartil®-D preparatını hamiləliyin erkən dövründə qəbul etməyin (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”). • Laktasiya dövründə (bax: “Hamiləlik və laktasiya dövründə istifadəsi”).
• Şəkərli diabet zamanı, böyrək funksiyasının pozulmasında aliskiren tərkibli arterial təzyiqi aşağı salan preparatlardan istifadə edirsinizsə. Yuxarıda göstə rilən halların hər hansı biri sizdə mövcud dursa, Hartil®-D preparatını qəbul etməyin. Şübhələndikdə, dərman vasitəsinin qəbulundan öncə həkiminizə müraciət edin.
Hamiləlik və laktasiya dövründə, hamiləliyə şübhə olduqda, hamiləlik planlaşdırıldıqda, bu barədə həkimə məlumat vermək lazımdır. Hamiləlikdən əvvəl və ya hamilə olduğunuzu öyrəndiyiniz zaman həkiminiz Hartil®-D preparatı ilə müalicəni ləğv edib Sizə digər preparatı tövsiyə edəcək. Hartil®-D preparatını hamiləliyin erkən dövründə qəbulu tövsiyə edilmir; 3 aydan yuxarı hamiləlikdə istifadəsi qadağandır, çünki doğulan uşağa ciddi zərər verə bilər; Əgər Siz uşağınızı ana südü ilə qidalandırırsı nızsa və yaxud hazırlaşırsınızsa, həkiminizə məlumat verin. Hartil®-D laktasiya dövründə analara tövsiyə olunmur və həkiminiz Sizə digər preparatı təyin edəcək.
Yeni doğulmuş və erkən doğulmuş uşaqlar üçün bu olduqca vacibdir. Hamiləlik və laktsiya dövründə hər hansı dərman vasitəsinin istifadəsindən əvvəl həkiminizlə məsləhətləşin.
Hartil®-D preparatının istifadəsi zamanı başgicəllənmə yarana bilər. Bu hal müalicənin əvvəlində və doza artımından sonra daha çox rast gəlinir. Nəqliyyat və mexanizmlərin idarə edilməsi tövsiyə edilmir.
• Daxilə qəbul üçün tabletlər. • Hartil®-D gündə bir dəfə səhərlər qəbul edilməlidir. • Tabletləri çeynəmədən, bütöv halda, kifayət qədər su ilə içərək udmaq lazımdır. • Hartil®-D tabletlərini qida qəbulundan asılı olmayaraq qəbul etmək olar.
• Tabletləri bölmə xətti ilə iki bərabər dozaya bölmək olar. Dozalanma rejimi Həkimin tövsiyələrinə əməl etməklə qəbul edin. Nəyəsə əmin olmadıqda mütləq həkimlə və ya əczaçı ilə məsləhətləşin. Yüksək arterial təzyiqin müalicəsi Arterial təzyiqə nəzarət üçün lazım olan doza həkiminiz tərəfindən müəyyən ediləcəkdir.
Xüsusi pasiyent qrupları Yaşlı pasiyentlər Yaşlılar üçün başlanğıc dozalar adi dozalardan aşağıdır və həkim tərəfindən fərdi olaraq müəyyən edilir, sonradan həkim tələb olunan dozanı müəyyən edib təyin edəcək. 18 yaşa qədər uşaq və yeniyetmələr 18 yaşa qədər uşaq və yeniyetmlərə Hartil®-D tabletlərinin istifadəsi qadağandır, çünki preparatın bu yaş qrupunda istifadəsinin təhlükəsizliyinə və effektivliyinə dair məlumat yoxdur Hartil®-D tabletlərini vaxtında qəbul etməyi unutmusunuzsa • Dozanı buraxmısınızsa, növbəti tableti adi cədvəl üzrə qəbul edin • Buraxılan dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin. Hartil®-D taletlərinin qəbulunu dayandırırsınızsa Hartil®-D preparatının qəbulunu özbaşına ləğv etməyin və dayandırmayın, əks təqdirdə xəstəliyiniz yenidən pisləşə bilər. Preparatın istifadəsi ilə bağlı Sizdə əlavə sual yaranarsa, müalicə həkiminizə və ya əczaçıya müraciət edin..
Hartil®-D tabletlərinin qida və alkoqol ilə qəbulu • Hartil®-D ilə müalicə müddətində alkoqol qəbulu başgicəllənmə yarada bilər. Qəbul edəcək spirtli içkinin miqdarından əmin deyilsinizsə, həkiminizə müraciət edin, çünki arterial təzyiqi aşağı salan preparatlar və alkoqol qarşılıqlı olaraq təsiredici effekti gücləndirir. • Hartil®-D tabletlərini acqarına və qida ilə qəbul etmək olar.