Sevimlilərə əlavə edin
Paylaşın

Zilt 75 Mq N28 Tablet (Slov)

Məhsul Kodu : 111-20009
İstehsalçı ölkə : Sloveniya
0 Şərh Şərh
9,97 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ZİLT, 75 mq örtüklü tabletlər

Zilt tərkibi

 Təsiredici maddə: 1 örtüklü tabletin tərkibində 75 mq klopidoqrel (klopidoqrel hidrosulfat şəklində) var. Köməkçi maddələr: laktoza, mikrokristallik sellüloza, jelatinləşdirilmiş nişasta, makroqol 6000, hidrogenləşdirilmiş gənəgərçək yağı, hipromelloza, titan dioksid (E171), qırmızı dəmir oksidi (E172), talk, propilenqlikol.

Əks göstərişlər:

 Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq. Qaraciyər funksiyasının ağır pozulması. Kəskin qanaxma, peptik xoradan qanaxma və ya kəllədaxili qansızmalar kimi.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik zamanı klopidoqrelin təsiri barədə klinik məlumatlar olmadığı üçün hamiləlik zamanı ehtiyat tədbir kimi klopidoqrel istifadə olunmamalıdır. Klopidoqrelin ana südü ilə xaric olması məlum deyil. Klinikayaqədərki tədqiqatlar göstərıb ki, klopidoqrel ana südünə nüfuz edir. Zilt preparatı ilə müalicə zamanı ana südü ilə qidalandırmanı dayandırmaq tövsiyə olunur. Fertillik Klinikayaqədərki tədqiqatlarda klopidoqrelin fertilliyə təsiri sübut olunmayıb.

Zilt istifadə qaydası, dozası

 Daxilə qəbul edilir. Qida qəbulundan asılı olmayaraq istifadə edilir. Böyüklər və yaşlı xəstələr Klopidoqrel sutkada 1 dəfə 75 mq dozada qəbul olunur. Kəskin koronar çatışmazlığı sindromundan əziyyət çəkən xəstələr: - ST seqmetinin yüksəlməsi olmamaqla kəskin koronar çatışmazlığı sindromunun (qeyristabil stenokardiya və ya Q dişciksiz miokard infarktı): klopidoqrellə müalicəsi 300 mq birdəfəlik yükləyəci doza ilə başlanmalı, sonra isə sutkada 1 dəfə 75mq doza ilə davam etdirilməlidir (sutkada 75-325 mq asetilsalisil turşusu ilə birlikdə). AST-nin daha yüksək dozalarından istifadə qanaxma riskinin yüksəlməsinə səbəb olduğu üçün, tövsiyə edilir ki, AST-nin dozası 100 mq-dan çox olmamalıdır. Müalicənin optimal davametmə müddəti formal olaraq müəyyən olunmayıb. Klinik tədqiqatların nəticələrinə əsaslanaraq preparat 12 aya qədər istifadə edilə bilər, maksimal müsbət təsir müalicədən 3ay sonra müşahidə edilir. - ST seqment yüksəlməklə kəskin miokard infarktı: klopidoqrel 75 mq birdəfəlik sutkalıq dozada qəbul olunmalıdır, müalicə AST və digər trombolitik vasitələrlə birlikdə və ya onlarsız 300 mq yükləyəci doza ilə başlanılır. Kombinəolunmuş müalicə simptomlar əmələ gəldikdən sonra mümkün qədər tez başlanmalıvə heç olmasa 4 həftə ərzində davam etdirilməlidir. Klopidoqrellə AST-nin kombinasiyası ilə müalicənin müsbət təsiri 4 həftədən sonra bu xəstəlik zamanı tədqiq olunmayıb (“Farmakodinamikası” böl. bax). - Səyrici aritmiyası olan xəstələrə klopidoqrel 75 mq birdəfəlik sutkalıq dozada təyin olunmalıdır. Müalicəyə AST-nin qəbulu ilə başlamaq (sutkada 75-100 mq) və klopidoqrel ilə kombinasiya şəklində onun istifadəsini davam etmək lazımdır (“Farmakodinamikası” böl. bax).

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20009

Oxşar Məhsullar

Adrenalin-Darnitsa 0.18% 1 ml N10 Amp
3,90 AZN -%0
3,90AZN
Aeoprol Sterile 5 ml N5 Amp
7,08 AZN -%0
7,08AZN
Albunorm 20% 50 ml Infuziya üçün Məhlul
90,50 AZN -%0
90,50AZN
Albunorm Albumin 200 Mq 100 ml(oktafarma)
170,00 AZN -%0
170,00AZN
Alotendin 10 Mq/ 10 Mq N30 Tablet
19,70 AZN -%0
19,70AZN
Alotendin 10MG/5MG N30 Tb
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/ 10 Mq N30 Tablet
16,48 AZN -%0
16,48AZN
Alotendin 5 Mq/5 Mq N30 Tablet
13,86 AZN -%0
13,86AZN
Amlessa 4/10MG N30 Tb
9,50 AZN -%0
9,50AZN
Amlessa 4/5 Mq N30 Tablet
7,50 AZN -%0
7,50AZN
Amlessa 8/10 Mq N30 Tablet
11,04 AZN -%0
11,04AZN
Amlessa 8/5MG N30 Tb
8,76 AZN -%0
8,76AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce