Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 400 mq albendazol vardır.
Albendazol benzimidazol karbamat qrupuna aid olan, bağırsaq və toxuma parazitləri əleyhinə antihelmint və antiprotozoy təsirə malik preparatdır.
• Bağırsaq infeksiyaları və dərinin Larva migrans infeksiyası Aşağı dozada qısamüddətli müalicə. Albendazol həssas bağırsaq helmintozları/təkhüceyrəlilərin törətdiyi aşağıdakı klinik vəziyyətlərin müalicəsi üçün təyin olunur (Həssas helmintlər və birhüceyrəlilər barədə daha ətraflı məlumat üçün «Farmakodinamika» bölməsinə baxın). enterobioz ankilostomiaz və nekatoriaz himenolepidoz tenioz strongiloidoz askaridoz trixosefalyoz klonorxoz və opistorxoz (Opisthorchic viverrini və/və ya Clonorchis sinensis infeksiyaları) dərinin Larva miqrans infeksiyası uşaqlarda Lyambliya infeksiyası
• Sistem helmint infeksiyaları Daha yüksək dozalarda daha uzunmüddətli müalicə. Albendazol aşağıdakı sistem helmint infeksiyalarının müalicəsi üçün təyin olunur (Həssas helmint növləri ilə bağlı daha ətraflı məlumat üçün «Farmakodinamika» bölməsinə baxın).
• Exinokokkoz Albendazol qaraciyər, ağciyər və peritoneal sistlərin müalicəsində böyük təsir göstərir. Sümük sistləri, habelə ürək və mərkəzi sinir sistemi ilə bağlı təcrübə məhduddur.
• Exinokokk sistləri (Echinococcus granulosus nəticəsində yaranan) Albendazol sistik exinokokkoz olan xəstələrdə istifadə olunur: cərrahi müdaxilənin mümkün olmadığı zaman cərrahi müdaxilədən əvvəl əvvəlki müalicənin çox qısa olduğu, cərrahiyyə zamanı yoluxma baş verdikdə və ya diri parazitin aşkar olunduğu zaman diaqnostik və müalicəvi məqsədlə sistlərin perkutan drenajından sonra
• Alveolyar Exinokokkoz (Echinococcus multilocularis nəticəsində yaranan) Albendazol alveolyar exinokokkozun olduğu xəstələrdə istifadə olunur: əməliyyat oluna bilinməyən xəstəlik, xüsusilə yerli və ya periferik metastazın olduğu zaman palliativ əməliyyatdan sonra radikal cərrahi əməliyyat və qaraciyər transplantasiyasından sonra
• Neyrosistoserkoz (Taenia solium infeksiyası) Albendazol aşağıdakı xəstəliklərin müalicəsində istifadə olunur: beyin parenximasının tək və ya çoxsaylı sistləri və ya qranulomatozu araxnoidal və ya mədəcikdaxili sistlər salxımşəkilli sistlər
• Kapillarioz (Capillaria philippinensis infeksiyasının nəticəsində yaranan)
• Gnatostomioz (Gnathostoma spinigerum və digər əlaqəli növlərin nəticəsində yaranan)
• Trixinoz (Trichinella spiralis və T. pseudospiralis nəticəsində yaranan)
• Toksokaroz (Toxocara canis və digər əlaqəli növlərin nəticəsində yaranan)
• Hamiləlik dövrü və hamiləliyin planlaşdırılması.
• Albendazola və ya preparatın tərkibindəki digər komponentlərə qarşı yüksək həssaslıq.
Hamiləlik Albdendazol hamilə və hamilə olmağı planlaşdıran qadınlar tərəfindən istifadə olunmamalıdır (Əks göstərişlərə baxın). Laktasiya Dərmanın insanlarda və heyvanlarda laktasiya dövründə istifadəsi barədə məlumat yoxdur.
Albendazolun nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsirinə dair tədqiqat aparılmamışdır. Buna baxmayaraq nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən nəzərə almaq lazımdır ki, albendazolun qəbulu zamanı başgicəllənmə barədə məlumat verilmişdir (bax: “Əlavə təsirləri”).
• Bağırsaq infeksiyaları və Larva miqrans infeksiyası Pəhriz və ya bağırsağın təmizlənməsi kimi xüsusi tədbirlərə ehtiyac yoxdur. Əgər xəstə üç həftədən sonra sağalmazsa, ikinci kurs müalicə təyin olunmalıdır. Bəzi şəxslər, xüsusilə azyaşlılar tableti bütöv şəkildə udmaqda çətinlik çəkə bilərlər. Bu zaman onlar tableti bir az su ilə çeynəyə bilərlər, həmçinin tabletlər əzilə də bilər.
İnfeksiya Yaş Adətən istifadə olunan doza Doza müddəti Enterobioz Ankilostomoz və nekatorioz Askaridoz Trixosefalyoz Böyüklər və 2 yaşdan yuxarı uşaqlar 400 mq Bir doza 1-2 yaş arası uşaqlar 200 mq Bir doza Şübhəli və təsdiq olunmuş stronqiloidoz Tenioz Himenolepidoz Böyüklər və 2 yaşdan yuxarı uşaqlar 400 mq 3 ardıcıl gün, gündə bir dəfə Himenolepidozun olduğu zaman 10 gündən 21 günə kimə təkrar müalicə tövsiyə olunur Klonorkoz Opistorxoz Böyüklər və 2 yaşdan yuxarı uşaqlar 400 mq 3 gün müddətində gündə iki dəfə Dərinin Larva Miqrans infeksiyası Böyüklər və 2 yaşdan yuxarı uşaqlar 400 mq 1 gündən 3 günə kimi gündə bir dəfə Lyamblioz Yalnız 2-12 yaş arası uşaqlar 400 mq 5 gün müddətində gündə bir dəfə
Yaşlı pasiyentlər 65 yaşdan yuxarı xəstələrlə bağlı çox az təcrübə var. Məlumatlar göstərir ki, heç bir doza nizamlanmasına ehtiyac yoxdur, baxmayaraq ki, albendazol qaraciyər pozğunluğunun olduğu yaşlı xəstələrdə ehtiyatla istifadə olunmalıdır (Qaraciyər pozğunluğu olan xəstələr və Farmakokinetikaya baxın). Böyrək pozğunluğu olan xəstələr Albendazol və onun ilkin metaboliti olan albendazol sulfoksidin böyrək yolu ilə eliminasiyası çox az olduğuna görə, bu xəstələrdə klirensdə dəyişikliyin olması ehtimalı yoxdur. Heç bir doza tənzimlənməsinə ehtiyac yoxdur, lakin böyrək pozğunluğunun olduğu xəstələrə nəzarət olunmalıdır. Qaraciyər pozğunluğu olan xəstələr Albendozal qaraciyər vasitəsilə aktiv metabolit olan albendazol sulfoksidə çevrildiyinə görə qaraciyər pozğunluğu olan xəstələrdə albendazol sulfoksidin farmakokinetikasına əhəmiyyətli təsirin olacağı gözlənilən haldır. Albendazol ilə müalicəyə başlamazdan əvvəl qaraciyər testləri (transaminazalar) pozulmuş xəstələrə diqqətlə nəzarət olunmalıdır.
• Sistem helmint infeksiyaları Albendazol yeməklə qəbul olunmalıdır (Farmakokinetikaya baxın).
6 yaşdan aşağı uşaqlarda albendazolun yüksək dozada istifadəsi ilə bağlı məlumat məhduddur, ona görə də onun 6 yaşdan aşağı uşaqlarda istifadəsi tövsiyə olunmur. Bəzi şəxslər, xüsusilə kiçik yaşlı uşaqlar, tableti bütöv şəkildə udmaqda çətinlik çəkə bilərlər. Bu zaman onlar tableti bir az su ilə çeynəyə, yaxud tabletləri əzə də bilərlər. Doza xəstənin bədən çəkisindən, infeksiyanın ağırlığından və parazitin növündən asılıdır.
İnfeksiya Xəstənin bədən çəkisi Doza Müalicə müddəti Sistli exinokokkoz > 60 kq 800 mq, iki eyni bərabər dozaya bölünməklə verilir (400 mq) 28 gün ərzində hər gün qəbul olunur. 14 günlük fasilədən sonra 28 günlük müalicə ümumilikdə 3 sikl təşkil edə bilər. < 60 kq 15 mq/kq, iki eyni bərabər dozaya bölünməklə verilir, maksimal doza gündə 800 mq
- Əməliyyat oluna bilməyən və çox saylı sistlər
Qaraciyər, ağciyər və peritoneal sistlərin müalicəsində üç kurs 28 günlük albendazol təyin oluna bilər. Sümük və beyin nahiyələri üçün daha uzunmüddətli müalicə tələb oluna bilər.
- Əməliyyatdan əvvəl
Cərrahi müdaxilədən əvvəl mümkün olduğu təqdirdə iki 28 günlük müalicə kursu təyin olunmalıdır. İki kurs müalicənin bitməzdən əvvəl cərrahi müdaxilə vacib olarsa, onda albendazol mümkün qədər uzun müddət qəbul olunmalıdır.
-Əməliyyatdan sonra
- Perkutan sist drenajından sonra
Dərmanın yalnız əməliyyatdan əvvəl qısamüddətdə (14 gün) qəbul olunması və təcili əməliyyatın tələb olunduğu zaman əməliyyatdan sonra albendazol ilə 28 günlük iki kurs müalicə təyin olunmalıdır. Müalicə kursları arasında 14 gün fasilə olmalıdır. Həmçinin, əməliyyat zamanı diri parazit müşahidə olunarsa və ya əməliyyatdan əvvəlki müalicədən sonra təkrar yoluxma baş veribsə, iki tam kurs müalicə olmalıdır. Alveolyar exinokokkoz > 60 kq 800 mq, iki bərabər dozaya bölünməklə verilir 28 gün ərzində gündəlik qəbul olunur. 28 günlük müalicə 14 günlük fasilədən sonra təkrarlana bilər. Müalicə aylarla və illərlə uzana bilər. Eyni dozada davamlı müalicə 20 aya qədər davam edilmişdir. < 60 kq 15 mq/kq, iki bərabər dozaya bölünməklə verilir, maksimal doza gündə 800 mq Neyrosistoserkoz
> 60 kq 800 mq, iki bərabər dozaya bölünməklə verilir Cavab reaksiyasından asılı olaraq 7 gündən 30 günə kimi davam edir. İkinci kurs müalicə doza rejimləri arasında iki həftə interval qoymaqla aparılmalıdır. < 60 kq 15 mq/kq, iki bərabər dozaya bölünməklə verilir, maksimal doza gündə 800 mq
İnfeksiya Xəstənin bədən çəkisi Doza Müalicə müddəti
-Parenximal sistlər və qranuloma > 60 kq 800 mq, iki bərabər dozaya bölünməklə verilir Müalicə adətən 7 gündən 28 günə kimi davam edir. < 60 kq 15 mq/kq, iki bərabər dozaya bölünməklə verilir, maksimal doza gündə 800 mq
- Araxnoidal və ya mədədaxili kistalar > 60 kq 800 mq, iki bərabər dozaya bölünməklə verilir Qeyri-parenximal sistlərdə adətən 28 günlük müalicə tələb olunur. < 60 kq 15 mq/kq, iki bərabər dozaya bölünməklə verilir, maksimal doza gündə 800 mq
- Salxımşəkilli kistalar > 60 kq 800 mq, iki bərabər dozaya bölünməklə verilir Müalicə adətən ən az 28 gün ərzində təkrar olunur. Buna klinik və radioloji cavabla müəyyən olunan davamlı müalicə kimi yanaşılır. < 60 kq 15 mq/kq, iki bərabər dozaya bölünməklə verilir, maksimal doza gündə 800 mq
Alveolyar exinokokkoz: müalicə sistik exinokokkozda olduğu kimi 28 gün müddətinə aparılır. Müalicə aylarla, hətta illərlə davam edə bilər. Məlumatlar göstərir ki, uzunmüddətli müalicələr zamanı sağqalma halları daha da yüksəlib. Davamlı müalicə məhdud sayda pasiyentlərdə aşkar sağalma halları ilə nəticələnmişdir. Neyrosistoserkoz: neyrosistikerkoz ilə müalicə alan xəstələr tələb olunduğu kimi steroid və antikonvulsant müalicə almalıdırlar. Müalicənin ilk həftəsi ərzində hipertoniyanın baş verməsinin qarşısını almaq üçün oral və ya venadaxili kortikosteroidlərin qəbulu tövsiyə olunur.
İnfeksiya Böyüklərdə və uşaqlarda doza Müalicə müddəti müddəti Kapillarioz 400 mq 10 gün ərzində gündəlik olaraq qəbul olunur. # Adətən bir kurs müalicə tələb olunur, lakin klinik əlamətlər və parazitlər hələ də mövcud olmaqda davam edərsə, onda növbəti müalicə kursları aparıla bilər. Gnatostomioz 400 mq 10 gündən 20 günə kimi gündəlik olaraq qəbul olunur (# yuxarı baxın). Trixinellyoz 400 mq 5 gündən 10 günə kimi gündə iki dəfə qəbul olunur (# yuxarı baxın). Toksokaroz 400 mq 5 gündən 10 günə kimi gündə iki dəfə qəbul olunur (# yuxarı baxın).
Yaşlı pasiyentlər Bağırsaq infeksiyaları və dərinin Larva Miqrans infeksiyaslnda olduğu kimi. Böyrək pozğunluğu olan xəstələr Bağırsaq infeksiyaları və dərinin Larva Miqrans infeksiyaslnda olduğu kimi. Qaraciyər pozğunluğu olan xəstələr Albendozal qaraciyər vasitəsilə aktiv metabolit olan albendazol sulfoksidə çevrildiyinə görə qaraciyər pozğunluğu olan xəstələrdə albendazol sulfoksidin farmakokinetikasına əhəmiyyətli təsirin olacağı gözlənilən haldır. Albendazol ilə müalicəyə başlamazdan əvvəl qaraciyər analizləri dəyərləndirilməli və qaraciyər fermentlərinin (transaminazalarının) klinik cəhətdən əhəmiyyətli bir dərəcədə artdığı və qanın
aşağı düşdüyü təqdirdə müalicə dayandırılmalıdır (Xüsusi göstərişlər və ehtiyat tədbirləri və Əlavə təsirlərə baxın).